Azərbaycan və Fransa parlamentlərinin sədrləri Dublində görüşüblər
Milli Məclisin sədri Sahibə Qafarova İrlandiyanın paytaxtı Dublin şəhərində Fransa Milli Assambleyasının sədri Yael Braun-Pivet ilə görüşüb.
Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, görüşdə Sahibə Qafarova Fransanın Azərbaycana münasibətdə nümayiş etdirdiyi qərəzli mövqeyini tənqid edib. O deyib ki, Cənubi Qafqazdakı vəziyyətə birtərəfli, qərəzli yanaşma regionumuzda uzunmüddətli sülhün bərqərar olması səylərinə heç bir fayda vermir.
Sahibə Qafarova Fransa parlamentinin hər iki palatasının Azərbaycanla Ermənistan arasında normallaşmaya və sülh prosesinə mənfi təsir göstərən bir çox bəyanatlar, qətnamələr qəbul etdiyini xatırladaraq deyib ki, bu sənədlər beynəlxalq hüququn norma və prinsiplərinə zidd olub, ölkəmizin suverenliyini və ərazi bütövlüyünü şübhə altına alıb. Əvəzində, bütün bu addımlar ərazilərimizdə separatizmi dəstəkləyib və Ermənistanda revanşist qüvvələri cəsarətləndirib.
O, həmçinin Yael Braun-Pivetin 2023-cü ildə Ermənistana səfər etdiyini vurğulayaraq deyib ki, əgər Fransa Milli Assambleyasının sədri Ermənistandan sonra Azərbaycana da səfər etsəydi, bu ölkəmizin mövqeyi ilə də tanış olmaq üçün yaxşı fürsət ola bilərdi. “Biz Fransanın 30 ildir, Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalını, şəhərlərimizi, kəndlərimizi, tarixi və mədəniyyət abidələrimizi dağıtmasını pislədiyinin şahidi olmamışıq. Fransa Ermənistanın etnik təmizləmə siyasəti ilə üzləşmiş, Ermənistandan qaçqın və Qarabağdan məcburi köçkün düşmüş bir milyon azərbaycanlının hüquqlarından heç vaxt danışmayıb”, - deyən S. Qafarova, həmçinin Azərbaycanın Qarabağ regionunda həyata keçirdiyi lokal antiterror tədbirləri haqqında geniş məlumat verib, erməni sakinlərin reinteqrasiya məsələsinə toxunub.
Görüşdə, eyni zamanda, Qarabağda infrastrukturun bərpası, yerli əhaliyə humanitar yardımın göndərilməsi barədə məlumat verilib.
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Azərbaycan Mətbuat Şurasının AZƏRTAC-ın əməkdaşının jurnalist fəaliyyətinin məhdudlaşdırılması ilə b...
05 Dekabr
Ten Kristian: Fransanın Yeni Kaledoniyada hərbi baza yerləşdirməsinə razı deyilik
05 Dekabr
Milli Məclisin plenar iclasında 22 məsələ müzakirə edilib
05 Dekabr
Alessandro Biançi: Mədəni irsə qarşı vandallıq aktları yolverilməzdir
05 Dekabr
Penitensiar Xidmətdə qazilərlə görüş olub
05 Dekabr
Qərbi Azərbaycan xalçalarının Milli Xalça Muzeyində sərgisi açılıb
05 Dekabr
UNESCO: Qeyri-maddi mədəni irsin qorunması üzrə Hökumətlərarası Komitənin 18-ci sessiyasında Azərbay...
05 Dekabr
Moskvada Azərbaycan və İran xarici işlər nazirlərinin görüşü keçirilir
05 Dekabr
Parlamentdə hərbi qanunvericilikdə nəzərdə tutulan dəyişikliklərlə bağlı mətbuat konfransı keçirilib...
05 Dekabr
Bakıda və Abşeron yarımadasında küləyin sürəti 26-32 metr/saniyəyədək güclənib
05 Dekabr
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!