"Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində dəyişiklik edilməsi haqqında" Azərbaycan Respublikasının 2023-cü il 4 aprel tarixli 853-VIQD nömrəli Qanununun tətbiqi və "Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında" Azərbaycan Respublikasının 2013-cü il 2 iyul tarixli 713-IVQ nömrəli Qanununun tətbiqi barədə" Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 8 iyul tarixli 938 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, "Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində dəyişiklik edilməsi haqqında" Azərbaycan Respublikasının 2023-cü il 4 aprel tarixli 853-VIQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədilə qərara alıram:
1. Müəyyən edilsin ki:
1.1. Azərbaycan Respublikası Miqrasiya Məcəlləsinin 45-ci maddəsinin "Qeyd" hissəsinin 3-cü bəndində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;
1.2. həmin Məcəllənin 45.1.6-1-ci maddəsində, 45-ci maddəsinin "Qeyd" hissəsinin 2-ci bəndində, 52.1.10-cu (hər iki halda) və 52.1.11-ci maddələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi həyata keçirir;
1.3. həmin Məcəllənin 45.3-cü maddəsinin birinci və ikinci cümlələrində, 52-ci maddəsinin "Qeyd" hissəsinin 2-ci və 3-cü bəndlərinin birinci və ikinci cümlələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti həyata keçirir.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti "Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində dəyişiklik edilməsi haqqında" Azərbaycan Respublikasının 2023-cü il 4 aprel tarixli 853-VIQD nömrəli Qanunundan irəli gələn məsələləri həll etsin.
3. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi üç ay müddətində:
3.1. Azərbaycan Respublikası Miqrasiya Məcəlləsinin 45.1.6-1-ci və 52.1.10-cu maddələrinə uyğun olaraq, Azərbaycan Respublikasının ərazisində müvəqqəti və ya daimi yaşamaq icazəsinin verilməsi (müddətinin uzadılması) üçün həmin maddələrdə nəzərdə tutulan hüquqi şəxsin ödənilməli olan nizamnamə kapitalının miqdarını təsdiq edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
3.2. həmin Məcəllənin 45-ci maddəsinin "Qeyd" hissəsinin 2-ci bəndinə, 52.1.10-cu və 52.1.11-ci maddələrinə uyğun olaraq, Azərbaycan Respublikasının ərazisində müvəqqəti və ya daimi yaşamaq icazəsinin verilməsi (müddətinin uzadılması) üçün həmin maddələrdə nəzərdə tutulan şəxslərin dövriyyə həcmini təsdiq edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin.
4. "Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında" Azərbaycan Respublikasının 2013-cü il 2 iyul tarixli 713-IVQ nömrəli Qanununun tətbiqi barədə" Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 8 iyul tarixli 938 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013, № 7, maddə 803; 2014, № 9, maddə 1050, № 11, maddələr 1382, 1413, № 12, maddə 1588; 2015, № 10, maddə 1121; 2016, № 6, maddələr 1020, 1044, № 11, maddə 1827; 2018, № 7 (I kitab), maddə 1476; 2019, № 7, maddə 1240; 2020, № 6, maddə 703; 2021, № 1, maddə 36; 2023, № 2, maddə 237; Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 3 mart tarixli 2056 nömrəli Fərmanı) aşağıdakı dəyişikliklər edilsin:
4.1. 5.1-ci bəndə "44.6-cı" sözlərindən sonra "maddələrində, 45-ci maddəsinin "Qeyd" hissəsinin 3-cü bəndində" sözləri əlavə edilsin;
4.2. 5.4-cü bənddə "45.2-ci maddəsinin" sözləri "45.2-ci və 45.3-cü maddələrinin" sözləri ilə əvəz edilsin və həmin bəndə "52.3-cü" sözlərindən sonra "maddələrində, 52-ci maddəsinin "Qeyd" hissəsinin 2-ci və 3-cü bəndlərinin birinci və ikinci cümlələrində" sözləri əlavə edilsin;
4.3. aşağıdakı məzmunda 5.11-1-ci bənd əlavə edilsin:
"5.11-1. həmin Məcəllənin 45.1.6-1-ci maddəsində, 45-ci maddəsinin "Qeyd" hissəsinin 2-ci bəndində, 52.1.10-cu (hər iki halda) və 52.1.11-ci maddələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi həyata keçirir;";
4.4. 5.19-cu bəndin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz olunsun və aşağıdakı məzmunda 5.20-ci bənd əlavə edilsin:
"5.20. həmin Məcəllənin 45-ci maddəsinin "Qeyd" hissəsinin 3-cü bəndində, "iqtisadi rayonlar" dedikdə, "Azərbaycan Respublikasında iqtisadi rayonların yeni bölgüsü haqqında" Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 7 iyul tarixli 1386 nömrəli Fərmanının 1.6-cı və 1.13-cü bəndlərində göstərilmiş Azərbaycan Respublikasının iqtisadi rayonları nəzərdə tutulur.".
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 16 may 2023-cü il
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Monteneqro Baş nazirinin müavini: Ölkələrimiz arasındakı əlaqələr strateji tərəfdaşlıq xarakteri daş...
26 Aprel
Qırğız Mədəniyyəti Günlərinin bağlanış mərasimi keçirilib
26 Aprel
Almaniyadakı Azərbaycan diasporunun üzvləri Prezident İlham Əliyevi böyük coşqu ilə qarşılayıblar...
26 Aprel
Azərbaycan və Monteneqro parlamentləri arasında əlaqələr müzakirə olunub
26 Aprel
Hidayət Heydərov dördqat Avropa çempionu olub
26 Aprel
Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatıb
26 Aprel
Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiri...
26 Aprel
Ağdamda Minalardan və partlamamış hərbi sursatlardan təmizləmə üzrə İşçi qrupun iclası keçirilib...
26 Aprel
Azərbaycan Prezidenti İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə geniş tərkibdə ...
26 Aprel
Energetika naziri Biləsuvarda vətəndaşların müraciətlərini dinləyib
26 Aprel
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!