16 May 2025 22:40
653
İDMAN
A- A+
Azərbaycan təmsilçiləri “Vindzor Kral Atçılıq Şousu - 2025”də möhtəşəm şou ilə çıxış ediblər  

Azərbaycan təmsilçiləri “Vindzor Kral Atçılıq Şousu - 2025”də möhtəşəm şou ilə çıxış ediblər  


Birləşmiş Krallıqda ənənəvi olaraq təşkil edilən “Vindzor Kral Atçılıq Şousu - 2025” start götürüb.

AZƏRTAC xəbər verir ki, Böyük Britaniyada keçirilən ənənəvi “Vindzor Kral Atçılıq Şousu”nda ölkəmiz Heydər Əliyev Fondunun dəstəyi və Azərbaycan Respublikası Atçılıq Federasiyasının təşkilatçılığı ilə ilk dəfə olaraq 130 nəfərlik nümayəndə heyəti ilə təmsil edilir. Bu ilin ən möhtəşəm çıxışlarından “Azerbaijan - Land of Fire” şou-kompozisiyasında çılğınlığı və gözəlliyi ilə seçilən Qarabağ atları, zərif Azərbaycan rəqsləri, ecazkar milli musiqimiz və 2025-ci il üçün yeni olan orkestrin çıxışları nümayiş etdirilib.

Dövlət Sərhəd Xidmətinin rəqs ansamblı və süvarilər dəstəsi 20 Qarabağ atı ilə ölkəmizi növbəti dəfə yüksək səviyyədə təmsil edərək tamaşaçıların böyük rəğbətini qazanıb. Şou-kompozisiyanın rəhbəri Əməkdar artist Gövhər Həsənzadə, quruluşçu rejissoru və xoreoqrafı Dövlət Sərhəd Xidmətinin əməkdaşı Əməkdar artist Fərid İbrahimov, süvarilər dəstəsinin məşqçisi baş təlimatçı İmran Əhmədli, Nümunəvi Hərbi Orkestrin baş dirijoru Əməkdar artist Səməd Vəkilovdur.

Böyük Britaniya tamaşaçısı milli musiqi alətlərimizin ifasında səslənən “Yallı”, maestro Niyazinin “Qaytağı”sı, Emin Sabitoğlunun “İncə bellim”i, Müslüm Maqomayevin “Azərbaycan” mahnısının sədalarından, “Sərhədçi” rəqs ansamblının hərarətli rəqslərindən, Dövlət Sərhəd Xidmətinin süvarilər dəstəsinin Qarabağ atları üzərində qeyri-adi performanslarından ibarət şou-kompozisiyanı böyük heyranlıqla izləyib. 20 dəqiqə davam edən şou ərzində süvarilərimiz Azərbaycan Respublikası və Böyük Britaniyanın dövlət bayraqlarını dalğalandırmaqla diqqətləri cəlb edib, tədbir iştirakçıları tərəfindən coşqu ilə qarşılanaraq ayaq üstə alqışlanıblar.

Günün sonunda Vindzor qəsrində qonaqların şərəfinə təşkil olunmuş rəsmi ziyafətdə Əməkdar artist Afaq Abbasova-Budaqova və Səadət İsmayılova incə zövqlə seçilən piano ifaları ilə gecəyə xüsusi rəng qatıblar.

Qeyd edək ki, nümayəndə heyətimizin çıxışları may ayının 18-dək davam edəcək, mayın 17-si isə “Land of Fire” polo komandasının çıxışı baş tutacaq.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Donuz embrionunda insan ürəyi yetişdirilib

16:30
18 İyun

COP30-un yüksəksəviyyəli çempionu: Biz COP29 Sədrliyi ilə birgə yenə də QHT-ləri iqlim fəaliyyətinə səfərbər etməyə çalışırıq

16:27
18 İyun

Xankəndi tikiş fabrikinin Bakıda satış mərkəzi açılacaq

16:26
18 İyun

Mütəxəssis: Saat 11:00-dan 17:00-a qədər uşaqların birbaşa günəş şüaları altında qalması təhlükəlidir  

16:24
18 İyun

Nazir müavini: Azərbaycandakı dini inanc azadlığı fundamental insan hüquqlarından biridir

16:23
18 İyun

Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının 20 illiyinə həsr olunmuş “Məhkəmə idarəçiliyi sahəsində qlobal çağırışlar” mövzusunda beynəlxalq konfransın iştirakçılarına  

16:22
18 İyun

QDİƏT PA-nın 66-cı plear sessiyasının keçiriləcəyi məkan və tarix məlum olub  

16:22
18 İyun

Türkiyənin media nümayəndələrinin Sumqayıt Kimya Sənaye Parkına səfəri təşkil edilib

16:21
18 İyun

İndoneziyada vulkan püskürməsi Baliyə 30 aviareysin ləğvinə səbəb olub  

16:01
18 İyun

BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının keçirilməsi ilə əlaqədar yaradılmış Təşkilat Komitəsinin ilk iclası olub  

15:38
18 İyun

Qazaxıstan qısa müddətdə BTC kəməri ilə illik neft ixracını 2,2 milyon tona qədər artırmağı planlaşdırır

15:37
18 İyun

Kağızsız Ticarət Şurasının sessiyası keçirilib

15:35
18 İyun

Prezident Ərdoğan: Türkiyə müdafiə sahəsində xaricdən asılılığı tam aradan qaldırmağı hədəfləyir  

15:34
18 İyun

İran İsrailə 400 ballistik raket atıb

15:32
18 İyun

"Məhkəmə idarəçiliyi sahəsində qlobal çağırışlar" mövzusunda beynəlxalq konfrans panel sessiyalarla davam edir  

15:30
18 İyun

Orta Dəhlizlə yükdaşımaların illik həcmi 11 milyon tona çatdırıla bilər

15:30
18 İyun

Bonn İqlim düşərgəsində “Yaşıl dünya: təbiət və mədəniyyət” pavilyonu Azərbaycan QHT-lərinin Qlobal Cənuba dəstəyi olaraq qurulub  

15:27
18 İyun

Pentaqon hərbi nəqliyyat təyyarələrini Avropa bazalarına yerləşdirib  

15:12
18 İyun

Pezeşkian İranın böhrandan çıxa biləcəyinə ümid edir

15:01
18 İyun

Azərbaycan UNESCO-nun “Mədəni özünüifadə müxtəlifliyinin qorunması və təşviqi haqqında 2005-ci il Konvensiyası”na Tərəf Dövlətlərin Konfransının 10-cu sessiyasında iştirak edir

14:35
18 İyun

Ağdamın Kəngərli kəndində daha 40 ailəyə evlərinin açarları təqdim olunub  

14:34
18 İyun

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!