Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI
№ 427
“Dərman vasitələri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 14 iyul tarixli 979-VIQD nömrəli Qanununun tətbiqi və “Dərman vasitələri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 6 fevral tarixli 528 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 15 avqust tarixli 2298 nömrəli Fərmanının 2.2.4-cü yarımbəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. Azərbaycan Respublikasında istehsal olunan dərman vasitə-lərinin istehsalçıları tərəfindən təqdim edilən məlumatların dairəsi aşağıdakı kimi müəyyən edilsin:
1.1. dərman vasitəsinin latın qrafikasında əmtəə nişanı adı;
1.2. dərman vasitəsinin ingilis dilində beynəlxalq patentləş-dirilməmiş adı;
1.3. dərman vasitəsinin təsiredici maddəsinin dozası;
1.4. dərman vasitəsinin farmasevtik forması;
1.5. dərman vasitəsinin ticarət qablaşdırılması;
1.6. dərman vasitəsinin qablaşdırılma miqdarı;
1.7. dərman vasitəsinin orijinal və ya generik olması;
1.8. dərman vasitəsinin reseptlə və ya reseptsiz buraxılması;
1.9. dərman vasitəsinin qlobal identifikasiya nömrəsi (olduğu halda);
1.10. dərman vasitəsinin dövlət reyestrinə daxil edildiyi tarix və reyestr nömrəsi (olduğu halda);
1.11. dərman vasitəsinin istehsal həcmi;
1.12. dərman vasitəsinin yararlılıq müddəti;
1.13. dərman vasitəsinin istehsalçısının hüquqi şəxslərin dövlət reyestrindəki adı;
1.14. dərman vasitəsinin istehsalçısının VÖEN-i.
2. Azərbaycan Respublikasında istehsal olunan dərman maddə-lərinin istehsalçıları tərəfindən təqdim edilən məlumatların dairəsi aşağıdakı kimi müəyyən edilsin:
2.1. dərman maddəsinin beynəlxalq patentləşdirilməmiş adı;
2.2. dərman maddəsinin qablaşdırılması;
2.3. dərman maddəsinin yararlılıq müddəti;
2.4. dərman maddəsinin istehsal həcmi;
2.5. dərman maddəsinin istehsalçısının hüquqi şəxslərin dövlət reyestrindəki adı;
2.6. dərman maddəsinin istehsalçısının VÖEN-i.
3. Azərbaycan Respublikasında istehsal olunan tibb vasitələ-rinin istehsalçıları tərəfindən təqdim edilən məlumatların dairəsi aşağıdakı kimi müəyyən edilsin:
3.1. tibb vasitəsinin əmtəə nişanının adı;
3.2. tibb vasitəsinin risk dərəcəsi;
3.3. tibb vasitəsinin növü və qablaşdırılması;
3.4. tibb vasitəsinin istifadə forması;
3.5. tibb vasitəsinin tərkibində dərman vasitəsi olduqda bu dərman vasitəsinin təsiredici maddəsi və dozası barədə məlumatlar;
3.6. tibb vasitəsinin yararlılıq müddəti;
3.7. tibb vasitəsinin istehsal həcmi;
3.8. tibb vasitəsinin istehsalçısının hüquqi şəxslərin dövlət reyestrindəki adı;
3.9. tibb vasitəsinin istehsalçısının VÖEN-i.
Əli Əsədov
Azərbaycan Respublikasının Baş naziri
Bakı şəhəri, 27 noyabr 2023-cü il