06 İyul 2022 01:44
737
İQTİSADİYYAT
A- A+
Azərbaycan-Qazaxıstan Hökumətlərarası Komissiyasının 18-ci iclası keçirilmişdir

Azərbaycan-Qazaxıstan Hökumətlərarası Komissiyasının 18-ci iclası keçirilmişdir

 

Azərbaycan Respublikası və Qazaxıstan Respublikası arasında ticarət-iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 18-ci iclası Nur-Sultan şəhərində keçirilib.

Energetika Nazirliyindən bildirilib ki, iclasda komissiyanın həmsədrləri, Azərbaycanın energetika naziri Pərviz Şahbazovun və Qazaxıstan Baş nazirinin müavini - ticarət və inteqrasiya naziri Baxıt Sultanovun rəhbərlik etdiyi nümayəndə heyətləri iştirak edib.

İclasdan əvvəl həmsədrlərin ikitərəfli görüşü baş tutub. Görüşdə iki ölkə arasında əməkdaşlıq məsələlərinə və komissiyanın iclasının gündəliyinə dair fikir mübadiləsi aparılıb.

İclasda çıxış edən nazir Pərviz Şahbazov əhəmiyyətli beynəlxalq layihələrin təşəbbüskarları və fəal iştirakçıları - Azərbaycan və Qazaxıstanı dərin tarixi köklərə malik olan və uzun illər uğurlu əməkdaşlıq təcrübəsi ilə möhürlənmiş möhkəm qardaşlıq münasibətlərinin birləşdirdiyini qeyd edib. Bildirilib ki, bu gün Azərbaycan Prezidenti

İlham Əliyevin və Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin siyasi iradəsi sayəsində ölkələrimiz arasında əlaqələr uğurla inkişaf edir, birgə layihələr fəal şəkildə həyata keçirilir. O da vurğulanıb ki, razılaşdırma mərhələsində olan "Azərbaycan Respublikası və Qazaxıstan Respublikası arasında 2022-2026-cı illər üzrə əməkdaşlığın inkişaf etdirilməsi haqqında Kompleks Proqram" ikitərəfli əməkdaşlığın dərinləşdirilməsi kontekstində böyük əhəmiyyətə malikdir və dialoqumuzun inkişafı üçün yol xəritəsi olacaq.

Nazir iki ölkə arasında ticarət əlaqələrinin dinamik inkişaf etməkdə olduğunu bildirib: "Cari ilin dörd ayında ticarət dövriyyəmiz ötən ilin müvafiq dövrü ilə müqayisədə 6 dəfədən çox artaraq 215 milyon dollar təşkil edib. Bununla belə düşünürük ki, ticarət əməkdaşlığının bütün sahələrində əməliyyatların həcminin bundan sonra da artırılması üçün böyük potensial var. Bu istiqamətdə qarşılıqlı ticarət-iqtisadi missiyalar, eləcə də özəl sektor təmsilçiləri ilə ölkələrimizin Bakı və Nur-Sultandakı ticarət evləri arasında əməkdaşlıq mühüm rol oynayır".

İclasda qazaxıstanlı investorlar Ələt Azad İqtisadi Zonasında mövcud olan unikal investisiya imkanlarından və əlverişli biznes şəraitindən yararlanmağa dəvət edilib. Qeyd olunub ki, Azərbaycan tərəfi qarşılıqlı investisiyaların cəlb edilməsi məqsədilə mühüm iqtisadi layihələr haqqında məlumat mübadiləsinə hazırdır. "Qazaxıstan tərəfinin ölkəmizin işğaldan azad edilmiş ərazilərinin bərpası və yenidən qurulması layihələrində iştirak marağını alqışlayırıq. Ölkələrimizin tranzit potensialının artırılması üçün birgə səylərin mühüm əhəmiyyət kəsb etdiyini nəzərə alaraq, "Şərq-qərb nəqliyyat dəhlizi"nin inkişafı, regionda yeni tranzit və nəqliyyat imkanları, eyni zamanda Orta Dəhlizin perspektiv tərkib hissəsi kimi Zəngəzur dəhlizi çərçivəsində əməkdaşlığı davam etdirməyə və dərinləşdirməyə hazırıq", - deyə nazir əlavə edib. Çıxışda ənənəvi enerji daşıyıcıları istiqamətində əməkdaşlıq məsələlərinə toxunulub, həmçinin enerji səmərəliliyi, bərpaolunan enerjidən istifadənin özəl investisiya cəlbi ilə genişləndirilməsi tədbirləri sahəsində əməkdaşlıq, bilik və qabaqcıl təcrübə mübadiləsi üçün də böyük potensialın mövcud olduğu bildirilib.

Qazaxıstan Baş nazirinin müavini - ticarət və inteqrasiya naziri Baxıt Sultanov çıxışında deyib: "Çoxəsrlik dostluq əlaqələri və konstruktiv siyasi dialoqla bağlı olduğumuz Azərbaycan hər zaman Qazaxıstanın etibarlı tərəfdaşı olub və belə də qalır. Bu il biz diplomatik münasibətlərin qurulmasının 30 illiyini qeyd edirik. Bu illər ərzində siyasi, ticarət-iqtisadi, mədəni-humanitar sahələrdə səmərəli dialoq qurulub. Biz Azərbaycanın işğaldan azad edilmiş ərazilərində müasir infrastrukturun və layiqli yaşayış şəraitinin yaradılması istiqamətində həyata keçirilən bərpa-yenidənqurma işlərində iştirakda maraqlıyıq".

Tədbir çərçivəsində Hökumətlərarası Komissiyanın Bakıda keçirilmiş 17-ci iclasından ötən dövr ərzində görülmüş işlər nəzərdən keçirilib. Komissiyanın iclasının protokol layihəsinə daxil edilmiş iqtisadiyyat, enerji, nəqliyyat və logistika, kosmik və informasiya texnologiyaları, kənd təsərrüfatı və ərzaq təhlükəsizliyi, turizm, məşğulluq və sosial müdafiə, mədəniyyət, idman və gənclər siyasəti, səhiyyə, təhsil, innovasiya və rəqəmsal həllər kimi ümumilikdə 12 məsələ ətrafında müzakirələr aparılıb.

İclasın sonunda ticarət-iqtisadi əməkdaşlıq üzrə Azərbaycan-Qazaxıstan Birgə Hökumətlərarası Komissiyasının 18-ci iclasının yekunlarına dair protokol imzalanıb. Komissiyanın 19-cu iclasının növbəti il Bakıda keçirilməsi razılaşdırılıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

"Dövlət qulluğu haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

01:44
20 Dekabr

"Dövlət qulluğu haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2025-ci il 9 dekabr tarixli 305-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında

01:44
20 Dekabr

Abşeron rayonu ərazisində avtomobil yollarının əsaslı təmiri ilə bağlı əlavə tədbirlər haqqında

01:42
20 Dekabr

“Azərbaycan Respublikasında ixrac-idxal əməliyyatları üzrə gömrük rüsumlarının dərəcələri haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 22 aprel tarixli 91 nömrəli Qərarında dəyişiklik edilməsi barədə

01:37
20 Dekabr

Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Xarici texniki kəşfiyyata qarşı fəaliyyətə dair məlumat sisteminin istismarının təşkili Qaydaları”nın və “Xarici texniki kəşfiyyata qarşı fəaliyyətə dair məlumat sistemi daxilində dövlət orqanlarının informasiya resurslarından istifadəyə buraxılış dərəcəsi”nin təsdiq edilməsi barədə” 2020-ci iI 29 yanvar tarixli 22 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında

01:34
20 Dekabr

“Dövlət qulluqçularının reyestrinin aparılması ilə əlaqədar bir sıra məsələlərin tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 17 may tarixli 395 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi barədə

01:33
20 Dekabr

“Polis əməkdaşlarının sosial müdafiəsini gücləndirmək və polis orqanlarının maddi-texniki bazasını möhkəmləndirmək məqsədilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin xəzinə hesabına köçürülən vəsaitdən istifadə Qaydası”nın təsdiq edilməsi haqqında

01:32
20 Dekabr

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 28 yanvar tarixli 26 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qanın, qan komponentlərinin tədarükü, emalı, saxlanması və bölüşdürülməsi ilə məşğul olan qan xidməti müəssisələrinin (qan banklarının) Siyahısı”nda dəyişiklik edilməsi haqqında

01:28
20 Dekabr

“Azərbaycan”, “Xalq qəzeti”, “Respublika” və “Bakinski raboçi” qəzeti redaksiyalarına maliyyə yardımı barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 30 dekabr tarixli 215 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında

01:26
20 Dekabr

Nizami Kino Mərkəzində “The Oligarch’s Design” sənədli filminin nümayişi olub  

21:58
19 Dekabr

Azərbaycan–ABŞ Strateji Tərəfdaşlıq Xartiyası üzrə Strateji İşçi Qrupunun ilk iclası keçirilib  

21:29
19 Dekabr

Rubio: Rusiya-Ukrayna üzrə danışıqlarda irəliləyiş əldə olunub  

21:13
19 Dekabr

Marko Rubio Ermənistan-Azərbaycan münaqişəsinin həllində ABŞ-ın iştirakından danışıb  

21:09
19 Dekabr

Avropa Parlamenti sülh prosesinə zərbə vurmağa çalışır

21:04
19 Dekabr

Ermənistan vətəndaşlarının məhkəməsi təqsirləndirilən şəxslərin son söz çıxışları ilə davam etdirilib  

20:47
19 Dekabr

Ali Məclisin 2025-ci il payız sessiyasının növbəti iclası keçirilib  

20:36
19 Dekabr

Türk Ədliyyə Təlim Şəbəkəsinə üzv ölkələrin nümayəndələri ilə Baş Prokurorluqda görüş keçirilib  

20:12
19 Dekabr

Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılıb  

19:49
19 Dekabr

Səhiyyə Nazirliyində beynəlxalq aləmdə yüksək nüfuza malik olan tibb mütəxəssisləri ilə görüş keçirilib  

19:41
19 Dekabr

Milli Məclisdə “İxtisaslı kadr hazırlığı aqrar sektorun inkişafının əsasıdır” mövzusunda ictimai dinləmə keçirilib  

19:31
19 Dekabr

Ali məktəblərə qəbul və buraxılış imtahanlarında iştirak etmək üçün texniki vasitələr hazırlayan və satan təqsirləndirilən şəxslər barədə ibtidai istintaq tamamlanıb  

19:26
19 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!