04 İyun 2013 01:06
834
Təhsil
A- A+
Azərbaycan Diplomatik Akademiyası dövlət və ictimai münasibətlər üzrə yeni bakalavr proqramı təklif edir

Azərbaycan Diplomatik Akademiyası dövlət və ictimai münasibətlər üzrə yeni bakalavr proqramı təklif edir

 

Azərbaycan Diplomatik Akademiyası (ADA) 2013-2014-cü tədris ilindən başlayaraq  dövlət və ictimai münasibətlər üzrə (Bachelors of Public Affairs) yeni bakalavr proqramı təklif edir.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından (TQDK) AzərTAc-a bildirmişlər ki, tələbələr siyasət, iqtisadiyyat, idarəçilik, hüquq, etika və kommunikasiya sahələrinə aid dərslər keçəcəklər. Sonda bu mütəxəssislər ictimai siyasət, layihə və proqramların tətbiqi, dövlət və ictimai sektora aid məsələlərin təhlili, ictimai problemlərə dair məlumatın dəqiq qiymətləndirilməsi, liderlik və natiqlik bacarığı üzrə qabiliyyətlərə yiyələnəcəklər.

Dövlət və ictimai münasibətlər üzrə bakalavr proqramı çərçivəsində seçə biləcəyiniz ixtisaslar aşağıdakılardır:

- Yerli hökumətin inkişafı (Local government management)

- İqtisadi inkişaf (Economic development)

- Sosial siyasət (Social policy)

- Ətraf mühitin idarə edilməsi (Environmental management)

Proqramın strukturuna uyğun olaraq ilk tədris ilində tələbələr ictimai və humanitar elmlər, incəsənət, mədəniyyət, riyaziyyat və məntiqi düşüncə sahələrinə aid fənlər keçəcəklər.

Birinci ilin sonunda tələbələr ixtisas seçimi edib, növbəti üç il ərzində ixtisas fənləri keçəcəklər.

Proqram məzunlara  müvafiq sahə üzrə nəzəri biliklərə, idarəçilik üzrə bacarıqlara, analitik düşünmə qabiliyyətinə, nəticələrin qiymətləndirilməsi metodlarına, ictimai-siyasi təhlil və tədqiqat üsullarına yiyələnmək imkanı verəcəkdir.

Proqrama yiyələnənlər gələcəkdə dövlət, yerli idarəetmə orqanlarında, ictimai təşkilatlarda, QHT-lərdə, xeyriyyəçilik təşkilatlarında, fondlarda, mətbuat orqanlarında, gənclər təşkilatlarında işləmək imkanına malik olacaqlar.

Tədris 4 illikdir və ingilis dilində aparılır. İngilis dilində bilik səviyyəsi məqbul olmayan tələbələr ADA-da bir il ingilis dili üzrə intensiv dərslər keçəcəklər.

Dövlət və ictimai münasibətlər üzrə bakalavr proqramına qəbul TQDK-nın III ixtisas qrupu üzrə aparılır.

Əlaqə üçün: Əhmədbəy Ağaoğlu küçəsi 11 | Bakı, Azərbaycan | AZ1008

Telefon: (+99412) 437 32 35; (+99412) 437 08 30 |

Faks: (+99412) 437 32 36

[email protected]

www.ada.edu.az

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Qahirədə beynəlxalq konfransda Azərbaycandakı tolerantlıq mühitindən danışılıb

23:14
16 Dekabr

FIFA ilin ən yaxşılarını açıqlayıb

22:28
16 Dekabr

Azərbaycan Pakistanın neft-qaz infrastrukturunun inkişafına mühüm töhfə verə bilər  

21:22
16 Dekabr

Elektron siqaretlərin dövriyyəsinin qadağan edilməsini nəzərdə tutan qanun layihəsi plenar iclasa tövsiyə olunub

20:03
16 Dekabr

Ruben Vardanyanın məhkəmə istintaqı yekunlaşıb

19:50
16 Dekabr

Milli Məclisin növbəti plenar iclası keçirilib, 10 məsələ müzakirə olunub YENİLƏNİB 

19:48
16 Dekabr

Bahar Muradova: Azərbaycanın əhali və ailə siyasəti uzunmüddətli strateji yanaşmaya əsaslanır  

19:38
16 Dekabr

“Qarabağ” Antalyada təlim-məşq toplanışı keçəcək  

19:29
16 Dekabr

Parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında amnistiya barədə qərar layihəsi müzakirə olunub  

19:27
16 Dekabr

Azərbaycan Dünya Türk Dili Ailəsi Günü münasibətilə Ankarada keçirilən tədbirdə təmsil olunub

19:22
16 Dekabr

Zəngilanın Ağalı kəndində növbəti əmək yarmarkası keçirilib  

19:08
16 Dekabr

AZƏRTAC ilə AMADA arasında Əməkdaşlıq Haqqında Memorandum imzalanıb

18:46
16 Dekabr

Baş katib: Əminik ki, Bakı 2026-cı ilin “Dünya İdman Paytaxtı” kimi yaxşı nümunə olacaq

18:43
16 Dekabr

Naxçıvanda külli miqdarda narkotik vasitə məhv edilib 

18:41
16 Dekabr

Qarlı havada magistral yolların bağlanmaması üçün hansı alternativ tədbirlər görülməlidir?  

18:36
16 Dekabr

Milli Məclisin növbəti iclasında hansı məsələlər müzakirə ediləcək?  

18:24
16 Dekabr

Fərid Qayıbov: Bakının “Dünya İdman Paytaxtı” seçilməsi möhtəşəm hadisədir  

18:23
16 Dekabr

Bakı 2026-cı il “Dünya İdman Paytaxtı” elan olunub YENİLƏNİB 

18:18
16 Dekabr

Qarabağ və Şərqi Zəngəzur ərazilərində ekoloji və coğrafi tədqiqatlar aparılıb  

18:15
16 Dekabr

Ukrayna mediası Azərbaycan Prezidentinin amnistiya təşəbbüsü ilə bağlı silsilə xəbərlər yayımlayıb  

18:11
16 Dekabr

Bakı 2026-cı il “Dünya İdman Paytaxtı” elan olunub YENİLƏNİB 

18:03
16 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!