14 Fevral 2025 08:40
461
SİYASƏT
A- A+
Azərbaycanın şanlı inkişaf tarixində daha bir uğurlu il

Azərbaycanın şanlı inkişaf tarixində daha bir uğurlu il


7 fevral 2024-cü ildə keçirilmiş növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərində - "Zəfər seçkisi"ndə xalqımız, əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş və ölkəmizin hərtərəfli inkişafına mühüm zəmin yaradan uğurlu sosial-iqtisadi və xarici siyasət kursunun cənab İlham Əliyev tərəfindən davam etdirilməsinə, ölkəmizdə sabitliyin qorunmasına növbəti dəfə öz səsini vermişdir.

Torpaqlarımız işğaldan azad olunduqdan sonra ilk dəfə olaraq bütün ərazilərimizdə keçirilən prezident seçkilərində Prezident İlham Əliyevin inamlı qələbəsi xalqımızın öz Liderinə dərin inam və sevgisinin növbəti sübutu oldu. Seçkilərin nəticələri Azərbaycan xalqının Liderinə inamını, qlobal miqyasda nüfuzlu siyasətçi olmasını bir daha təsdiqlədi. Aparıcı dünya dövlətlərinin və beynəlxalq təşkilatların rəhbərlərinin Prezident İlham Əliyevə ünvanladıqları təbrik məktublarında yer alan səmimi ifadələr də məhz bunun nümayişi idi. 

Prezident İlham Əliyevin mükəmməl Liderlik bacarığı, xalq-iqtidar və vətəndaş-dövlət birliyinin nümunəvi modeli sayəsində son 1 il Azərbaycanın şanlı inkişaf tarixində daha bir qürurverici, yeni səhifənin açılması ilə əlamətdar olmuşdur.

Ölkəmiz üçün ən mühüm siyasi hadisələrdən biri olan "Zəfər seçkisi"ndən sonrakı 1 il ərzində Azərbaycan iqtisadiyyatı uğurla inkişaf etmişdir. Belə ki, 2024-cü ildə ölkədə 126,3 milyard manatlıq ümumi daxili məhsul istehsal olunmuş, yəni əvvəlki illə müqayisədə ümumi daxili məhsul 4 faizdən çox artmışdır. Əhalinin hər nəfərinə düşən ÜDM 12382,5 manata bərabər olmuşdur. İqtisadi inkişafın bizim üçün əsas göstəricisi olan qeyri-neft sektorunun inkişafını xüsusilə qeyd etmək lazımdır. İqtisadiyyatımızın qeyri-neft-qaz sektorunda əlavə dəyər 6 faizdən çox, qeyri-neft-sənaye sektorunda isə 7 faizdən çox artmışdır.

Ümumiyyətlə, bu günədək ölkəmizdə sosial-iqtisadi inkişafın təmin olunması üçün qəbul edilmiş bir çox  dövlət proqramı nəticəsində ölkə iqtisadiyyatı dinamik inkişaf edərək, əhalinin sosial vəziyyəti xeyli yaxşılaşdırılmışdır. Əməkhaqları, pensiyalar, təqaüdlər və müavinətlər artırılmış, yoxsulluq səviyyəsi minimuma enmişdir. 

Xüsusilə qeyd edilməlidir ki, dövlət büdcəsində sosialyönlü xərclərin ardıcıl artımı hökumətin sosial siyasətinin mühüm nəticəsidir.

Azərbaycan Respublikası Prezidentinin "Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində tədbirlərin davam etdirilməsi haqqında" 23 dekabr 2024-cü il tarixli Sərəncamına əsasən, 2025-ci il yanvarın 1-dən minimum əməkhaqqı, 2025-ci il fevralın 1-dən isə əmək pensiyasının minimum məbləği artmışdır.

Məhz Prezident İlham Əliyevin sosial sahəyə xüsusi diqqəti və qayğısı çərçivəsində, ölkədə sosial tərəqqi və sosial müdafiə sisteminin gücləndirilməsi istiqamətində ardıcıl olaraq mühüm addımların atılması təmin edilmişdir.

Beynəlxalq müstəvidə də uğurla gerçəkləşdirilən prinsipial və müstəqil siyasət kursu dövlətimizin nüfuzunu davamlı olaraq artırmaqdadır. Dünyanın əksər ölkəsi ilə istər ikitərəfli, istərsə də çoxtərəfli formatda qarşılıqlı hörmət və səmərəli əməkdaşlıq prinsipləri üzərində qurulan əlaqələr öz bəhrəsini verməkdədir. Xüsusilə qeyd edilməlidir ki, ölkəmiz sədrlik etdiyi və ya üzv qəbul olunduğu beynəlxalq təşkilatlarda daim öz fəallığı ilə seçilmiş və bu təşkilatların fəaliyyətinə əhəmiyyətli töhfə vermişdir. Bu baxımdan, ölkəmizin bu ildən Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirəyə sədrliyi, həmçinin inkişaf etməkdə olan səkkiz islam ölkəsini biləşdirən D8 qrupuna üzvlüyü prosesində qeyd olunan təşkilatların fəaliyyətinin intensivləşməsində vacib rol oynayacağı şübhə doğurmur.

Heç şübhəsiz, son əsrlərdə ilk dəfə olaraq Azərbaycanı şanlı Zəfərə qovuşduran Liderimizin xalqımız qarşısında misilsiz xidmətləri dövlətimizi və xalqımızı daha böyük uğurlara aparacaq və əminik ki, Vətənimiz Azərbaycan qarşıdan gələn illərdə də davamlı nailiyyətlərə imza atacaq. 


Zaur ŞÜKÜROV,

Milli Məclisin deputatı

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Nizami Kino Mərkəzində “The Oligarch’s Design” sənədli filminin nümayişi olub  

21:58
19 Dekabr

Azərbaycan–ABŞ Strateji Tərəfdaşlıq Xartiyası üzrə Strateji İşçi Qrupunun ilk iclası keçirilib  

21:29
19 Dekabr

Rubio: Rusiya-Ukrayna üzrə danışıqlarda irəliləyiş əldə olunub  

21:13
19 Dekabr

Marko Rubio Ermənistan-Azərbaycan münaqişəsinin həllində ABŞ-ın iştirakından danışıb  

21:09
19 Dekabr

Avropa Parlamenti sülh prosesinə zərbə vurmağa çalışır

21:04
19 Dekabr

Ermənistan vətəndaşlarının məhkəməsi təqsirləndirilən şəxslərin son söz çıxışları ilə davam etdirilib  

20:47
19 Dekabr

Ali Məclisin 2025-ci il payız sessiyasının növbəti iclası keçirilib  

20:36
19 Dekabr

Türk Ədliyyə Təlim Şəbəkəsinə üzv ölkələrin nümayəndələri ilə Baş Prokurorluqda görüş keçirilib  

20:12
19 Dekabr

Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılıb  

19:49
19 Dekabr

Səhiyyə Nazirliyində beynəlxalq aləmdə yüksək nüfuza malik olan tibb mütəxəssisləri ilə görüş keçirilib  

19:41
19 Dekabr

Milli Məclisdə “İxtisaslı kadr hazırlığı aqrar sektorun inkişafının əsasıdır” mövzusunda ictimai dinləmə keçirilib  

19:31
19 Dekabr

Ali məktəblərə qəbul və buraxılış imtahanlarında iştirak etmək üçün texniki vasitələr hazırlayan və satan təqsirləndirilən şəxslər barədə ibtidai istintaq tamamlanıb  

19:26
19 Dekabr

Ombudsman Aparatında milli amputant futbol komandasının uğurları müzakirə olunub  

19:03
19 Dekabr

Beynəlxalq “AnewZ” televiziya kanalı “The Oligarch’s Design” sənədli araşdırma filmini təqdim edəcək 

18:57
19 Dekabr

Azərbaycan Respublikası Dövlət Neft Fondunun Müşahidə Şurasının iclası keçirilib 

18:53
19 Dekabr

Bu il Müdafiə Nazirliyinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsinə 72 min 703 vətəndaş müraciəti daxil olub

18:44
19 Dekabr

Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevdən  

18:25
19 Dekabr

Müdafiə Nazirliyində media nümayəndələri ilə seminar keçirilib  

18:23
19 Dekabr

Ağdamda Manas Dastanı Günü və Beynəlxalq Dağlar Günü qeyd edilib  

18:16
19 Dekabr

Avropa Parlamentinin növbəti riyakarlığı

18:07
19 Dekabr

Elm və təhsil naziri Ağcabədidə vətəndaşların müraciətlərini dinləyib  

18:06
19 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!