15 May 2025 08:25
408
SİYASƏT
A- A+
Azərbaycan bölgədə söz sahibidir

Azərbaycan bölgədə söz sahibidir


Mayın 9-10-da Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın işğaldan azad edilmiş Şuşa, Xocalı və Ağdam şəhərlərinə növbəti səfəri oldu. Səfər çərçivəsində bir sıra obyektlərin açılışı və yeni yaşayış kompleksinin təməlqoyma mərasimi keçirildi.

Bu barədə qəzetimizə açıqlama verən Milli Məclisin deputatı Zaur Şükürov qeyd edib ki, Prezident İlham Əliyev işğaldan azad olunmuş ərazilərdə həyata keçirilən quruculuq işlərini daim diqqətdə saxlayaraq, mütəmadi şəkildə bu bölgəyə səfərləri və yeni-yeni infrastruktur layihələrinin açılışında iştirak etməsi öz evlərindən didərgin düşmüş həmvətənlərimizə ata-baba yurdlarına, dilbər Qarabağa qayıtmaq sevinci yaşadır. "Azərbaycanın mədəniyyət beşiyi sayılan, 2020-ci il noyabrın 8-də işğaldan azad edilmiş Şuşada həyata keçirilən genişmiqyaslı tikinti-quruculuq prosesi çərçivəsində Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşa Müalicə-Sağlamlıq Mərkəzinin, Şuşa rayonunun Daşaltı kənd məscidinin açılışında, həmçinin yeni inşa olunacaq dördüncü yaşayış kompleksinin təməlqoyma mərasimində iştirak ediblər. Müasir standartlara cavab verən Şuşa Müalicə-Sağlamlıq Mərkəzinin və planlaşdırma, habelə bədii-dekorativ xüsusiyyətlərinə görə Qarabağ memarlıq məktəbinin ənənələrinə uyğun inşa olunan Daşaltı kənd məscidinin təməlləri 2021-ci ilin noyabrında Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə qoyulub. Daşaltı kənd məscidinin inşası Prezident İlham Əliyevin işğaldan azad olunmuş ərazilərimizdə maddi-mədəniyyət abidələrimizin, dini ocaqlarımızın bərpası və yenilərinin tikilməsi ilə bağlı verdiyi tapşırıqlara uyğun həyata keçirilib. İşğal dövründə dağıdılan məscidlərimizin bərpası, yeni dini ocaqların inşası Azərbaycan dövlətinin xalqımızın milli-mənəvi dəyərlərinə, mədəni və tarixi zənginliyinə verdiyi qiymətin göstəricisidir",- deyə siyasətçi əlavə edib.

Deputat xatırladıb ki, tarixi siması və mədəni irsi qorunub saxlanılmaqla bərpa olunan Şuşa şəhərinə indiyədək 376 ailə, ümumilikdə isə 1409 nəfərdən artıq keçmiş məcburi köçkün qayıdıb. Mayın 9-da "Azərişıq" Açıq Səhmdar Cəmiyyətinin "Xocalı" yarımstansiyasının və Rəqəmsal İdarəetmə Mərkəzinin açılışı baş tutub. 3200 KVA gücündə olan "Xocalı" yarımstansiyası və Rəqəmsal İdarəetmə Mərkəzi Xocalı rayonu ərazisində inşa edilmiş yeni yaşayış komplekslərinin, kənd təsərrüfatı və turizm obyektlərinin, eləcə də sosial-iqtisadi təyinatlı müxtəlif infrastrukturun dayanıqlı, etibarlı və fasiləsiz elektrik enerjisi təminatını həyata keçirməyə imkan verəcək.

Z.Şükürov vurğulayıb ki, Ermənistanın işğalçılıq və vandalizm siyasəti nəticəsində tamamilə dağıdılaraq "Qafqazın Xirosiması"na  çevrilmiş və Azərbaycan Prezidenti İlham Əliyevin misilsiz sərkərdəliyi, ordumuzun şücaəti sayəsində işğaldan azad edilmiş Ağdama həyat yenidən qayıdır: "Quruculuq işlərinin uğurla həyata keçirildiyi ərazilərdən biri də rayonun Kəngərli kəndidir. Dövlət başçısının mayın 10-da Ağdam rayonuna səfəri çərçivəsində Kəngərli kəndinin birinci mərhələsinin açılışında iştirak etdi. Kəngərli kəndi ümumilikdə bərpa edilmiş sayca 14-cü yaşayış məntəqəsidir. Ağdam rayonunda isə Sarıcalı kəndindən sonra ikinci bərpa olunmuş kənddir. Şəhər mərkəzindən 6 kilometr məsafədə yerləşən bu kəndin təməli 2022-ci il oktyabrın 4-də Prezident İlham Əliyev tərəfindən qoyulub. Bu kənd 2544 nəfər üçün planlaşdırılıb və layihələndirilən ümumi ərazi 177 hektardan çoxdur. Ümumilikdə kənddə 2 mərhələ üzrə 632 fərdi evin inşası nəzərdə tutulub. Kəngərlidə də əhalinin məşğulluğunun təmin edilməsi məqsədilə bir sıra müxtəlif təyinatlı obyektlər tikilib, daxili yollar, elektrik, rabitə, su xətləri çəkilib, qaz təchizatı təmin olunub. Ölkə rəhbəri bu səfəri çərçivəsində Kəngərlidə şagirdlərin layiqli təhsil almaları üçün bütün şəraitin nəzərdə tutulduğu 484 şagird yerlik tam orta məktəbin, 20 yerlik körpələr evi-uşaq bağçasının açılışında iştirak edib, həmçinin yeni inşa edilmiş fərdi evlərdə yaradılan şəraitlə tanış olub. Birinci mərhələ üzrə bu əraziyə 1279 nəfərin köçürülməsi planlaşdırılır".

Prezident İlham Əliyev əvvəlki səfərlərində olduğu kimi, bu səfəri zamanı da sakinlərlə görüşüb və səmimi söhbət zamanı, uzun fasilədən sonra doğma dədə-baba torpağında yaşamaq kimi xoşbəxt, tarixi anlar münasibətilə onları təbrik edib:  "Siz uzun illər ağır şəraitdə - ölkəmizin müxtəlif yerlərində yararsız evlərdə, yataqxanalarda, uşaq bağçalarında, müəyyən müddət isə çadır şəhərciklərində yaşamısınız. Bu gün isə gözəl kəndin timsalında yeniləşən Azərbaycanı görürük, bərpa olunan Qarabağı görürük. Göstəririk ki, bu torpaqların sahibi həmişə biz olmuşuq, bu gün də belədir. Ancaq bu torpağın sahibi bu torpaqda qurub-yaradır". 

Z.Şükürov qeyd edib ki, mənfur düşmənin ərazilərimizdə törətdiyi vandalizm siyasəti bir məqsəd daşıyırdı - azərbaycanlılar bir daha bu ərazilərə qayıda bilməsinlər və torpaqlarımızı daim işğal altında saxlasınlar. Prezidentimizin qeyd etdiyi kimi: "Düşmənə mənəvi və maddi dəstək verən bəzi ölkələr də onlarla həmrəy idi. Amma onlar bir şeyi unudurdular ki, Azərbaycan xalqı heç vaxt işğalla barışmayacaq, Azərbaycan vətəndaşları heç vaxt öz doğma torpaqlarını unutmayacaq və Azərbaycan dövləti ayağa qalxacaq, güc toplayacaq və düşməni öz torpağından qovacaq. Bunu onlar hesablaya bilməmişlər".

Prezident İlham Əliyevin Ağdam Dəmir Yolu, Avtovağzal Kompleksi və Ağdam Muğam Mərkəzinin açılışında iştirak etdiyini xatırladan deputat əlavə edib ki, Dəmir yolu vağzalı gündəlik 800-1000 nəfər sərnişinin daşınmasına imkan verəcək. Avtovağzal isə gündəlik 1300-1500 nəfər sərnişinə xidmət edəcək. Kompleks vahid nəqliyyat qovşağı kimi fəaliyyət göstərəcək. "Ağdam Muğam Mərkəzinin təməli isə 2023-cü ilin mayında Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva tərəfindən qoyulub. 474 yerlik konsert zalı, 615 tamaşaçı tutumu olan açıq amfiteatrı,  15 dərs otağı olan bu mərkəz Qarabağ bölgəsində qədim muğam sənəti incisinin işğaldan əvvəlki şöhrətinin bərpası, tədrisi və təbliğində, gənc nəsildə muğama sevginin aşılanmasında mühüm rol oynayacaq.

Deputat qeyd edib ki, işğaldan azad edilmiş ərazilərimizə səfəri zamanı Prezident İlham Əliyevi birinci xanım Mehriban Əliyevanın daim müşayiət etməsi, xüsusilə zəngin mədəni irsimizin bərpası məsələsini diqqətdə saxlaması qürurvericidir. Muğam sənətinin təbliği və inkişafı istiqamətində dövlətimiz tərəfindən görülən işlərə Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu mühüm töhfələr verir. Fondun təşkilatçılığı və dəstəyi ilə bu istiqamətdə respublika və beynəlxalq əhəmiyyətli ənənəvi layihələr həyata keçirilir. Bu layihələrin nəticəsidir ki, Azərbaycan muğamı UNESCO-nun "Bəşəriyyətin şifahi və qeyri-maddi mədəni irsinin şah əsərləri" siyahısına salınıb. Ölkə rəhbərinin iş qrafikində artıq davamlı xarakter daşıyan bu səfərlər xüsusilə onunla xarakterikdir ki, işğaldan azad olunmuş ərazilərimizdə yeni obyektlərin açılışı və ya bünövrəsinin qoyulması Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü günündə baş tutdu. Bütün həyatını vətənimiz Azərbaycanın inkişafına həsr etmiş, fəaliyyəti dövründə ölkəmizdə saysız-hesabsız infrastruktur layihələrinin, istehsal müəssisələrinin əsasını qoymuş Ümummilli Liderin anadan olduğu gündə Qarabağımızda yeni obyektlərin açılışı həyata keçirildi. Prezident İlham Əliyevin Muğam Mərkəzinin açılışında çıxışı zamanı səsləndirdiyi fikirlər bu baxımdan xüsusilə diqqət çəkir: "Dirçələn Ağdam şəhərində Muğam Mərkəzinin açılışı tarixi bir gündür. Bu gözəl tədbirin mayın 10-da keçirilməsi, təbii ki, rəmzi məna daşıyır. Bu gün Ulu Öndər Heydər Əliyevin doğum günüdür. Mənim üçün, hər bir vətənpərvər insan üçün əziz bir gündə bu tədbiri keçirmək, əlbəttə ki, böyük məna daşıyır. Ulu Öndərin bütün həyatı, bütün fəaliyyəti Azərbaycan xalqına, dövlətinə həsr edilmişdir və bugünkü Azərbaycan onun əsəridir. Məhz onun 1993-cü ildə Azərbaycan rəhbərliyinə gəlməsindən sonra Azərbaycan inkişaf yoluna qədəm qoydu".

Deputat vurğulayıb ki, bütün bunlar onu deməyə əsas verir ki, Azərbaycan dövlətinin banisi, Ulu Öndər Heydər Əliyevin xalqımız və vətənimiz qarşısında misilsiz xidmətləri və ölkəmizin gələcək inkişafına hesablanmış uzaqgörən siyasəti, bu siyasi kursun məhz Prezident İlham Əliyev tərəfindən son dərəcə uğurla davam etdirilməsi nəticəsində nəinki erməni faşizminin ərazilərimizdə kökünü kəsmək mümkün oldu, eyni zamanda işğaldan azad olunmuş ərazilərimizin dirçəldilməsi, inkişafı, uzun illər köçkün həyatı yaşamış həmvətənlərimizin, nəhayət, böyük sevinc və minnətdarlıq hissi ilə öz ata-baba yurdlarına qayıtması gerçəkləşdi. Dünyada uzun müddət davam edən çoxsaylı münaqişələri hətta dünya güclərinin belə həll etmək iqtidarında olmadığı bir dönəmdə məhz Prezident İlham Əliyevin müdrik liderliyi sayəsində torpaqlarımızın işğalına son qoyulması və davamlı inkişafa nail olunması əminliklə söyləməyə əsas verir ki, Azərbaycan daha qüdrətli və çiçəklənən bir ölkəyə çevriləcək, xalqımızın rifah halı daim yüksələcək.


Əsmər QARDAŞXANOVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

“Aviasiya haqqında” Azərbaycan Respublikasının 2023-cü il 22 dekabr tarixli 1058-VIQ nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunlarında dəyişiklik edilməsi barədə

02:30
19 İyun

“Aviasiya haqqında” Azərbaycan Respublikasının 2023-cü il 22 dekabr tarixli 1058-VIQ nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi barədə

02:29
19 İyun

Putin: Rusiya danışıqlara açıqdır, lakin Almaniya neytral vasitəçi sayıla bilməz  

02:04
19 İyun

İyunun 1-də keçirilən qəbul imtahanının nəticəsi elan olunub

01:59
19 İyun

XİN nümayəndəsi: Azərbaycan COP29 sədrliyi çərçivəsində iqlim şəffaflığına xüsusi önəm verir  

23:03
18 İyun

Azərbaycanın “iqlim və sülh” diplomatiyası geniş beynəlxalq dəstək qazanır

22:55
18 İyun

Milli Məclisin komitə iclasında dörd məsələ müzakirəyə çıxarılıb

22:24
18 İyun

Beynəlxalq Simpoziumun iştirakçıları azərbaycanlıların pozulmuş hüquqları barədə məlumatlandırılıb

22:19
18 İyun

Kahramanmaraşda qardaşlıq abidəsi: Azərbaycan-Türkiyə həmrəyliyinin daha bir rəmzi

22:09
18 İyun

İtonde Kakoma: Azərbaycan iqlimlə yanaşı, iqlim maliyyəsi və sülhə fokuslanan institutları bir araya gətirməkdə liderdir

21:59
18 İyun

COP30-a hazırlıq prosesində Azərbaycan ilə Braziliya arasında əməkdaşlığın daha da dərinləşdirilmə

21:47
18 İyun

Azərbaycanda şəxsi avtomobillərdən istifadə artıb

21:37
18 İyun

Milli Məclisin növbədənkənar sessiyasının iclasında 21 məsələ müzakirə olunacaq

21:26
18 İyun

İşğaldan azad olunmuş ərazilərdə fəaliyyət göstərən işəgötürənlərlə növbəti görüş təşkil edilib

21:13
18 İyun

Bakıda 300-ə yaxın yerli şirkətin məhsul və xidmətlərinin sərgisi keçirilir

21:07
18 İyun

Bakıda QDİƏT PA-nın 65-ci Baş Assambleyasının plenar iclası keçirilib

20:27
18 İyun

Medianın İnkişafı Agentliyi rusiyalı televiziya aparıcısı Vladimir Solovyovun qərəzli fikirləri ilə bağlı açıqlama yayıb

20:18
18 İyun

Oğuz-Qəbələ-Bakı su xəttində baş verən qəza aradan qaldırılıb

20:01
18 İyun

Yunanıstandan olan nümayəndəyə ölkəmizdə aparılan sosial islahatlar barədə məlumat verilib

19:54
18 İyun

Latviyalı parlamentarilər postmünaqişə dövründə Cənubi Qafqazda, o cümlədən Azərbaycanda mövcud vəziyyət barədə məlumatlandırılıblar

19:52
18 İyun

Bakıda Ombudsmanların Beynəlxalq Simpoziumu keçirilib 

18:41
18 İyun

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!