28 Aprel 2026 10:28
316
SİYASƏT
A- A+
Azərbaycan-Çexiya münasibətləri daha da inkişaf edəcək

Azərbaycan-Çexiya münasibətləri daha da inkişaf edəcək

Dövlət müstəqilliyi ilhaq edildiyi vaxtdan, 1920-ci ilin may ayından başlayan, imperiyanın qərəz burulğanına görə ilk vaxtlar gizli şəkildə davam edən milli-azadlıq hərəkatı ötən əsrin sonlarında genişlənmişdi. O dövrdə demokratik dövlətlər bu hərəkatı dünya miqyasında mübarizələr tarixinin ən təşkilatlanmış mübarizəsi adlandırırdı. Hərəkat xalqın hərəkatı idi, aparıcı qüvvəsi də xalq idi. Sovet imperiyası bu mübarizəni dayandırmaq uçün Bakıda 1990-cı ilin 20 yanvarında böyük miqyaslı faciə törətsə də, niyyətinə çata bilmədi. SSRİ-nin siyasi dayaqları Azərbaycanda kökündən laxladı. 1991-ci ilin 18 oktyabrında Azərbaycanın dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı qəbul edildi və ölkəmizi dünyanın əksər dövləti rəsmən tanıdı. Bu tanıma təkcə siyasi münasibətlərin qurulması ilə məhdudlaşmadı, ikitərəfli, bəzən çoxtərəfli münasibətlər də yarandı. Belə dövlətlərdən biri də Çex Respublikası idi. 

    Müstəqilliyini bərpa edilmiş Azərbaycanla Çexiya arasında siyasi əlaqələr genişləndi. Qarşılıqlı inama, etimada əsaslanan bu münasibətlər sosial həyatın əksər sahələrini əhatələdi. Bu məqam Azərbaycan Prezidenti İlham Əliyev Çex Respublikasının Baş naziri Andrey Babişin ölkəmizə səfəri zamanı mətbuata verdiyi bəyanatında da öz əksini tapıb: “Bizim indi çox fəal siyasi dialoqumuz var...”. Bu xatırlatma dövlətlərarası münasibətlərin siyasi dialoqla başladığını, bu dialoqla davam etdiyini bildirir. Baş nazirin Azərbaycana rəsmi səfərini həyata keçirdiyindən məmnunluğunu bildirən cənab İlham Əliyev dedi ki, “Bu, iki ölkə arasındakı əlaqələrin dinamik şəkildə inkişafını göstərir. Bizim indi çox fəal siyasi dialoqumuz var. Bu gün bir çox məsələlər - həm regional, həm ikitərəfli, həm də daha qlobal xarakter daşıyan məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır; - İqtisadi sahədə görüləcək işlərlə bağlı konkret təkliflər var. Mən şadam ki, cənab Baş nazirlə birlikdə Azərbaycana Çexiyadan böyük qrup iş adamları gəlmişdir...”.

    Son vaxtlar Azərbaycanda neçə-neçə iri miqyaslı beynəlxalq tədbirlər, bu sıradan dünyanı düşündürən ciddi problemlərlə bağlı forumlar da keçirilir. Yeri gəlmişkən, bu səfər çərçivəsində Azərbaycan-Çex Respublikası biznes forumu da keçirildi. Azərbaycanın ticarət dövriyyəsinin daha yüksək səviyyəyə çatdırılacağına əminliyini bildirən dövlət başçımız ticarət dövriyyəsinin daha tarazlı olmasını, strukturun təkmilləşdirilməsinə ümidli olduğunu da xatırladaraq dedi: “Ümid edirəm ki, biz buna nail olacağıq. Çünki bu gün həm təkbətək görüşdə, həm heyətlərin iştirakı ilə apardığımız danışıqlarda bir çox konkret iqtisadi və sərmayə yönümlü layihələr müzakirə edilmişdir; - Əməkdaşlığımızın böyük hissəsi energetika sektoruna aiddir. Burada da uzun illər ərzində Çexiya və Azərbaycan çox etibarlı tərəfdaşlardır. Azərbaycan nefti Çexiyaya ixrac edilir və Çexiyanın enerji balansında önəmli yer tutur. Azərbaycan dünya bazarlarına öz enerji resurslarını ixrac edən etibarlı ölkələr sırasındadır. Bunu, o cümlədən Avropa İttifaqı da qeyd edir və Azərbaycanı etibarlı tərəfdaş kimi qiymətləndirir; - Azərbaycan qazı 16 ölkəyə ixrac edilir və onlardan 10 ölkə Avropa İttifaqının üzvüdür. O cümlədən Azərbaycan Çexiyaya qonşu olan ölkələrə təbii qaz ixrac edir”.

Azərbaycanla Çexiya arasında enerji təhlükəsizliyi və digər müxtəlif sahələr üzrə əməkdaşlıq da genişlənir. Bu, hərbi təyinatlı məhsulların idxalına da aiddir. Azərbaycanla Çexiya arasında hərbi məhsulların birgə istehsalı ilə bağlı danışıqlar da aparılmışdır, bu danışıqlarda birgə istehsal da müzakirə olunmuşdur. Prezident İlham Əliyev mətbuata bəyanatında daha sonra bildirdi: “Ölkələrimiz arasında digər önəmli əməkdaşlıq sahəsi müdafiə sənayesi ilə bağlıdır. Burada da uzun müddət ərzində uğurlu əməkdaşlıq aparılır. Biz Çexiyadan bir çox hərbi təyinatlı məhsullar alırıq və indiki mərhələdə birgə istehsalla bağlı konkret layihələr üzərində danışıqlar gedir. Əminəm ki, bu sahə də çox genişmiqyaslı olacaq. Çünki Azərbaycan öz müdafiə potensialını, o cümlədən yerli istehsal hesabına təmin edir və gələcəkdə bu sahədə böyük təcrübəsi olan Çexiya kimi ölkələrlə bizim müştərək işlərimiz xüsusi önəm daşıyır...”.

Hökumətlərarası Komissiyanın tezliklə tədbir keçirməsinə, yenidən görüşməsi ilə bağlı fikir mübadiləsi aparılacağına əminliyini bildirən dövlət başçımız bildirdi ki, “...bu gün bir daha Çexiya-Azərbaycan dostluğu, əməkdaşlığı öz təsdiqini tapır və bizim qarşımızda çox gözəl perspektivlər açılır”. 

Çex Respublikasının Baş naziri Andrey Babişin Azərbaycana rəsmi səfəri Azərbaycan-Çex Respublikası münasibətlərinin daha da inkişaf edəcəyinin əminliyi ilə tarixləşdi. 

 

Səbinə XASAYEVA,

Milli Məclisin deputatı

 

 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

"Azərbaycan Respublikası Hökuməti ilə Belarus Respublikası Hökuməti arasında sürücülük vəsiqələrinin qarşılıqlı tanınması və dəyişdirilməsi haqqında Saziş"in təsdiq edilməsi barədə

01:16
29 Aprel

"Mədəniyyət haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

01:15
29 Aprel

"Mədəniyyət haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2026-cı il 10 aprel tarixli 384-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında 

01:14
29 Aprel

Sahibkarlıq fəaliyyəti sahəsində fərqlənən şəxslərin "Tərəqqi" medalı ilə təltif edilməsi haqqında

01:14
29 Aprel

"Azərbaycan Respublikası Hökuməti ilə Qvineya Respublikası Hökuməti arasında Qvineya Respublikasında "ASAN xidmət" modelinin tətbiqi ilə bağlı əməkdaşlığa dair Saziş"in təsdiq edilməsi haqqında

01:13
29 Aprel

"Dövlət xidmətləri haqqında" Azərbaycan Respublikasının 2025-ci il 31 oktyabr tarixli 279-VIIQ nömrəli Qanununun tətbiqi və bundan irəli gələn bir sıra məsələlərin tənzimlənməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 3 dekabr tarixli 543 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında

01:12
29 Aprel

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 19 yanvar tarixli 20 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisinə gətirilən aksizli malların aksiz dərəcələri”ndə dəyişiklik edilməsi haqqında

01:10
29 Aprel

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 17 noyabr tarixli 500 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə dəyişiklik edilməsi haqqında

01:09
29 Aprel

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 3 iyun tarixli 211 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qeyri-rezidentlərin Azərbaycan Respublikası ərazisində həyata keçirdikləri maliyyə əməliyyatları barədə məlumatların bu dövlətlərin səlahiyyətli orqanlarına verilməsi Hədləri və Qaydası”nda dəyişiklik edilməsi barədə

01:08
29 Aprel

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 1 avqust tarixli 372 nömrəli Qərarı ilə təsdiq edilmiş “Təbii inhisar subyektlərinin Siyahısı”nda dəyişiklik edilməsi haqqında”

01:07
29 Aprel

“Vahid elektron arxiv” informasiya sistemi haqqında Əsasnamə”nin təsdiq edilməsi və “Milli arxiv fonduna məxsus elektron sənədlərin daimi dövlət mühafizəsinə qəbulu, mühafizəsi, istifadəsi və arxiv sənədlərinin rəqəmsallaşdırılması Qaydaları”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 9 fevral tarixli 80 nömrəli Qərarında dəyişiklik edilməsi barədə

01:06
29 Aprel

ABŞ blokadanın başlanğıcından bəri İranla əlaqəli 39 gəmini saxlayıb  

23:46
28 Aprel

Azərbaycan və Monteneqro arasında siyasi məsləhətləşmələr: regional vəziyyət diqqət mərkəzində olub  

20:55
28 Aprel

Mingəçevirdə möhtəşəm açılış mərasimi: avarçəkmə və kanoe üzrə "Prezident Kuboku" başlayır  

20:13
28 Aprel

İşğaldan azad olunmuş ərazilərdə məşğulluq imkanlarının artırılması diqqətdədir

19:58
28 Aprel

“Instagram” yeni tətbiqini test edir

19:58
28 Aprel

Azərbaycan və BƏƏ iqtisadi və enerji sahəsində əməkdaşlığı genişləndirir  

19:48
28 Aprel

Kanadada uşaqlar üçün sosial media və çatbotlara məhdudiyyət müzakirə olunur  

19:47
28 Aprel

Gələcəyin şəhərləri: WUF13 ölkə boyu səyahət edir

19:43
28 Aprel

Türkiyədə Afina heykəli tapılıb  

19:35
28 Aprel

Xidmətin sərhədləri: “ASAN” modeli Qvineyada tətbiq olunacaq

19:29
28 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!