№ 118
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI
Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 19 yanvar tarixli 20 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, № 1, maddə 69 (Cild I); 2024, № 1, maddə 126, № 2, maddə 245, № 7, maddə 914; 2025, № 3, maddə 265, № 5, maddə 512; 2026, № 12 (II kitab), maddə 1260) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisinə gətirilən aksizli malların aksiz dərəcələri”ndə “2710 12 413 0”,“2710 12 510 1” və “2710 19 421 0-2710 19 480 0” alt yarımmövqelərinə aid sətirlər aşağıdakı redaksiyada verilsin:
2710 12 413 0 | mühərrik benzinləri, aviasiya benzinləri istisna olmaqla, tərkibində qurğuşunun miqdarı 0,013 q/l-dən çox olmayan, 95-dən az oktan ədədi ilə | 1 ton üçün 200 manat (2026-cı il 1 may tarixindən 2027-ci il 31 mart tarixinədək – 1,0 manat) |
2710 12 510 1 | mühərrik benzinləri, aviasiya benzinləri istisna olmaqla, tərkibində qurğuşunun miqdarı 0,013 q/l-dən çox, 95-dən az oktan ədədi ilə | 1 ton üçün 200 manat (2026-cı il 1 may tarixindən 2027-ci il 31 mart tarixinədək –1,0 manat) |
2710 19 421 1 – 2710 19 480 9 | digər qazoyllar, o cümlədən dizel yanacağı | 1 ton üçün 80 manat (2026-cı il 1 may tarixindən 2027-ci il 31 mart tarixinədək –1,0 manat) |
2. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin 2026-cı il 1 may – 2027-ci il 31 mart tarixlərində idxal etdiyi Aİ-92 benzini və dizel yanacağı üçün müvafiq olaraq 205 min ton və 201 min ton yuxarı hədd müəyyən edilsin.
Əli Əsədov
Azərbaycan Respublikasının Baş naziri
Bakı şəhəri, “ 27 ” “ aprel ” 2026-cı il