18 Mart 2022 01:42
13861
MSK
A- A+

“Azərbaycan Respublikası vətəndaşlarının qanunvericilik təşəbbüsü hüququndan istifadə etməsi qaydası haqqında” Azərbaycan Respublikası Qanununda nəzərdə tutulmuş sənəd nümunələrinin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının qərarı

 

Qərar № 1/3


“Azərbaycan Respublikası vətəndaşlarının qanunvericilik təşəbbüsü hüququndan istifadə etməsi qaydası haqqında” Azərbaycan Respublikası Qanununun 5.7-ci və 6.11-ci maddələrinə əsasən vətəndaşların qanunvericilik təşəbbüsü qaydasında təklif olunan layihənin dəstəklənməsi ilə əlaqədar imza toplanması üçün imza vərəqələrinin, təşəbbüs qrupunun sədrinə, müavinlərinə və seçki dairələri üzrə koordinatorlarına verilən vəsiqələrin nümunələri və vətəndaşların imzalarının toplanmasının nəticələri haqqında protokolun nümunəsi Mərkəzi Seçki Komissiyası tərəfindən təsdiq olunur.

Mərkəzi Seçki Komissiyası yuxarıda qeyd edilənləri əsas götürərək “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun 78.2-ci və 78.3-cü, Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 19.14-cü, 28.2-ci və 28.4-cü, “Azərbaycan Respublikası vətəndaşlarının qanunvericilik təşəbbüsü hüququndan istifadə etməsi qaydası haqqında” Azərbaycan Respublikası Qanununun 5.7-ci və 6.11-ci maddələrinə uyğun olaraq qərara  alır:

1. “Azərbaycan Respublikası vətəndaşlarının qanunvericilik təşəbbüsü qaydasında təklif olunan layihənin dəstəklənməsi ilə əlaqədar imza toplanması üçün İmza Vərəqəsi”nin nümunəsi təsdiq edilsin (əlavə olunur).

2. Təşəbbüs qrupunun sədrinə verilən vəsiqə nümunəsi təsdiq edilsin (əlavə olunur).

3. Təşəbbüs qrupu sədrinin müavininə verilən vəsiqə nümunəsi təsdiq edilsin (əlavə olunur).

4. Seçki dairəsi üzrə koordinatora verilən vəsiqə nümunəsi təsdiq edilsin (əlavə olunur).

5. “Vətəndaşların imzalarının toplanmasının nəticələri haqqında protokol”un nümunəsi təsdiq edilsin (əlavə olunur).

6. Mərkəzi Seçki Komissiyası öz səlahiyyətləri daxilində bu Qərarın rəsmi dərc edilməsi və qüvvəyə minməsi ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş tədbirlərin görülməsini təmin etsin.

 

Sədr    Məzahir Pənahov

Katib   Arifə Muxtarova

Katib   Mikayıl Rəhimov

 

17.03.22

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video