07 Noyabr 2023 15:47
2911
Məktublar
A- A+
Azərbaycanda fəaliyyət göstərən dini konfessiyaların rəhbərlərindən

Azərbaycanda fəaliyyət göstərən dini konfessiyaların rəhbərlərindən


Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Möhtərəm cənab Prezident!

Azərbaycanda fəaliyyət göstərən dini konfessiya nümayəndələrinin arzu və iradəsini ifadə edərək Sizə - Azərbaycan xalqının ləyaqətli oğluna, dünyanın tanınmış siyasi xadiminə və rəşadətli Ali Baş Komandana salamlarımızı çatdırır, tarixin misilsiz Zəfər bayramı - Qarabağın düşmən işğalından azad edilməsi, suverenliyimizin tam bərpa olunması və Dövlət Bayrağı Günü münasibətilə təbriklərimizi ünvanlayırıq.

Şükürlər olsun ki, Azərbaycan xalqı öz tarixinin ən möhtəşəm dönəmini - Vətən müharibəsindəki Qələbənin və Xankəndidə Dövlət Bayrağının ucaldılmasının qürurunu yaşayır. Biz, din xadimləri fəxr edirik ki, bu Qələbənin müəllifi və sərkərdəsi Azərbaycan xalqının böyük oğlu, bütün dünyada Qarabağın Fatehi kimi tanınan Zati-aliləri Ali Baş Komandan cənab İlham Əliyevdir. Tariximizə qızıl hərflərlə yazılan Zəfər səadəti üçün dindarların arzusu Zati-aliləri İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım üçün dualar etmək, xeyirli arzular diləməkdir. Otuz il ərzində işğal altında qalmış əzəli torpağımız Qarabağın, İslam dünyasının mədəniyyət mərkəzi Şuşanın, ümdə niyyətimiz olan Xankəndinin və Xocalının işğaldan azad edilməsi, beynəlxalq hüquqa uyğun olaraq suverenliyimizin tam bərpası fövqəladə siyasi qələbə və böyük əhəmiyyətli tarixi hadisədir. Zati-alinizin ucaltdığı Azərbaycan Bayrağı, şanlı Zəfərimizin üçüncü ildönümünün Xankəndidə və Şuşada keçirilməsi öz torpaqlarına, milli-mənəvi dəyərlərinə, mədəni irsinə sahib çıxan müzəffər xalqın Uca Allahın xeyir-duası ilə, rəşadətli Ordusunun gücünə arxalanaraq tarixi ədaləti bərpa etməsi deməkdir. Bu möhtəşəm məqamı sonsuz qürur hissi ilə bizə yaşatdığınıza görə dindarlarımız Sizinlə fəxarət duyur, Rəbbimizə həmd-sənalar edirlər.

Zati-aliləri, Qarabağ bölgəsinin qısa zamanda yenidən qurulması, işğaldan azad olunmuş Şuşanın 2023-cü ildə türkdilli dövlətlərin mədəniyyət mərkəzi, 2024-cü ildə “İslam mədəniyyəti paytaxtı” elan edilməsi, suverenliyimizin tam bərpası - bunların hamısı Zati-alinizin yenilməz iradəsi və əzmi sayəsindədir. Dövlətimizin iqtisadi və siyasi qüdrətinin artması, xalqımızın rifahının yüksəlməsi, milli-mənəvi dəyərlərimizin təbliği naminə gördüyünüz fövqəladə xidmətlərə görə hər zaman dindarlarımızın xeyir-dualarındasınız. Zati-alinizin və ölkəmizin Birinci vitse-prezidenti xanım Mehriban Əliyevanın yüksək mənəvi dəyərlərin hamisi olduğuna, məscidlərlə yanaşı, xristian və yəhudi dini abidələrinə Azərbaycanda ənənəvi olaraq diqqət və qayğı ilə yanaşılmasına bütün dünya şahiddir. Bütün bunlar Azərbaycanın dünyadakı tolerant imicini, ali dəyərlər ölkəsi, mədəniyyətlər, sivilizasiyalar, dinlərarası dialoq prosesində aparıcı mərkəzlərdən biri olmasını bir daha təsdiqləyir. Əsrlər boyu Azərbaycanda yaşayan xalqlar və etnoslar yaradılan münbit şərait sayəsində öz mənəvi mədəniyyətlərini, dini etiqad azadlıqlarını qoruyub saxlayır və inkişaf etdirirlər. Bu gün dinindən və milliyyətindən asılı olmayaraq, Azərbaycanın hər bir vətəndaşı Vətən müharibəsindəki “dəmir yumruq” kimi yenə də Sizin ətrafınızda birləşməyə hazırdır. Biz əminik ki, multikultural ənənələrimiz sayəsində azərbaycançılıq məfkurəsinə sadiq qalan, etnik və dini müxtəlifliyə mənsub Azərbaycan vətəndaşlarının bir ailənin üzvləri kimi mənəvi harmoniya şəraitində yaşamaları bilavasitə Sizin siyasi müdrikliyinizin təzahürüdür.

Möhtərəm cənab Prezident, dini konfessiya rəhbərləri olaraq Azərbaycan xalqı və dövləti naminə fəaliyyətinizdə Sizə Uca Yaradandan yeni zəfər və qələbələr, dünya miqyasında dəyər kəsb edən səy və əməllərinizdə uğurlar diləyirik. Qələbənin qazanılması uğrunda mübarizədə şəhid olmuş qəhrəman Azərbaycan oğullarına rəhmət diləyir, qazilərə şəfalar arzulayırıq. Əminik ki, Sizin rəhbərliyinizlə Azərbaycan xalqı dünya miqyasında daha böyük uğurlara imza atacaq, haqqın qalibiyyəti daim Zati-alinizlə olacaqdır. Zəfərimiz mübarək olsun!

Uca Yaradan hər zaman Sizi, Azərbaycan dövlətini və xalqını qorusun! Amin.

Dərin hörmət və ehtiramla,

 

Şeyxülislam Allahşükür Paşazadə
Qafqaz Müsəlmanları İdarəsinin sədri, Azərbaycanda fəaliyyət
göstərən dini konfessiyaların Məşvərət Şurasının sədri,

 

Milix Yevdayev
Azərbaycandakı Dağ Yəhudiləri İcmasının rəhbəri,

 

Arximandrit Aleksiy
Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının katibi,

 

Vladimir Fekete
Roma Katolik Kilsəsinin Azərbaycandakı Apostol Prefekturasının ordinarisi,

 

Aleksandr Şarovski
Bakıdakı Avropa Yəhudiləri İcmasının rəhbəri,

 

Robert Mobili
Azərbaycandakı Alban-Udi Xristian Dini İcmasının sədri.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Nizami Kino Mərkəzində “The Oligarch’s Design” sənədli filminin nümayişi olub  

21:58
19 Dekabr

Azərbaycan–ABŞ Strateji Tərəfdaşlıq Xartiyası üzrə Strateji İşçi Qrupunun ilk iclası keçirilib  

21:29
19 Dekabr

Rubio: Rusiya-Ukrayna üzrə danışıqlarda irəliləyiş əldə olunub  

21:13
19 Dekabr

Marko Rubio Ermənistan-Azərbaycan münaqişəsinin həllində ABŞ-ın iştirakından danışıb  

21:09
19 Dekabr

Avropa Parlamenti sülh prosesinə zərbə vurmağa çalışır

21:04
19 Dekabr

Ermənistan vətəndaşlarının məhkəməsi təqsirləndirilən şəxslərin son söz çıxışları ilə davam etdirilib  

20:47
19 Dekabr

Ali Məclisin 2025-ci il payız sessiyasının növbəti iclası keçirilib  

20:36
19 Dekabr

Türk Ədliyyə Təlim Şəbəkəsinə üzv ölkələrin nümayəndələri ilə Baş Prokurorluqda görüş keçirilib  

20:12
19 Dekabr

Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılıb  

19:49
19 Dekabr

Səhiyyə Nazirliyində beynəlxalq aləmdə yüksək nüfuza malik olan tibb mütəxəssisləri ilə görüş keçirilib  

19:41
19 Dekabr

Milli Məclisdə “İxtisaslı kadr hazırlığı aqrar sektorun inkişafının əsasıdır” mövzusunda ictimai dinləmə keçirilib  

19:31
19 Dekabr

Ali məktəblərə qəbul və buraxılış imtahanlarında iştirak etmək üçün texniki vasitələr hazırlayan və satan təqsirləndirilən şəxslər barədə ibtidai istintaq tamamlanıb  

19:26
19 Dekabr

Ombudsman Aparatında milli amputant futbol komandasının uğurları müzakirə olunub  

19:03
19 Dekabr

Beynəlxalq “AnewZ” televiziya kanalı “The Oligarch’s Design” sənədli araşdırma filmini təqdim edəcək 

18:57
19 Dekabr

Azərbaycan Respublikası Dövlət Neft Fondunun Müşahidə Şurasının iclası keçirilib 

18:53
19 Dekabr

Bu il Müdafiə Nazirliyinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsinə 72 min 703 vətəndaş müraciəti daxil olub

18:44
19 Dekabr

Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevdən  

18:25
19 Dekabr

Müdafiə Nazirliyində media nümayəndələri ilə seminar keçirilib  

18:23
19 Dekabr

Ağdamda Manas Dastanı Günü və Beynəlxalq Dağlar Günü qeyd edilib  

18:16
19 Dekabr

Avropa Parlamentinin növbəti riyakarlığı

18:07
19 Dekabr

Elm və təhsil naziri Ağcabədidə vətəndaşların müraciətlərini dinləyib  

18:06
19 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!