“Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının Katibliyi haqqında Əsasnamə"yə dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının Qərarı
Qərar № 4/17
Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası (bundan sonra - Mərkəzi Seçki Komissiyası) Katibliyinin strukturunun təkmilləşdirilməsi və fəaliyyətinin səmərəliliyinin daha da artırılması məqsədilə "Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının Katibliyi haqqında Əsasnamə"də dəyişikliklərin edilməsi zərurəti yaranmışdır.
Mərkəzi Seçki Komissiyası yuxarıda qeyd edilənləri əsas götürərək, Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 19.14-cü, 28.2-ci, 28.4-cü və 28.5-ci maddələrini rəhbər tutaraq qərara alır:
1. Mərkəzi Seçki Komissiyasının 2012-ci il 24 fevral tarixli 1/4 saylı Qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının Katibliyi haqqında Əsasnamə"yə aşağıdakı dəyişikliklər edilsin:
1.1. 3.2.6-cı yarımbənd, 3.2.5.2-ci və 3.2.9.1-ci abzaslar, 4.14-cü, 4.15-ci və 4.20-ci bəndlər ləğv olunsun.
1.2. 3.2.5-ci yarımbəndə aşağıdakı redaksiyada abzas əlavə edilsin:
"3.2.5.2-1. İnsan resursları sektoru;".
1.3. 3.2.7-ci yarımbənddə və 4.16-cı bənddə "ictimai əlaqələr" sözləri "kommunikasiya" sözü ilə əvəz olunsun.
1.4. 3.2-ci bəndə aşağıdakı redaksiyada yeni yarımbənd əlavə edilsin:
"3.2.7-1. Siyasi partiya və ictimai təsisatlarla iş şöbəsi;
3.2.7-1.1. Seçkilərlə (referendumla) bağlı siyasi partiyalarla iş sektoru;
3.2.7-1.2. Siyasi partiyaların maliyyə hesabatları üzrə iş sektoru;".
1.5. 4-cü hissəyə aşağıdakı redaksiyada yeni bənd əlavə edilsin:
"4.14-1. İnsan resursları sektoru
4.14-1.1. şəxsi işlər və aidiyyəti sənədlərlə müvafiq fəaliyyətin aparılmasını təmin edir;
4.14-1.2. əmək müqavilələrinin tərtib olunması, rəsmiləşdirilməsi və saxlanılması işini aparır;
4.14-1.3. müvafiq sənədlərin və arayışların hazırlanmasını təmin edir;
4.14-1.4. rəhbərliyin digər tapşırıqlarını icra edir.".
1.6. 4.16.6-cı yarımbənd 4.16.10-cu yarımbənd, 4.16.7-ci yarımbənd 4.16.6-cı, 4.16.8-ci yarımbənd isə 4.16.11-ci yarımbənd hesab edilsin;
1.6.1. 4.16-cı bəndə aşağıdakı redaksiyada yarımbəndlər əlavə edilsin:
"4.16.7. effektiv və məqsədyönlü kommunikasiya fəaliyyətini təşkil edir;
4.16.8. maraqlı tərəflər və hədəf qrupları ilə kommunikasiya vasitələrini genişləndirir;
4.16.9. səmərəli kommunikasiya məqsədilə maarifləndirmə xarakterli tədbirlər həyata keçirir;".
1.7. 4-cü hissəyə aşağıdakı redaksiyada yeni bəndlər əlavə edilsin:
"4.16-1. Siyasi partiya və ictimai təsisatlarla iş şöbəsi
4.16-1.1. siyasi partiya və ictimai təsisatlarla səmərəli əlaqələrin qurulmasını təmin edir;
4.16-1.2. siyasi partiya və ictimai təsisatlarla münasibətlərin inkişaf etdirilməsi məqsədilə təkliflər hazırlayır;
4.16-1.3. müvafiq təsisatlarla seçki hüququ sahəsində maarifləndirmə tədbirlərinin keçirilməsinə dair təkliflər hazırlayır;
4.16-1.4. Mərkəzi Seçki Komissiyasının hesabatlarının hazırlanmasında iştirak edir;
4.16-1.5. siyasi partiya və ictimai təsisatlara metodiki yardım göstərilməsi məqsədi ilə material və tövsiyələrin hazırlanmasında iştirak edir;
4.16-1.6. komissiya sədrinin şöbəyə göndərdiyi sorğu, müraciət, ərizə və şikayətlərin icrasını təmin edib onlarla bağlı analitik və operativ məlumatlar, rəylər, arayışlar və cavab məktubları hazırlayır;
4.16-1.7. səlahiyyətləri daxilində digər vəzifələri yerinə yetirir.
4.16-2. Seçkilərlə (referendumla) bağlı siyasi partiyalarla iş sektoru
4.16-2.1. Seçkilər (referendum) zamanı siyasi partiyalarla əlaqələrin qurulmasını təmin edir;
4.16-2.2. səlahiyyətləri daxilində digər vəzifələri yerinə yetirir.
4.16-3. Siyasi partiyaların maliyyə hesabatları üzrə iş sektoru
4.16-3.1. siyasi partiyaların illik maliyyə hesabatlarını qəbul edir və nəzərdən keçirir;
4.16-3.2. siyasi partiyaların illik maliyyə hesabatlarının ictimailəşdirilməsi ilə bağlı müvafiq tədbirlər görür;
4.16-3.3. səlahiyyətləri daxilində digər vəzifələri yerinə yetirir.".
1.8. 6.9-cu bəndə ", böyük mütəxəssis" sözləri əlavə edilsin.
1.9. 6-cı hissəyə aşağıdakı redaksiyada yeni bənd əlavə edilsin:
"6.10. Xadimə
6.10.1. xidməti və yardımçı otaqlarda təmizlik işlərini təmin edir;
6.10.2. şöbə müdirinin digər tapşırıqlarını icra edir.".
2. Mərkəzi Seçki Komissiyası öz səlahiyyətləri daxilində bu Qərarın rəsmi dərc edilməsi və qüvvəyə minməsi ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş tədbirlərin görülməsini təmin etsin.
Sədr Məzahir Pənahov
Katib Arifə Muxtarova
Katib Mikayıl Rəhimov
04.08.2022-ci il
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Keçmiş məcburi köçkünlərin müraciətləri dinlənilib
25 Aprel
Türkiyənin “ASELSAN” şirkəti ixrac həcmini 1 milyard dollara çatdırmağı planlaşdırır ...
25 Aprel
Qırğızıstan Prezidenti Sadır Japarovun Azərbaycana dövlət səfəri başa çatıb
25 Aprel
Milli Məclisin sədri Türk Dövlətləri Parlamentlərinin Xarici Əlaqələr Komitələri sədrlərinin iclasın...
25 Aprel
Türkiyənin Kahramanmaraş Sütcü İmam Universiteti ilə Azərbaycan Tibb Universiteti arasında birgə elm...
25 Aprel
Fransızların çoxu Makronun Aİ qərarlarına real təsir göstərdiyinə inanmır
25 Aprel
Dəyişən iqlim şəraitində əməyin mühafizəsi ilə bağlı maarifləndirmə tədbirləri təşkil olunub ...
25 Aprel
Rusiya XIN: Moskva Azərbaycanla Ermənistan arasında dövlət sərhədinin delimitasiyasına gələcəkdə də ...
25 Aprel
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar YENİLƏNİB
25 Aprel
Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun Şəhidlər xiyabanında xatirəsi anılıb
25 Aprel
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!