23 Aprel 2026 20:11
565
İDMAN
A- A+
Azərbaycanın yunan-Roma güləşi komandası ardıcıl ikinci il Avropa çempionu olub  

Azərbaycanın yunan-Roma güləşi komandası ardıcıl ikinci il Avropa çempionu olub  

Albaniyanın paytaxtı Tiranada keçirilən yunan-Roma güləşi üzrə Avropa çempionatında iki qızıl və üç bürünc medal qazanan Azərbaycan komandası 133 xal toplayaraq Türkiyəni (121) və Gürcüstanı (118) qabaqlayıb və yenidən qitənin ən güclü komandası tituluna sahib olub. Həsrət Cəfərov (67 kq) və Qurban Qurbanov (82 kq) qızıl, Rəşad Məmmədov (55 kq), Nihat Məmmədli (60 kq) və İslam Abbasov (87 kq) isə bürünc medal qazanıblar. Milli komandamız ilk dəfə 2022-ci ildə Avropanın ən güclüsü  olub.

Qeyd edək ki, H.Cəfərov dördüncü dəfə Avropa çempionu titulunu qazanaraq Azərbaycan güləşi tarixində bu nailiyyətə görə rekord qırıb. Üstəlik, 23 yaşlı idmançı ardıcıl olaraq bu uğurlara imza ataraq, bütövlükdə unikal bir nailiyyətə imza atıb. Növbəti  qələbədən sonra o, təəssüratlarını bölüşüb: “Təəssüratlarım həqiqətən çox gözəldir. Bu gün çox sevincliyəm. Ardıcıl 4-cü qızılımı qazanıram. Həqiqətən də bu qızılların arxasında böyük əziyyət, zəhmət dayanır. Bu qızılı qazandıqdan sonra onun həzzini indi hiss edirəm. Heç bir əziyyət yadıma düşmür. Yalnız yadda qalan bu qızıl olur. Bu qızılımı, tarixi uğurumu qızıma həsr edirəm”.

 Bu arada Q. Qurbanov ardıcıl ikinci dəfə Avropa çempionatının qızıl medalını qazanıb. O, möhtəşəm uğurdan sonra deyib: “İndiki keçid dövrümdə titulu qorumaq daha çətin oldu. Ötən il Avropa çempionu olduqdan sonra ardıcıl ağır zədələr aldım. Hər iki çempionluğum mənə əzizdir. Sözsüz, çempion kimi çıxış edəndə məsuliyyət daha çox olur. Həsrət Cəfərov  4-cü dəfə Avropa çempionu oldu. Əlbəttə, aramızda xoş bir rəqabət var. Biz də istəyirik ki, bundan da böyük uğurlar qazanaq. Özümü, Həsrəti, bütün komandanı təbrik edirəm”.

Albaniya paytaxtında keçirilən AVRO həm də yeni baş məşqçi Məhəmməd Bananın rəhbərliyi altında milli komanda üçün ilk ciddi sınaq olub. İki qızıl medal və qalib komanda titulunu yaxşı başlanğıc hesab etmək olar. Lakin əsas sınaq, şübhəsiz ki, oktyabr ayında Bəhreyndə keçiriləcək Dünya çempionatında olacaq. 

Azərbaycan yunan-Roma güləşi üzrə komandasının baş məşqçisi Məhəmməd Bana komandanın Avropa Çempionatındakı qələbəsini şərh edib: "Əvvəlcə bütün Azərbaycan xalqını bu qələbə münasibətilə təbrik edirik. Komandamızın çempion olmasına sevinirik. Bunu gözləyirdik. Ümid edirəm ki, gələcəkdə daha da yaxşı nəticələr əldə edəcəyik. Bu hazırkı nəticə asan əldə olunmayıb. Biz aylarla əmək sərf etdik - güləşçilər, biz və federasiya. Gələcəkdə daha da yaxşı olmağa ümid edirik. Bütün güləşçilərimdən razıyam. Deyirlər ki, güləş fərdi idman növüdür. Amma bu, doğru deyil. Komanda çempionluğu qazanır. Beş medal qazandıq - iki qızıl və üç bürünc. Sənan Süleymanov və ya Beka Kandelaki kimi digər güləşçilər də xal qazanmasaydılar, komanda qalib gəlməyəcəkdi. Buna görə də hər birindən məmnunam və onlara təşəkkür edirəm. Məqsədimiz təkcə Dünya çempionatı deyil, həm də Olimpiya Oyunlarıdır. Biz bunu planlaşdırırıq. Bəli, qarşıda başqa yarışlar da var. Amma əsas məqsəd klassik komandanın sonuncu dəfə 23 il əvvəl qazandığı qızıl medalı əldə etməkdir. Və biz 2028-ci ildə qızıl medal qazanaraq bu seriyanı qırmağa ümid edirik”.

Rizvan CƏFƏROV,

“Azərbaycan”


Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycan-Ukrayna münasibətləri dinamik inkişaf edir

21:50
26 Aprel

“EFES - 2026” təliminə cəlb edilən hərbi qulluqçularımız Türkiyəyə yola düşüblər

20:56
26 Aprel

Çexiyanın Baş naziri Azərbaycana səfərə gəlib

20:41
26 Aprel

Ukrayna Təhlükəsizlik Qüvvələri Rusiyaya məxsus üç gəmiyə, bir MiQ-31 təyyarəsinə hava zərbələri endirib

19:48
26 Aprel

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq edilib

19:24
26 Aprel

Prezident İlham Əliyev: Azərbaycan xalqı sülhün və barışığın dəyərini çox yaxşı anlayır

17:46
26 Aprel

Bu gün IX sinif şagirdləri imtahan veriblər

16:36
26 Aprel

Azərbaycan Prezidenti: “Sülh və Barışıq üçün Gernika mükafatı”na layiq görülmək böyük şərəfdir

16:26
26 Aprel

Sabah hava Bakıda dəyişkən buludlu, bəzi rayonlarda isə arabir yağıntılı olacaq

16:23
26 Aprel

Daxili işlər naziri Göyçayda vətəndaşları dinləyib və gənclərin arasından seçim edib

16:13
26 Aprel

“Sülh və Barışıq üçün Gernika mükafatı”nın təqdimolunma mərasiminin iştirakçılarına

15:47
26 Aprel

Ağdərədə mina partlayıb, 1 nəfər xəsarət alıb

14:30
26 Aprel

“The Times” qəzeti: Hörmüz boğazında 600-dən çox gəmi qalıb

14:27
26 Aprel

Zelenski: Qırx ildir yüz minlərlə insan Çernobıl faciəsindən əziyyət çəkir

12:38
26 Aprel

Prezident İlham Əliyev: Vaşinqtonda baş verən atışma məni dərindən sarsıtdı

11:01
26 Aprel

Aprelin 26-sı Beynəlxalq Əqli Mülkiyyət Günüdür

10:33
26 Aprel

Bəşəriyyətin sağalmayan yarası: Çernobıl faciəsindən 40 il keçir

09:35
26 Aprel

ABŞ-də şam yeməyində atışma törədən şəxsin kimliyi məlum olub YENİLƏNİB 

08:54
26 Aprel

Bu gün 55 mindən çox IX sinif şagirdi imtahan verəcək

08:52
26 Aprel

Sevastopola dron hücumu: ölən və yaralananlar var

08:49
26 Aprel

Avropa Azərbaycan Mərkəzi Nyu-York merinin əsassız açıqlaması ilə bağlı bəyanat yayıb

08:48
26 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!