23 Aprel 2025 14:44
688
İDMAN
A- A+
Azərbaycanda təşkil olunacaq III MDB Oyunları ilə bağlı ilk mətbuat konfransı keçirilib VİDEO  

Azərbaycanda təşkil olunacaq III MDB Oyunları ilə bağlı ilk mətbuat konfransı keçirilib VİDEO  

Azərbaycanın ev sahibliyi edəcəyi III MDB Oyunlarına həsr olunmuş ilk mətbuat konfransı keçirilib.

AZƏRTAC xəbər verir ki, konfransda tədbirə hazırlıq mərhələsi haqqında media nümayəndələrinə ətraflı məlumat verilib.

Bakı Şəhər Halqası (BHŞ) Əməliyyat Şirkətinin milli mətbuat katibi Arzu Hüseynova Təşkilat Komitəsinin üzv qurumları, Gənclər və İdman Nazirliyi, BHŞ ilə birgə inzibati məsələlər, tədbir məkanlarının hazırlıq vəziyyətinə gətirilməsi, iştirakçıların akkreditasiyası, yerləşdirilməsi və digər məsələlər üzrə hazırlıq işlərininin davam etdirildiyini vurğulayıb: “Hər qəlbdə bir qələbə!” şüarı altında keçiriləcək III MDB Oyunları Azərbaycanın 7 bölgəsində - Gəncə, Qəbələ, Şəki, Yevlax. Xankəndi, Göygöl, Mingəçevir şəhərlərində təşkil olunacaq. Açılış və bağlanış mərasimi isə Gəncə şəhər stadionunda baş tutacaq. Ümumilikdə 23 idman növü üzrə 12 idman obyektində yarışlar keçiriləcək. Oyunlarda 5500-ə yaxın iştirakçı gözlənilir. Tədbirə MDB ölkələri ilə yanaşı, digər ölkələrin də dəvət olunması nəzərdə tutulur”.

BHŞ rəsmisi Oyunlarda medallarla bağlı narazılıq və problemin olmaması üçün maksimum dərəcədə çalışacaqlarını diqqətə çatdırıb. O, yarışlarda milli komandanın qarşısına ən yüksək hədəflərin qoyulacağını da deyib.

Sonra mətbuat konfransında III MDB Oyunlarının maskotları - enerjili, mehriban Bəbir və Leyla ictimaiyyətə təqdim olunub. Onların Qafqaz bəbirinin obrazında yaradılmaqla, sadəcə simvol deyil, həm də Azərbaycanın zəngin təbiətini, gücünü və qonaqpərvərliyini parlaq şəkildə təcəssüm etdirildiyi qeyd edilib.

Ardınca III MDB Oyunlarının rəsmi internet saytı təqdim olunub. Bildirilib ki, artıq istifadəyə verilən www.cisgames2025.com saytında tədbirlə bağlı hazırlıq prosesi, yarış cədvəlləri, idman məkanları, könüllü və media qeydiyyatı ilə bağlı ən son yenilikləri əldə etmək mümkün olacaq.

Bakı Şəhər Halqasının İnsan resursları və işçi qüvvəsi şöbəsinin rəhbəri İranə Əhmədova III MDB Oyunları ilə əlaqədar Könüllü Proqramına start verildiyini söyləyib: “Proqram çərçivəsində paytaxt Bakı və əsasən də regionlardan 3000-ə yaxın könüllünün Oyunlara cəlb olunması gözlənilir. Qeyd etmək lazımdır ki, bölgələrdə bu istiqamətdə bir sıra tədbirlər görülür, gənclərlə maarifləndirici görüşlər keçirilir. Əsas məqsəd region gənclərinin bacarıqlarının inkişafına, onların beynəlxalq müstəvidə təcrübə və biliklərinin artmasına dəstək olmaqdır”.

Sonda media nümayəndələrini maraqlandıran suallar ətraflı cavablandırılıb.

Qeyd edək ki, III MDB Oyunları sentyabrın 28-dən oktyabrın 8-dək davam edəcək.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Nizami Kino Mərkəzində “The Oligarch’s Design” sənədli filminin nümayişi olub  

21:58
19 Dekabr

Azərbaycan–ABŞ Strateji Tərəfdaşlıq Xartiyası üzrə Strateji İşçi Qrupunun ilk iclası keçirilib  

21:29
19 Dekabr

Rubio: Rusiya-Ukrayna üzrə danışıqlarda irəliləyiş əldə olunub  

21:13
19 Dekabr

Marko Rubio Ermənistan-Azərbaycan münaqişəsinin həllində ABŞ-ın iştirakından danışıb  

21:09
19 Dekabr

Avropa Parlamenti sülh prosesinə zərbə vurmağa çalışır

21:04
19 Dekabr

Ermənistan vətəndaşlarının məhkəməsi təqsirləndirilən şəxslərin son söz çıxışları ilə davam etdirilib  

20:47
19 Dekabr

Ali Məclisin 2025-ci il payız sessiyasının növbəti iclası keçirilib  

20:36
19 Dekabr

Türk Ədliyyə Təlim Şəbəkəsinə üzv ölkələrin nümayəndələri ilə Baş Prokurorluqda görüş keçirilib  

20:12
19 Dekabr

Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılıb  

19:49
19 Dekabr

Səhiyyə Nazirliyində beynəlxalq aləmdə yüksək nüfuza malik olan tibb mütəxəssisləri ilə görüş keçirilib  

19:41
19 Dekabr

Milli Məclisdə “İxtisaslı kadr hazırlığı aqrar sektorun inkişafının əsasıdır” mövzusunda ictimai dinləmə keçirilib  

19:31
19 Dekabr

Ali məktəblərə qəbul və buraxılış imtahanlarında iştirak etmək üçün texniki vasitələr hazırlayan və satan təqsirləndirilən şəxslər barədə ibtidai istintaq tamamlanıb  

19:26
19 Dekabr

Ombudsman Aparatında milli amputant futbol komandasının uğurları müzakirə olunub  

19:03
19 Dekabr

Beynəlxalq “AnewZ” televiziya kanalı “The Oligarch’s Design” sənədli araşdırma filmini təqdim edəcək 

18:57
19 Dekabr

Azərbaycan Respublikası Dövlət Neft Fondunun Müşahidə Şurasının iclası keçirilib 

18:53
19 Dekabr

Bu il Müdafiə Nazirliyinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsinə 72 min 703 vətəndaş müraciəti daxil olub

18:44
19 Dekabr

Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevdən  

18:25
19 Dekabr

Müdafiə Nazirliyində media nümayəndələri ilə seminar keçirilib  

18:23
19 Dekabr

Ağdamda Manas Dastanı Günü və Beynəlxalq Dağlar Günü qeyd edilib  

18:16
19 Dekabr

Avropa Parlamentinin növbəti riyakarlığı

18:07
19 Dekabr

Elm və təhsil naziri Ağcabədidə vətəndaşların müraciətlərini dinləyib  

18:06
19 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!