10 Yanvar 2025 09:35
531
CƏMİYYƏT
A- A+
Azərbaycanda könüllülər hərəkatı geniş vüsət alıb

Azərbaycanda könüllülər hərəkatı geniş vüsət alıb


2024-cü ilin uğurlu yekunları sırasında  gənclər siyasəti, Azərbaycan gənclərinin təhsili, vətənpərvərliyi, xalqına və milli dövlətçiliyə sədaqətli xidməti istiqamətində görülən işlər diqqətçəkəndir. Azərbaycan Prezidenti İlham Əliyevin, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın gənclərə qayğısı, onların fəaliyyət dairəsinin genişləndirilməsinə, tədbirlərdə iştirakına və mənəvi güclərinin artırılmasına güclü zəmin yaratması,  dəstək olması ictimaiyyətdə məmnunluq yaradır. 

Ulu Öndər Heydər Əliyevin 2 fevral 1997-ci ildə imzaladığı Fərmana əsasən, fevral ayının 2-si Azərbaycan Gəncləri Günü elan edilmişdir. Ümummilli Lider sonrakı mərhələdə gənclərlə bağlı dövlət siyasətinin uğurla həyata keçirilməsi məqsədilə zəruri qanunvericilik bazasının formalaşdırılmasını da təmin etmişdir. 1996-2002-ci illərdə qəbul olunmuş "Bədən tərbiyəsi və idman haqqında", "Azərbaycanın gənc istedadlarına dövlət qayğısı haqqında", "Gənc istedadlar üçün xüsusi təqaüdlərin təsis edilməsi haqqında", "Dövlət gənclər siyasəti haqqında" qanun, digər fərman və sərəncamlar, proqramlar bu baxımdan xüsusi vurğulanmalıdır. Bu sənədlər gənc nəslin mütəşəkkil qüvvə kimi formalaşmasına, mənəvi-ideoloji cəhətdən yetkinləşməsinə, sosial problemlərin həllinə, faydalı məşğulluğun təmin olunmasına, idmanın kütləviləşməsinə, habelə könüllülük hərəkatının formalaşmasına böyük təsir göstərmişdir. Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan gənclər siyasəti dövlət başçısı İlham Əliyev tərəfindən uğurla davam etdirilir. 

Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə ölkəmizdə 2020-ci ilin "Könüllülər ili" elan edilməsi gəncliyin potensialından respublikamızın dayanıqlı inkişafı üçün səmərəli istifadə etmək baxımından çox əhəmiyyətli olmuşdur. Umumiyyətlə, ökəmizdə son 21 il ərzində Prezident İlham Əliyevin rəhbərliyi ilə bütün sahələri əhatə edən sistemli və kompleks islahatlar aparılıb, ölkə iqtisadiyyatının dayanıqlı və dinamik inkişafı təmin edilib. Təbii ki, respublikamızın sürətli inkişafı, ictimai həyatın bütün sahələrində əldə etdiyi nailiyyətlər dövlət gənclər siyasətində də özünü bariz şəkildə göstərir. Uğurlu daxili siyasətin ən mühüm istiqamətlərindən biri cəmiyyətin fəal təbəqəsi olan gənclərin yüksək dövlət qayğısı ilə əhatə olunmasıdır. Azərbaycanda həyata keçirilən gənclər siyasəti özünün mütərəqqiliyi ilə fərqlənir, başqa sözlə, dünyada nümunə kimi çıxış edir. Öz növbəsində Azərbaycan gəncləri ölkəmizin ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında fəal iştirak edirlər. Ən əsası Azərbaycan gəncləri ölkəmizin milli maraqlarının keşiyində durublar, üzərilərinə düşən vəzifələri layiqincə yerinə yetirirlər. Azərbaycan gənclər təşkilatları yalnız ölkə səviyyəsində deyil, regional və beynəlxalq arenada da mühüm layihələr həyata keçirir, Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə çatdırırlar. Başqa sözlə, bu gün ölkəmizi beynəlxalq miqyasda uğurla təmsil edən, eyni zamanda respublikamızın ictimai-siyasi, iqtisadi həyatında fəal rol oynayan Azərbaycan gəncləri vətənpərvər, yüksək intellektli, milli mənəvi dəyərlərinə, tarixi köklərinə, dövlətə və vətənə sadiq olmaqla, ictimai-siyasi məsələlərlə bağlı əsl vətəndaşlıq mövqeyindən çıxış edərək yüksək fəallıq və təşəbbüskarlıq göstərirlər. Bunlarla yanaşı indi Azərbaycan gəncləri müxtəlif sahələrdə, o cümlədən qanunverici, icraedici və məhkəmə orqanlarında, eləcə də özəl sektorda uğurla fəaliyyət göstərirlər. Dövlət qurumlarında gənclərin intellektual potensialından, kreativ ideyalarından, bilik, bacarıq və vərdişlərindən səmərəli istifadə edilir. Bu gün dövlətçiliyə və milli maraqlara sadiq fəal gənclər Azərbaycanın inkişafına mühüm töhfələr verirlər.

Ölkəmizdə gənclər siyasətinin səmərəliliyini təmin edən mühüm amillərdən biri könüllülük fəaliyyətinə xüsusi diqqət göstərilməsidir. Xatırladaq ki, Azərbaycanda 1998-ci ildə Gənclər, İdman və Turizm Nazirliyi, BMT-nin İnkişaf Proqramı və BMT Könüllüləri Proqramının birgə layihəsi fəaliyyətə başlayıb. 1998-2000-ci illərdə bu proqramın nəticəsində Azərbaycanda güclü könüllü komandası yaradılıb və könüllülük prinsiplərinin geniş auditoriyaya təbliği prosesi başlanıb. 2009-cu ildə Milli Məclisin "Könüllü fəaliyyət haqqında" qanun qəbul etməsi ölkəmizdə könüllülük fəaliyyətinin inkişafında mühüm rol oynayıb.

Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə gənclər siyasəti sahəsində, xüsusilə könüllülük hərəkatının inkişafı istiqamətində mühüm tədbirlər həyata keçirilib və bu proses uğurla davam etməkdədir. Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 15 sentyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan gəncliyi 2017-2021-ci illərdə" Dövlət Proqramında və 2019-cu il fevralın 1-də Azərbaycan Gəncləri Gününə həsr olunmuş respublika toplantısındakı çıxışında dövlət orqanlarının qarşısına gənclərin potensialından daha səmərəli istifadə etmək, cəmiyyətin bütün sahələrində gənclərin fəal iştirakına şərait yaratmaq, onlara peşə vərdişlərini aşılamaq və təcrübi biliklərini artırmaq, yaradıcı və innovativ potensialının üzə çıxarılmasını dəstəkləmək, ölkədə könüllülük hərəkatını inkişaf etdirmək vəzifəsi qoyulub. Bütün bunlar, gənclər üçün yeni fürsətlər yaradıb. Daha dəqiq desək, könüllülük fəaliyyəti Azərbaycan gənclərinin potensialının üzə çıxarılması və səmərəli istifadəsi üçün geniş imkanlar yaradıb. Xüsusilə də, son zamanlar müxtəlif dövlət qurumlarına könüllülərin cəlb olunmasına başlanılması Azərbaycanda könüllülük hərəkatının inkişafına əlavə təkan verib. Dövlətimizin başçısı İlham Əliyev dörd il bundan öncə, dekabrın 5-də Şamaxıda "ASAN Həyat" kompleksinin açılışında bu məqamlara toxunaraq demişdir: "...Xalqımıza xas olan xüsusiyyətlər könüllülər hərəkatı ilə üst-üstə düşür. Artıq minlərlə, bəlkə də on minlərlə könüllümüz var. Mən onu da bildirməliyəm, nisbətən bu yaxınlarda göstəriş vermişdim ki, dövlət orqanlarında da könüllülər fəaliyyətə başlasın, oraya cəlb olunsunlar. Artıq nazirliklərdə, dövlət şirkətlərində könüllülər qrupları vardır. Özəl şirkətlər könüllüləri işə cəlb etməlidirlər. Çünki bu, həm onlara xeyir gətirəcək, həm ümumi işimizə töhfə verəcəkdir. Ona görə könüllülər qarşısında hesab edirəm ki, bütün imkanlar açıqdır".

Prezident İlham Əliyevin həmin il dekabrın 30-da "Azərbaycan Respublikasında 2020-ci ilin "Könüllülər ili" elan edilməsi haqqında" Sərəncam imzalaması gənclərin fərdi inkişafına təkan vermək, onlarda sosial məsuliyyət hissini artırmaq, gəncliyin potensialından xalqın rifahı və ölkəmizin dayanıqlı inkişafı üçün səmərəli istifadə etmək baxımından xüsusi önəm kəsb etmişdir. Sərəncamda qeyd edildiyi kimi, könüllülük bir çox fəaliyyət sahələrinə nüfuz edərək ümummilli hərəkata çevrilmiş, ölkəmizin hər bir bölgəsinə, ictimai həyatın müxtəlif sahələrinə yayılaraq, cəmiyyətimizin bütün təbəqələrini əhatə etmiş, gənclərimizin həyat tərzinə çevrilmişdir. ASAN, "Regional İnkişaf" İctimai Birliyi, "Bir" Tələbə könüllüləri və digər könüllü hərəkatları yaranmış, mərkəzi və yerli icra hakimiyyəti orqanlarında on minlərlə gənci birləşdirən könüllü qrupları formalaşmışdır.

Xüsusilə qeyd edilməlidir ki, Birinci vitse-prezident Mehriban Əliyevanın ölkəmizdə könüllülük fəaliyyətinin inkişafına yüksək diqqət və qayğı göstərməsi müstəsna əhəmiyyətə malikdir. Son illərdə Azərbaycanın yüksək səviyyədə evsahibliyi etdiyi "Eurovision-2012" mahnı müsabiqəsi, 2015-ci ildə I Avropa Oyunları, 2017-ci ildə IV İslam Həmrəyliyi Oyunları, "Formula-1" yarışları və digər mötəbər beynəlxalq tədbirlərin təşkilinə on minlərlə könüllü cəlb olunmuşdur.

Ötən ilin noyabrında ölkəmizdə keçirilən ən böyük beynəlxalq tədbirlərdən olan və yüksək səviyyədə başa çatan COP29-da könüllülər 17 şöbə üzrə 35 fərqli istiqamətdə fəaliyyət göstəriblər. Könüllülər hər zamankı kimi, tədbirin ən yüksək səviyyədə təşkil edilməsinə və başa çatmasına dəstək olublar. COP29 könüllüləri hava limanında qonaqların qarşılanması prosesindən onların hotellərə yerləşdirilməsi, eləcə də Bakı Olimpiya Stadionunda tədbir iştirakçılarına dəstəyin göstərilməsinə qədər müxtəlif sahələrdə fəaliyyət göstəriblər. Könüllülər təkcə qonaqlara deyil, eyni zamanda COP29 Azərbaycan Əməliyyat Şirkətinin əməkdaşlarına və BMT nümayəndələrinə müvafiq işlərin icrasında yaxından kömək göstəriblər.

Görünən odur ki, könüllülərin təşkilatçılıq prosesinə cəlb edilməsi sözsüz ki, onların fərdi və peşəkar inkişafları üçün mühüm əhəmiyyət kəsb edir. Qlobal konfransın təşkilində iştirak etmələri nəticəsində qazandıqları əvəzolunmaz təcrübənin könüllülərin gələcək peşəkar fəaliyyətlərinin davam etdirilməsi və karyera yollarında irəliləməsi üçün başlıca amillərdəndir. Dünyasəviyyəli tədbirin bir parçası olmaq gənclərimizin yeni bilik və təcrübələr qazanması ölkəmizin kadr potensialının inkişafında mühüm rol oynayır.

COP29-a qədər olan müddətdə yalnız Bakıda deyil, republikamızın müxtəlif bölgələrində də könüllülərin iştirakı ilə böyük ekoloji layihələr həyata keçirilib. Bu prosesdə əsas məqsəd könüllülərin ekoloji maarifləndirilməsi olub. Ekoloji maarifləndirmə layihələri könüllülərin yaxından dəstəyi ilə vətəndaşlar arasında da aparılıb. Könüllülər fərqli təmizlik aksiyalarında 2 min 500 kiloqramdan artıq tullantını təkrar emal üçün yığaraq təhvil veriblər, fərqli ekoloji aksiyalarda və master-klaslarda şəhər sakinlərinin maarifləndirilməsi prosesində bilavasitə iştirak ediblər, prosesə öz töhfələrini veriblər. Əminliklə deyə bilərik ki, könüllülərimizin bu proqram çərçivəsində öyrəndikləri gələcəkdə ölkəmizdə ekoloji layihələrin və ekoloji aksiyaların daha da artmasına səbəb olacaq. Belə ki, gənclərimiz ekologiyamızın qorunmasında öz məsuliyyətlərini tam anlayır və "yaşıl dünya" naminə əllərindən gələni əsirgəmirlər. Bütün bunlar onu deməyə əsas verir ki, respublikamızda təcrübəli könüllü bazası formalaşıb və Azərbaycanda könüllülər hərəkatı geniş vüsət alıb.


Rəhman SALMANLI, 

"Azəbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Ukrayna ilə bağlı sülh planı ətrafında nə baş verir?  

17:26
15 Dekabr

İdmanımızın yeni ulduzu

17:25
15 Dekabr

Xalq yazıçısı Elmira Axundovanın Ulu Öndərə həsr olunmuş “Sizin aranızda ən böyük dissident mən idim” adlı ikicildlik kitabının təqdimatı keçirilib  

17:16
15 Dekabr

Dövlət Gömrük Komitəsinin sədri Zaqatalada vətəndaşlarla görüşüb  

17:07
15 Dekabr

“Azəriqaz”: 5 kənd və 11 massiv qazın verilməsi ərəfəsindədir 

17:06
15 Dekabr

Azərbaycanda bu il İKT sektorunda göstərilmiş xidmətlərin ümumi dəyəri 8,1 faiz artıb  

17:02
15 Dekabr

Misli Premyer Liqasında XV turun növbəti oyunu keçirilib  

16:44
15 Dekabr

Şəxsiyyət vəsiqəsi, pasport, sürücülük vəsiqəsi və nəqliyyat vasitələrinin qeydiyyatı üzrə xidmətlər onlayn təqdim ediləcək  

16:42
15 Dekabr

Osman Mert: Bakıda keçirilmiş Birinci Türkoloji Qurultay türk dilçiliyinin inkişafı üçün xüsusi əhəmiyyət kəsb edib  

16:39
15 Dekabr

Dünya Türk Dili Ailəsi Gününün qeyd olunması Türk dünyasının beynəlxalq miqyasda artan gücünün və nüfuzunun ifadəsidir 

16:36
15 Dekabr

Azərbaycan Prezidenti “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan olunması təşəbbüsünü irəli sürüb  

16:34
15 Dekabr

Avstraliya İttifaqının Baş naziri Zati-aliləri cənab Entoni Albanizə  

16:33
15 Dekabr

Azərbaycan nümayəndə heyəti BMT-nin Ətraf Mühit Assambleyasının 7-ci sessiyasında iştirak edib VİDEO  

16:31
15 Dekabr

Prezident İlham Əliyev Azərbaycan ilə Qazaxıstan arasında energetika sahəsində strateji tərəfdaşlıqla bağlı Sazişi təsdiqləyib  

16:17
15 Dekabr

Xarici dövlətlərlə Azərbaycanın iqtisadi əlaqələrində xidmətlərin həcmi 14 milyard dollar təşkil edib  

16:16
15 Dekabr

Avropa İttifaqı Ukraynanın yenidən qurulması xərclərini təkbaşına ödəyə bilməyəcək  

16:15
15 Dekabr

Qlobal geosiyasi mübarizə sona çatmayınca neftin qiyməti qeyri-sabit qalacaq  

16:12
15 Dekabr

Prezident İlham Əliyev Azərbaycan və Maldiv arasında viza tələbinin qarşılıqlı ləğv edilməsi haqqında Sazişi təsdiqləyib

16:11
15 Dekabr

Dövlət maliyyəsinin idarə olunması, rəqəmsal islahatlar və növbəti dövr üçün qarşıda duran vəzifələr müzakirə olunub  

16:06
15 Dekabr

Azərbaycanla Moldova arasında məxfi məlumatın mübadiləsi və mühafizəsi haqqında Saziş təsdiq edilib  

16:03
15 Dekabr

Azərbaycanın və Qazaxıstanın Daxili İşlər nazirlikləri əməkdaşlıq edəcəklər  

15:39
15 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!