01 Iyun 2023 15:33
348
SİYASƏT
A- A+

Azərbaycan-Rusiya ikitərəfli siyasi məsləhətləşmələri aparılıb

 

Mayın 31-də Moskva şəhərində Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında ikitərəfli siyasi məsləhətləşmələr keçirilib.

Bu barədə AZƏRTAC-a Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən məlumat verilib.

Bildirilib ki, məsləhətləşmələrdə Azərbaycan tərəfini xarici işlər nazirinin müavini Xələf Xələfov, qarşı tərəfi isə Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin təmsil edib.

Məsləhətləşmələr zamanı Azərbaycan-Rusiya münasibətlərinin ikitərəfli gündəliyində olan siyasi, iqtisadi, humanitar və digər aktual mövzular, müqavilə-hüquq bazasının genişləndirilməsi, regional əməkdaşlıq və təhlükəsizlik, o cümlədən qarşılıqlı maraq kəsb edən beynəlxalq məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

Nümayəndə heyətləri regionda sülhün, təhlükəsizliyin və sabitliyin möhkəmləndirilməsinə yönəlmiş səylərin, Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılması kontekstində əldə olunan bütün razılaşmaların icrası istiqamətində ardıcıl addımların atılmasının vacibliyini qeyd ediblər.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video