07 Noyabr 2021 00:23
3051
SİYASƏT
A- A+
Azərbaycan bayrağı artıq Qarabağda dalğalanır

Azərbaycan bayrağı artıq Qarabağda dalğalanır

 

Üçrəngli bayrağınla məsud yaşa!

 

Bir il öncə müzəffər Azərbaycan Ordusu otuz ilə yaxın düşmən işğalında qalan Vətən torpaqlarını xilas etdi. O günlərdə bütün Azərbaycan xalqını ən çox qürurlandıran anlardan biri də döyüşçülərimizin Ermənistan silahlı qüvvələrini məğlubiyyətə uğradaraq, azad etdikləri ərazilərimizdə dövlət bayrağımızı ucaltmalarını və bu barədə Ali Baş Komandan İlham Əliyevə məlumat vermələrini əks etdirən videogörüntülər idi.

Bu mənzərəni seyr etdikcə xalqımızın sevinci yerə-göyə sığmırdı. Çünki bayraq dövlətin simvollarından biridir. Onun müstəqilliyinin, qüdrətinin rəmzidir. Harada Azərbaycan bayrağı dalğalanırsa, orada dövlətimizin gücü, vətənimizin adı var.

Düşmənin otuz ilinə yetirə bilmədiyi işğal bitdi. Ermənistan öz layiqli cavabını döyüş meydanında aldı. Düşmənin silahlı qüvvələri qəhrəman Azərbaycan ordusu tərəfindən darmadağın edildi. Otuz ilə yaxın davam edən həsrətimiz, nigarançılığımız, narahatlığımız bitdi. Bu gün yağılardan geri aldığımız ərazilərimizdə - Qubadlıda, Cəbrayılda, Zəngilanda, Füzulidə, Şuşada, Ağdamda, Kəlbəcərdə, Laçında... Azərbaycan bayrağı dalğalanır.

Bu, o bayraqdır ki, 1918-ci il noyabrın 9-da Azərbaycan Xalq Cümhuriyyətinin hökumət başçısı Fətəli xan Xoyskinin məruzəsi əsasında təsdiqləndi. Azərbaycanın üçrəngli, ay-ulduzlu dövlət bayrağı 1918-ci il dekabrın 7-də Azərbaycan Xalq Cümhuriyyətinin Parlamentinin açılışı zamanı binanın üzərində dalğalanmağa başladı.

1918-ci il mayın 28-də müsəlman Şərqində ilk müstəqil, demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyəti qurulduqdan sonra Azərbaycanda dövlətçilik ənənələrinin bərpası reallaşanda əhəmiyyətli məsələlərdən biri də əsas dövlət atributlarından, simvollarından birinin - bayrağın necə hazırlanması oldu. Bayraq haqqında Cümhuriyyət hökuməti ilk qərarı 1918-ci il iyunun 21-də verdi. Qərarda Azərbaycanın dövlət bayrağı qırmızı rəngdə, orta hissəsində ağ aypara və səkkizguşəli ulduz təsvirli  qəbul edildi. Həmin il iyunun 21-də hökumət bayraq haqqında qərar verdi.

Bu, o bayraqdır ki, 1919-cu ilin mayında Azərbaycan Xalq Cümhuriyyətinin bir illiyinə həsr olunmuş “Bir yaş” adlı məqaləsində Üzeyir bəy Hacıbəyli onun rənglərinin mənası barədə yazırdı: “Mavi rəngi türklüyə, yaşıl rəngi islamlığa və al rəngi mədəniyyətə işarə olan bayrağımızın mənayi-mənəviyyəsi də budur”.

...Bu, o bayraqdır ki, tarixin qovğalarında, siyasətin fırtınalarında, düşmənlərin məkrli planları, hiylələri ilə qurulmuş hadisələrdə müsibətlər çəkdi. 1920-ci il aprelin 28-də Azərbaycanda Sovet hakimiyyəti quruldu. Sovet hakimiyyətinin ilk illərində Azərbaycan dövlət atributlarını sovet Rusiyasının atributlarına uyğunlaşdırmaq məcburiyyətində qaldı. O vaxtdan Azərbaycan dövlətinin müstəqilliyinin rəmzi olan üçrəngli, ay-ulduzlu bayrağımızın yeri vətənsəverlərimizin, millətsevərlərimizin qubar bağlamış könülləri oldu. Sovet hakimiyyətinin Azərbaycanı bu bayrağa həsrət qoyduğu illər on illər boyu davam etdi. Ancaq bir gün üçrəngli, ay-ulduzlu bayrağımızın yenidən müstəqil Azərbaycanın başı üzərində dalğalanacağına inam yaşadı.

Nəhayət, o günlər yaxınlaşdı. 1980-cı illərin sonlarında meydan hərəkatında üçrəngli, ay-ulduzlu bayrağımız qaldırıldı.

1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə keçirilən sessiyada üçrəngli, ay-ulduzlu bayrağımız Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı olaraq təsdiq edildi. 1991-ci il fevralın 5-də Azərbaycan Respublikasının Ali Soveti “Azərbaycan Respublikasının Dövlət bayrağı haqqında” qanun qəbul etdi.

1991-ci il oktyabrın 18-də “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktı ilə Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin varisi kimi onun dövlət rəmzlərini, həmçinin Dövlət bayrağını bərpa etdi. 2004-cü il iyunun 8-də “Azərbaycan Respublikası Dövlət bayrağının istifadəsi qaydaları haqqında” Azərbaycan Respublikasının qanunu ilə bu sahədə qanunvericilik bazası təkmilləşdirildi.

Prezident İlham Əliyevin 2009-cu il noyabrın 18-də  imzaladığı sərəncamla 9 Noyabr tarixi Dövlət Bayrağı Günü kimi qeyd olunur.

Namusunu hifz etməyə,

Bayrağını yüksəltməyə,

Cümlə gənclər müştaqdır.

1919-cu ildə şair Əhməd Cavadın sözlərini, Üzeyir bəy Hacıbəylinin musiqisini yazdığı dövlət himnimizdə ifadə olunan bu həqiqəti Azərbaycan gəncləri 2020-ci ilin payızında, 44 gün davam edən İkinci Qarabağ müharibəsində öz canları, qanları bahasına təsdiq etdilər.

İkinci Qarabağ müharibəsində bütün Azərbaycan xalqı öz dövlətinin yanında bir yumruq kimi birləşərək Vətən üçün can verməyə hazır, qan tökməyə qadir olduğunu bir daha göstərdi. Odur ki, ucalarda dayan, inamla, arxayınlıqla, qürurla dalğalan, ey möhtəşəm ölkəmizin bayrağı! Üçrəngli bayrağınla məsud yaşa, Azərbaycan!

 

Zöhrə FƏRƏCOVA,

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Quru Qoşunlarında “Konstitusiya və Suverenlik İli” ilə bağlı tədbirlər keçirilib  

19:26
15 Dekabr

Ali Məclisin payız sessiyasının növbəti iclası keçirilib  

19:24
15 Dekabr

Baş prokuror Qətərdə işgüzar səfərdədir  

19:21
15 Dekabr

ADSEA abonentlərə müraciət edib  

19:20
15 Dekabr

Cəlilabadda vətəndaşların daşınmaz əmlakla bağlı müraciətlərinə baxılıb  

19:10
15 Dekabr

Nizami Gəncəvi Beynəlxalq Mərkəzi BMT Sivilizasiyalar Alyansının 11-ci Qlobal Forumuna tərəfdaşlıq edib  

18:26
15 Dekabr

Suveren yaşıl istiqrazlar üzrə İşçi Qrupun ilk iclası keçirilib  

18:23
15 Dekabr

UNESCO-nun mənzil-qərargahında memar Əcəmi Naxçıvaninin 900 illiyinə həsr edilmiş sərgi açılıb  

18:16
15 Dekabr

Hakan Fidan: Türkiyə vasitəçilik sahəsində dünya liderləri sırasındadır  

18:11
15 Dekabr

Azərbaycanda pambıq yığımı yekunlaşır, sahələrdən 356 min tona yaxın xam pambıq yığılıb  

17:43
15 Dekabr

"Sualtı Hücum Dəniz Xüsusi Təyinatlısı" kursunun buraxılış mərasimi keçirilib  

17:41
15 Dekabr

Agentliyin əməkdaşları qan verdilər  

17:35
15 Dekabr

Ukrayna ilə bağlı sülh planı ətrafında nə baş verir?

17:26
15 Dekabr

İdmanımızın yeni ulduzu

17:25
15 Dekabr

Xalq yazıçısı Elmira Axundovanın Ulu Öndərə həsr olunmuş “Sizin aranızda ən böyük dissident mən idim” adlı ikicildlik kitabının təqdimatı keçirilib  

17:16
15 Dekabr

Dövlət Gömrük Komitəsinin sədri Zaqatalada vətəndaşlarla görüşüb  

17:07
15 Dekabr

“Azəriqaz”: 5 kənd və 11 massiv qazın verilməsi ərəfəsindədir 

17:06
15 Dekabr

Azərbaycanda bu il İKT sektorunda göstərilmiş xidmətlərin ümumi dəyəri 8,1 faiz artıb  

17:02
15 Dekabr

Misli Premyer Liqasında XV turun növbəti oyunu keçirilib  

16:44
15 Dekabr

Şəxsiyyət vəsiqəsi, pasport, sürücülük vəsiqəsi və nəqliyyat vasitələrinin qeydiyyatı üzrə xidmətlər onlayn təqdim ediləcək  

16:42
15 Dekabr

Osman Mert: Bakıda keçirilmiş Birinci Türkoloji Qurultay türk dilçiliyinin inkişafı üçün xüsusi əhəmiyyət kəsb edib  

16:39
15 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!