Azərbaycan və İspaniya iqtisadi-ticarət əlaqələrinin inkişaf etdirilməsini müzakirə edib
İxracın və İnvestisiyaların Təşviqi Agentliyi – AZPROMO-nun və “Madrid Biznes Forumu“nun birgə təşkilatçılığı ilə İspaniya şirkətlərinin nümayəndələri arasında görüş keçirilib. Tədbirin əsas məqsədi ispan şirkətlərini Azərbaycanın biznes və investisiya imkanları barədə məlumatlandırmaq olub.
AZƏRTAC qurumun yaydığı məlumata istinadən xəbər verir ki, AZPROMO-nun icraçı direktoru Yusif Abdullayev agentlik haqqında məlumat verib, bu cür tədbirlərin ölkələr arasında ticarət və investisiya sahələrində əməkdaşlığın dərinləşdirilməsi üçün möhkəm zəmin yaratdığını vurğulayıb. Bildirilib ki, ölkəmizin İspaniyaya qeyri-neft ixracının artırılması üçün biznes dairələri arasında əlaqələr genişləndirilməlidir və bu istiqamətdə AZPROMO aktiv tədbirlər görür.
Tədbirdə çıxış edən Azərbaycanın İspaniya Krallığında fövqəladə və səlahiyyətli səfiri Ramiz Həsənov ölkələrimiz arasında münasibətlərin yüksələn xətlə inkişaf etdiyini bildirərək, iqtisadi-ticarət əlaqələrinin də gücləndirilməsi üçün geniş potensialın olduğunu vurğulayıb. Səfir həmçinin bildirib ki, hazırda Azərbaycanda neft-qaz, tikinti və kənd təsərrüfatı sahələrində 30-dan çox ispan şirkəti fəaliyyət göstərir.
Tədbir zamanı Azərbaycanın biznes, investisiya və turizm imkanlarına dair təqdimatlar keçirilib, sahibkarları maraqlandıran suallar cavablandırılıb.
Özəl investisiyaların maliyyələşdirməsi üzrə ixtisaslaşan İspaniyanın dövlət şirkəti COFIDES ilə görüşdə AZPROMO-nun fəaliyyət istiqamətləri, ölkəmizin, o cümlədən işğaldan azad olunmuş ərazilərimizin investisiya potensialı haqqında məlumat verilib. COFIDES-in nümayəndələri təmsil etdikləri qurum barədə bəhs edib, AZPROMO ilə qarşılıqlı faydalı layihələrin reallaşdırılması çərçivəsində fikir mübadiləsi aparıblar. Tərəflər həmçinin COP29-u qeyd edərək, tədbirin əməkdaşlıq üçün önəmli platforma kimi rolunu vurğulayıblar.
İspaniya şirkətlərinin beynəlmiləlləşdirilməsi istiqamətində fəaliyyət göstərən əsas qurum sayılan ICEX İctimai Təşkilatı ilə görüşdə isə AZPROMO-nun icraçı direktoru Yusif Abdullayev İspaniyaya işgüzar səfirin əsas məqsədləri – ispan şirkətləri ilə investisiya tərəfdaşlığının qurulması və ixrac imkanlarının araşdırılması haqqında danışıb. Bildirilib ki, ispan şirkətlərinin Azərbaycanda iştirakının genişləndirilməsi, o cümlədən işğaldan azad olunmuş ərazilərimizdə reallaşdırılan layihələrə cəlb olunması üçün prioritet sektorların müəyyənləşdirilməsi vacibdir. Görüşdə bu xüsusda qurumlar arasında məlumat mübadiləsinin aparılmasına dair razılıq əldə olunub.
ICEX İctimai Təşkilatının baş direktoru Elisa Karbonel iki ölkənin sahibkarları arasında şəbəkələşmənin gücləndirilməsi və əlaqələndirmə işlərində dəstəyin göstərilməsinə hazır olduqlarını diqqətə çatdırıb. Qeyd edilib ki, infrastruktur, nəqliyyat, “smart” yaşayış məntəqələri və şəhərlər, enerji və kibertəhlükəsizlik sahələrində fəaliyyət göstərən qabaqcıl ispan şirkətlərinin Azərbaycanda investisiya layihələrində iştirak etməsi üçün geniş perspektivləri var.
Görüşdə İspaniya İqtisadiyyat, Ticarət və Biznes Nazirliyinin Beynəlxalq ticarət və investisiyalar idarəsinin baş direktoru Alisiya Varela ölkəsinin Azərbaycanla iqtisadi-ticarət əlaqələrinin inkişaf etdirilməsində maraqlı olduğunu və təmsil etdiyi qurumun bu istiqamətdə lazımi dəstəyi göstərməsinə hazır olduğunu bildirib.
AZPROMO-nun icraçı direktoru Yusif Abdullayev Azərbaycanın İspaniyaya qeyri-neft ixracının artırılması perspektivlərini diqqətə çatdırıb. Qeyd olunub ki, Azərbaycanın müsbət biznes mühiti və geniş investisiya potensialı ispan şirkətlərinə ölkəmizdə birgə müəssisələr yaratmağa əlverişli şərait təklif edir və bu da öz növbəsində inkişaf edən ticarət əlaqələrinin dəstəklənməsində önəmli rol oynaya bilər.
Görüşdə həmçinin ikitərəfli münasibətlərin intensivləşdirilməsi üçün Azərbaycanda İspaniya səfirliyinin açılmasının vacibliyi vurğulanıb.
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Bakıda bədii gimnastika üzrə Avropa Kubokunun açılış mərasimi olub
03 May
Bakıda “Avropa Komandasının Mina Əleyhinə Təşəbbüsü” mövzusunda tədbir keçirilib YENİLƏNİB...
03 May
Albaniyalı akademik Azərbaycandakı dinlərarası harmoniya barədə məlumatlandırılıb
03 May
Mədəniyyət naziri İtaliya nümayəndə heyəti ilə görüşüb
03 May
Amerika din xadimləri ilə görüşdə Azərbaycandakı tolerantlıq mühiti diqqət mərkəzində olub...
03 May
Xarıbülbül çiçəyi Amerika nəşrinin üz qabığında
03 May
Malayziyalı parlamentarilər Füzuli və Şuşa şəhərlərində olublar
03 May
“Gələcək üçün bacarıqlar” layihəsinin növbəti inkubasiya proqramı təqdim olunub
03 May
Alister Çarlz: İnanıram ki, Bakı Forumunda aparılan müzakirələr dünyada sülhün təmin olunmasına töhf...
03 May
Filippin parlamentinin komitə sədri Milli Məclisdə olub
03 May
DİQQƏT ÇƏKƏNLƏR
Bakıda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu işə başlayıb Prezident İlham Əliyev Forumun a...01 May 2024
Prezident İlham Əliyev Xarici ölkələrlə dostluq üzrə Çin Xalq Assosiasiyasının sədrini qəbul edib YE...29 Aprel 2024
Azərbaycan ilə Qırğızıstanın dostluğu və qardaşlığı əbədidir28 Aprel 2024
Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiri...26 Aprel 2024
Tərəfdaşlıqdan strateji müttəfiqliyə25 Aprel 2024
ÇOX OXUNANLAR
İlham Əliyevin sülh və qlobal təhlükəsizlik missiyası01 May 2024
Tükdən nazik siyasət30 Aprel 2024
Qlobal liderdən həmrəylik çağırışı28 Aprel 2024
İlham Əliyevdən ədalət dərsi26 Aprel 2024
ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib Pr...24 Aprel 2024
"Dəmir yumruğ"un ikinci zərbəsi23 Aprel 2024
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!