24 Noyabr 2023 12:06
10347
Qəbullar
A- A+
Azərbaycan Prezidenti İlham Əliyev Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev ilə görüşüb  YENİLƏNİB

Azərbaycan Prezidenti İlham Əliyev Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev ilə görüşüb  YENİLƏNİB

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 24-də Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, əvvəlcə dövlət başçıları arasında qısa dialoq oldu.

Prezident Kasım-Jomart Tokayev: Mənimlə böyük nümayəndə heyəti gəlib.

Prezident İlham Əliyev: Bəli, doğrudur.

Prezident Kasım-Jomart Tokayev: Hökumət üzvləridir.

Prezident İlham Əliyev: Bütün qonaqların gəlişinə şadam. Bu, onu göstərir ki, gündəlik kifayət qədər genişdir.

Prezident Kasım-Jomart Tokayev: Azərbaycanla qarşılıqlı münasibətlər, əməkdaşlıq bizim üçün prioritetdir.

Prezident İlham Əliyev: Bizim üçün də belədir.

Qazaxıstan Prezidentinə Bakıya səfərinə görə təşəkkür edən Prezident İlham Əliyev dedi:

- Kasım-Jomart Kemeleviç, bu tədbirdə iştirakınıza görə sağ olun. Hesab edirik ki, bu, həm ikitərəfli, həm də çoxtərəfli formatda qarşılıqlı fəaliyyətimizin gələcəyi ilə bağlı məsələləri birlikdə müzakirə etmək üçün yaxşı fürsətdir.

İkitərəfli gündəliyə gəldikdə, Sizin də qeyd etdiyiniz kimi, nümayəndə heyətinin tərkibi özlüyündə bunun göstəricisidir. Mövzular çoxdur. Əməkdaşlığın bütün istiqamətləri üzrə maksimum səmərəli fəaliyyət mövcuddur. Biz yaxşı dostlar, qardaşlar, tərəfdaşlarıq. Ona görə də son illər ölkələrimizin hökumət üzvləri arasında, şirkətlər arasında rəsmi səfərlər çərçivəsində bizim aramızdakı təmasların dinamikası əyani şəkildə görünür. Həqiqətən də biz, zənnimcə, ölkələrimizin müstəqil inkişafının bütün tarixində qarşılıqlı fəaliyyətimizin ən yüksək səviyyəsinə çatırıq. Bu, çox xoşdur. Birincisi, bu, məntiqi olaraq xalqlarımız arasında münasibətlərin ruhunu və xarakterini əks etdirir və zamanın hökmüdür. Biz bu gün Xəzər regionunda və daha geniş regionda bir çox sahələr üzrə səyləri birləşdirərək çox mühüm energetika və nəqliyyat layihələri həyata keçiririk. Əlbəttə, bunun əsası ondan ibarətdir ki, ölkələrimizin iqtisadi inkişafı çərçivəsində yaxşı təməl qoyulub.

Bu gün SPECA Proqramının 25 illiyinə yekun vurarkən, yəqin ki, hər bir ölkə bizim necə irəlilədiyimizi görə bilər. Sevindirici haldır ki, Qazaxıstan ilə Azərbaycan arasında dostluq və qardaşlıq münasibətlərinə bu gün yeni məzmun əlavə edilir. Bu tədbirdə iştirak etmək üçün vaxt tapdığınıza görə Sizə çox minnətdaram. Son vaxtlar bizim təmaslarımız müntəzəm xarakter daşıyır. Biz artıq bu ay Qazaxıstanda görüşmüşük. Beləliklə, düşünürəm ki, növbəti ildə də təmasların dinamikası planlaşdırılacaq.

Növbəti ildə biz Sizi dövlət səfəri ilə gözləyirik. Düşünürəm ki, biz bu səfərə də yeni ideyalar və yeni nəticələrlə yaxşı hazırlaşacağıq. Bir daha xoş gəlmisiniz.

Sonra Prezident Kasım-Jomart Tokayev çıxış edərək dedi:

- Təşəkkür edirəm. Möhtəşəm Bakı şəhərində olmaq mənim üçün çox xoşdur. Mən çıxışımda Bakını Xəzər regionunun incisi adlandırmaq istəyirəm. Burada heç bir mübaliğə yoxdur, çünki mən bir çox şəhərlərdə olmuşam. Prinsipial olaraq hesab edirəm ki, Bakı geniş beynəlxalq miqyasda ən gözəl şəhərlərdən biridir. Fürsətdən istifadə edərək, indi Azərbaycan ərazisində Sizi və bütün qardaş Azərbaycan xalqını əsrin tarixi hadisəsi – beynəlxalq hüquqa və Birləşmiş Millətlər Təşkilatının qətnamələrinə uyğun olaraq ölkənin ərazi bütövlüyünün təmin olunması münasibətilə təbrik etmək istərdim. Bu, Sizin güclü və nüfuzlu rəhbərliyiniz, dövlətçiliyin möhkəmləndirilməsinə yönəlmiş uzaqgörən müdrik siyasətiniz, xalqın rifahının yüksəldilməsi və beynəlxalq aləmdə ölkənizin nüfuzunun artırılması sayəsində mümkün olub. Zənnimcə, bu, həqiqətən tarixi hadisədir və özünü Azərbaycana münasibətdə qardaş, dost hesab edən ölkələrin hamısı buna sevinib.

Sizinlə razıyam ki, ölkələrimiz arasında əməkdaşlıq yüksələn xətlə inkişaf edir, yeni layihələr ortaya çıxır. Bizim bir-birimizə heç bir sualımız yoxdur. Biz həqiqi strateji tərəfdaşlar, Xəzər dənizi ilə faktiki qonşularıq. Strateji münasibətlərin möhkəmləndirilməsi və müttəfiqlik qarşılıqlı fəaliyyətinin dərinləşdirilməsinə dair birgə Bəyannamənin qəbul edilməsi, həmçinin Ali Dövlətlərarası Şuranın təsis olunması da tarixi hadisədir. Qeyd etdiyim kimi, bu fürsətdən istifadə edərək mən Bakıya faktiki olaraq tam formatda nümayəndə heyəti ilə gəlməyi qərara aldım. Çünki hesab edirəm ki, Azərbaycanda bugünkü görüşlərdə danışıqlar mahiyyətcə çox zəngin olacaq.

x x x

Qazaxıstan Prezidenti Azərbaycan Respublikasının suverenliyinin və ərazi bütövlüyünün bərpa olunması münasibətilə Prezident İlham Əliyevi və Azərbaycan xalqını təbrik etdi, bu uğurlara dövlətimizin başçısının müdrik siyasəti nəticəsində nail olunduğunu vurğuladı.

Prezident Kasım-Jomart Tokayev hazırda Füzuli şəhərində Kurmanqazı adına yaradıcılıq mərkəzinin inşasının Qarabağda həyata keçirilən bərpa-quruculuq işlərinə bir töhfə olduğunu qeyd etdi.

Prezident İlham Əliyev təbrikə və Kurmanqazı adına yaradıcılıq mərkəzinə görə Qazaxıstan Prezidentinə təşəkkürünü bildirdi.

Prezident Kasım-Jomart Tokayev atası, görkəmli qazax yazıçısı Kemel Tokayevin 100 illik yubileyinin keçirilməsinə və “Gecə açılan atəş” əsərinin çapdan çıxmasına görə minnətdarlığını ifadə etdi.

Görüşdə Azərbaycanın və Qazaxıstanın beynəlxalq təşkilatlarda daim bir-birini dəstəkləməsi, ölkələrimiz arasında iqtisadiyyat, ticarət, nəqliyyat sahələrində əməkdaşlığın genişləndirilməsi məmnuniyyətlə qeyd olundu. Qazaxıstan neftinin Azərbaycan ərazisindən daşınması və ölkəmizin nəqliyyat imkanlarından istifadə edilməsi, bütövlükdə nəqliyyat-logistika imkanlarının və Transxəzər nəqliyyat dəhlizinin inkişaf etdirilməsi məsələləri ilə bağlı fikir mübadiləsi aparıldı. Həmçinin “Rəqəmsal İpək Yolu” layihəsinin və Xəzər dənizinin dibi ilə xəttin çəkilməsi məsələsinin əhəmiyyəti və burada ölkələrimizin işbirliyi məmnuniyyətlə qeyd olundu. Eləcə də Qazaxıstan, Azərbaycan, Gürcüstan və Türkiyə arasında orta dəhliz üzrə multimodal əməkdaşlığın qurulması və bu xüsusda ayrıca şirkətin yaradılması həmin istiqamətdə nəqliyyat-logistika imkanlarının inkişaf etdirilməsi baxımından müsbət irəliləyiş kimi vurğulandı. Energetika sahəsində Azərbaycan-Qazaxıstan-Özbəkistan üçtərəfli əməkdaşlığı, Xəzərin dibi ilə elektrik xəttinin çəkilməsi və bunun gələcəkdə Avropa istiqamətində ixracı qeyd olundu.

Prezident İlham Əliyev Azərbaycanın hazırda Bakı-Tbilisi-Qars dəmir yolu ilə yanaşı, ölkəmizin cənub regionları istiqamətində İran ərazisindən keçməklə Naxçıvana və Türkiyə tərəfindən Qars-İğdır dəmir yolu xəttinin qurulması ilə yeni bir alternativ nəqliyyat dəhlizi formalaşdırmasının ötürücülük qabiliyyətinin və nəqliyyat imkanlarının artırılmasına töhfə verəcəyini diqqətə çatdırdı.

Söhbət zamanı SPECA-nın əhəmiyyəti xüsusi vurğulandı, bu Zirvə görüşünün Proqramın 25-ci ildönümünə həsr olunduğu qeyd edildi.

Dövlətimizin başçısı bu Zirvə görüşündə SPECA-ya üzv ölkələrlə yanaşı, region dövlətləri ilə dost və tərəfdaş olan Macarıstanın və Gürcüstanın iştirakını da məmnuniyyətlə qeyd etdi. Macarıstanın və Gürcüstanın nəqliyyat-logistika imkanları baxımından da tərəfdaş ölkələr olduqları bildirildi.

Görüşdə ölkələrimiz arasında mədəniyyət və humanitar sahələrdə əməkdaşlıqla bağlı fikir mübadiləsi aparıldı.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

"Dövlət qulluğu haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

01:44
20 Dekabr

"Dövlət qulluğu haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2025-ci il 9 dekabr tarixli 305-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında

01:44
20 Dekabr

Abşeron rayonu ərazisində avtomobil yollarının əsaslı təmiri ilə bağlı əlavə tədbirlər haqqında

01:42
20 Dekabr

“Azərbaycan Respublikasında ixrac-idxal əməliyyatları üzrə gömrük rüsumlarının dərəcələri haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 22 aprel tarixli 91 nömrəli Qərarında dəyişiklik edilməsi barədə

01:37
20 Dekabr

Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Xarici texniki kəşfiyyata qarşı fəaliyyətə dair məlumat sisteminin istismarının təşkili Qaydaları”nın və “Xarici texniki kəşfiyyata qarşı fəaliyyətə dair məlumat sistemi daxilində dövlət orqanlarının informasiya resurslarından istifadəyə buraxılış dərəcəsi”nin təsdiq edilməsi barədə” 2020-ci iI 29 yanvar tarixli 22 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında

01:34
20 Dekabr

“Dövlət qulluqçularının reyestrinin aparılması ilə əlaqədar bir sıra məsələlərin tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 17 may tarixli 395 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi barədə

01:33
20 Dekabr

“Polis əməkdaşlarının sosial müdafiəsini gücləndirmək və polis orqanlarının maddi-texniki bazasını möhkəmləndirmək məqsədilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin xəzinə hesabına köçürülən vəsaitdən istifadə Qaydası”nın təsdiq edilməsi haqqında

01:32
20 Dekabr

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 28 yanvar tarixli 26 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qanın, qan komponentlərinin tədarükü, emalı, saxlanması və bölüşdürülməsi ilə məşğul olan qan xidməti müəssisələrinin (qan banklarının) Siyahısı”nda dəyişiklik edilməsi haqqında

01:28
20 Dekabr

“Azərbaycan”, “Xalq qəzeti”, “Respublika” və “Bakinski raboçi” qəzeti redaksiyalarına maliyyə yardımı barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 30 dekabr tarixli 215 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında

01:26
20 Dekabr

Nizami Kino Mərkəzində “The Oligarch’s Design” sənədli filminin nümayişi olub  

21:58
19 Dekabr

Azərbaycan–ABŞ Strateji Tərəfdaşlıq Xartiyası üzrə Strateji İşçi Qrupunun ilk iclası keçirilib  

21:29
19 Dekabr

Rubio: Rusiya-Ukrayna üzrə danışıqlarda irəliləyiş əldə olunub  

21:13
19 Dekabr

Marko Rubio Ermənistan-Azərbaycan münaqişəsinin həllində ABŞ-ın iştirakından danışıb  

21:09
19 Dekabr

Avropa Parlamenti sülh prosesinə zərbə vurmağa çalışır

21:04
19 Dekabr

Ermənistan vətəndaşlarının məhkəməsi təqsirləndirilən şəxslərin son söz çıxışları ilə davam etdirilib  

20:47
19 Dekabr

Ali Məclisin 2025-ci il payız sessiyasının növbəti iclası keçirilib  

20:36
19 Dekabr

Türk Ədliyyə Təlim Şəbəkəsinə üzv ölkələrin nümayəndələri ilə Baş Prokurorluqda görüş keçirilib  

20:12
19 Dekabr

Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılıb  

19:49
19 Dekabr

Səhiyyə Nazirliyində beynəlxalq aləmdə yüksək nüfuza malik olan tibb mütəxəssisləri ilə görüş keçirilib  

19:41
19 Dekabr

Milli Məclisdə “İxtisaslı kadr hazırlığı aqrar sektorun inkişafının əsasıdır” mövzusunda ictimai dinləmə keçirilib  

19:31
19 Dekabr

Ali məktəblərə qəbul və buraxılış imtahanlarında iştirak etmək üçün texniki vasitələr hazırlayan və satan təqsirləndirilən şəxslər barədə ibtidai istintaq tamamlanıb  

19:26
19 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!