25 Aprel 2026 15:44
599
SİYASƏT
A- A+
Azərbaycan-Ukrayna enerji əməkdaşlığının həm təcrübəsi, həm də perspektivi var

Azərbaycan-Ukrayna enerji əməkdaşlığının həm təcrübəsi, həm də perspektivi var

Volodimir Zelenski: “Enerji sahəsində təchizata gəldikdə, belə çox ağır bir dövrdə biz 11 yardım paketi almışıq”

   

     Son bir neçə ildə Ukraynanın  adı gələndə ilk növbədə bu ölkədə qanlı-qadalı müharibə getdiyi yada düşür. Xüsusilə bizim, Azərbaycan xalqının  fikrinə gələn birinci bu olur. Çünki biz  uzun illər müharibənin  gətirdiyi  fəlakətdən, itki və ağrılardan  çox əziyyət çəkmişik. Buna görə və həm də ümumiyyətlə, humanist xalq olduğumuz , dövlətimizin  humanist siyasət yeritdiyi üçün  müharibədən əziyyət çəkən xalqlara həmişə mənəvi və maddi kömək göstərmişik.

      Bu  gün    belədir. Uzaqlığından, yaxınlığından asılı olmayaraq müharibə  fəlakətləri ilə üz-üzü qalan insalara dəstək oluruq. Bu humanitar dəstək  bir neçə formada özünü göstərir. Ukraynalı  uşaqlar üçün  ölkəmizdə reabilitasiya proqramlarının həyata keçirilməsi buna bir misaldır.  Yaxın vaxtlarda ukraynalı tələbələrin də Azərbaycanda reabilitasiya proqramı həyata keçiriləcək.  

     Ukraynada insanlar   enerji sisteminin tez-tez sıradan çıxmasıdan  əziyyət çəkirlər. Ölkəmiz  Ukraynaya elektrik generatorları göndərərək  bu xüsusda  da ona kömək əlini uzadır.

       Təsadüfi deyil ki,  Ukrayna Prezidenti Volodimir Zelenski  Azərbaycana  işgüzar səfəri çərçivəsində  bu gün Qəbələdə mətbuata verdiyi bəyanatda ölkəsinin enerji  təchizatı üçün belə çox ağır bir dövrdə  bizdən 11 yardım paketi aldıqlarını deyib . Azərbaycana bu yardıma görə öz təşəkkürünü bildirib.

     Həmçinin Ukraynadan olan uşaqlara köməyə görə Prezident İlham Əliyevə təşəkkürünü bildirən Volodimir Zelenski deyib: “Siz bizim uşaqlarımıza kömək edirsiniz. Uşaqlarımız, övladlarımız cəbhəyanı bölgələrdən gəlirlər. Onlar əzab-əziyyətlərlə üzləşiblər, müharibədən əziyyət çəkiblər. Beş yüzdən artıq ukraynalı uşaq buradadır və bu dəstəyə görə Sizə minnətdarıq”.

       İnsanların bir-birilə  əlaqələri   böyük önəm daşıyır. Məlumdur ki, həmin ölkədə böyük Azərbaycan diasporu fəaliyyət göstərir.

        Azərbaycanın  böyük təcrübəsi  də gələcəkdə  Ukraynaya çox lazım  olacaq.Məsələn, mina təmizlənməsi üçün avadanlığın verilməsi məsələsini deyək.

        Biz gələcəkdə bu məsələyə də öz töhvəsini verə bilərik.  Belə ki, Azərbaycan bərpa və quruculuq sahəsində dünyada unikal təcrübəyə malik ölkədir. Gələcəkdə bərpa və quruculuq layihələrinin reallaşdırılmasında Azərbaycan Ukrayna ilə öz təcrübəsini bölüşə bilər.

    Bu gün Qəbələdəki  tədbirlərdə  iki ölkə arasında  bir çox istiqamətlər üzrə  əməkdaşlıq edildiyi  vurğulanıb. Prezident İlham Əliyev mətbuata bəyanatında bildirib ki, həmin  əməkdaşlıq bu gün bir daha təsdiqləndi.

     Müzakirə edilən məsələlər arasında siyasi dialoqdan başqa, xüsusilə energetika sahəsində də əməkdaşlığı qeyd edən dövlətimizin başçısı deyib: “Burada həm əldə edilmiş nailiyyətlər var, - SOCAR Ukraynada uzun illərdir ki, uğurla fəaliyyət göstərir, - eyni zamanda, çox gözəl perspektivlər var, birgə layihələr var”.

      Azərbaycan-Ukrayna  iqtisadi əlaqələri sırasında enerji sahəsində əməkdaşlıq  ön yeri tutur  və həm təcrübəyə, həm də potensiala əsaslanır. Azərbaycanın enerji sahəsində əməkdaşlıq əlaqələrinin geniş coğrafiyanı əhatə etdiyi artıq bütün dünyaya bəllidir. SOCAR-ın  bir sıra ölkələrdə olduğu kimi, Ukraynada da yanacaqdoldurma məntəqələri fəaliyyət göstərir. Bu da ikitərəfli biznes əlaqələrinin inkişafına töhfədir.

      Qəbələdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Ukrayna Prezidenti Volodimir Zelenski ilə  geniş tərkibdə görüşündəki söhbət zamanı dövlətimizin başçısının Volodimir Zelenski ilə əvvəlki görüşləri məmnunluqla xatırlanıb, bu səfərinin ikitərəfli əməkdaşlıq məsələlərinin müzakirəsi üçün yaxşı imkan yaradacağına əminlik bildirilib. Əməkdaşlığın bir çox istiqamətdə, o cümlədən enerji sahəsində genişləndirilməsinə dair fikir mübadiləsi aparılıb, kənd təsərrüfatı ilə bağlı əməkdaşlıq məsələləri müzakirə olunub, Hökumətlərarası Komissiyanın fəaliyyətinə toxunulub.

     Qəbələ  görüşü  bir daha təsdiqləyir ki,Azərbaycanla Ukrayna arasında olan münasibətlər hər iki xalqın maraqlarına uyğun inkişaf etdirilir.

Flora SADIQLI,

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycan-Ukrayna münasibətləri dinamik inkişaf edir

21:50
26 Aprel

“EFES - 2026” təliminə cəlb edilən hərbi qulluqçularımız Türkiyəyə yola düşüblər

20:56
26 Aprel

Çexiyanın Baş naziri Azərbaycana səfərə gəlib

20:41
26 Aprel

Ukrayna Təhlükəsizlik Qüvvələri Rusiyaya məxsus üç gəmiyə, bir MiQ-31 təyyarəsinə hava zərbələri endirib

19:48
26 Aprel

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq edilib

19:24
26 Aprel

Prezident İlham Əliyev: Azərbaycan xalqı sülhün və barışığın dəyərini çox yaxşı anlayır

17:46
26 Aprel

Bu gün IX sinif şagirdləri imtahan veriblər

16:36
26 Aprel

Azərbaycan Prezidenti: “Sülh və Barışıq üçün Gernika mükafatı”na layiq görülmək böyük şərəfdir

16:26
26 Aprel

Sabah hava Bakıda dəyişkən buludlu, bəzi rayonlarda isə arabir yağıntılı olacaq

16:23
26 Aprel

Daxili işlər naziri Göyçayda vətəndaşları dinləyib və gənclərin arasından seçim edib

16:13
26 Aprel

“Sülh və Barışıq üçün Gernika mükafatı”nın təqdimolunma mərasiminin iştirakçılarına

15:47
26 Aprel

Ağdərədə mina partlayıb, 1 nəfər xəsarət alıb

14:30
26 Aprel

“The Times” qəzeti: Hörmüz boğazında 600-dən çox gəmi qalıb

14:27
26 Aprel

Zelenski: Qırx ildir yüz minlərlə insan Çernobıl faciəsindən əziyyət çəkir

12:38
26 Aprel

Prezident İlham Əliyev: Vaşinqtonda baş verən atışma məni dərindən sarsıtdı

11:01
26 Aprel

Aprelin 26-sı Beynəlxalq Əqli Mülkiyyət Günüdür

10:33
26 Aprel

Bəşəriyyətin sağalmayan yarası: Çernobıl faciəsindən 40 il keçir

09:35
26 Aprel

ABŞ-də şam yeməyində atışma törədən şəxsin kimliyi məlum olub YENİLƏNİB 

08:54
26 Aprel

Bu gün 55 mindən çox IX sinif şagirdi imtahan verəcək

08:52
26 Aprel

Sevastopola dron hücumu: ölən və yaralananlar var

08:49
26 Aprel

Avropa Azərbaycan Mərkəzi Nyu-York merinin əsassız açıqlaması ilə bağlı bəyanat yayıb

08:48
26 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!