12 Aprel 2023 01:13
755
Qanunlar
A- A+
"Avtomobil nəqliyyatı haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

"Avtomobil nəqliyyatı haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

 

Azərbaycan Respublikasının Qanunu

 

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alır:
"Avtomobil nəqliyyatı haqqında" Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008, № 7, maddə 599; 2010, № 4, maddə 276, № 10, maddə 841; 2013, № 11, maddə 1302; 2014, № 4, maddə 342; 2015, № 8, maddə 903, № 12, maddə 1439; 2016, № 2 (II kitab), maddə 221; 2017, № 2, maddə 140, № 12 (I kitab), maddə 2211; 2018, № 1, maddə 22, № 12 (I kitab), maddələr 2510, 2517; 2019, № 3, maddə 374, № 8, maddə 1379; 2020, № 6, maddə 663; 2021, № 1, maddələr 1, 11) aşağıdakı dəyişikliklər edilsin:
1. Aşağıdakı məzmunda 1.0.8-1-ci, 48.1-1 - 48.1-6-cı maddələr əlavə edilsin:
"1.0.8-1. ərizəçi - bu Qanunun 48.1-ci maddəsində nəzərdə tutulan icazənin alınması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) ərizə ilə müraciət edən, təşkilati-hüquqi formasından asılı olmayaraq hüquqi şəxs, xarici hüquqi şəxsin filialı, nümayəndəliyi və fərdi sahibkar;";
"48.1-1. Aşağıdakı hallardan biri və ya bir neçəsi olduqda iriqabaritli və ağırçəkili nəqliyyat vasitələri müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) avtonəqliyyat vasitəsi ilə müşayiət edilməlidir:
48.1-1.1. mühafizə avtomobili ilə:
48.1-1.1.1. nəqliyyat vasitəsinin eni 2,55 metrdən artıq olduqda;
48.1-1.1.2. nəqliyyat vasitəsinin hündürlüyü 4 metrdən artıq olduqda;
48.1-1.1.3. nəqliyyat vasitəsinin uzunluğu 24 metrdən artıq olduqda;
48.1-1.1.4. nəqliyyat vasitəsinin ümumi kütləsi 50 tondan artıq olduqda;
48.1-1.2. mühafizə və müşayiət avtomobili ilə:
48.1-1.2.1. nəqliyyat vasitəsinin eni 3,5 metrdən artıq olduqda;
48.1-1.2.2. nəqliyyat vasitəsinin uzunluğu 30 metrdən artıq olduqda;
48.1-1.2.3. nəqliyyat vasitəsinin ümumi kütləsi 80 tondan artıq olduqda;
48.1-1.2.4. hərəkət zamanı nəqliyyat vasitəsi əks istiqamətdəki hərəkət zolağını bu Qanunun 48.2-ci maddəsində nəzərdə tutulmuş qayda ilə müəyyən edilən hədlərdən artıq tutduqda;
48.1-1.2.5. daşınma prosesində iriqabaritli və ağırçəkili nəqliyyat vasitəsinin maneəsiz hərəkətinin təmin edilməsi məqsədilə yol hərəkətinin tənzimlənməsi üzrə bu Qanunun 48.2-ci maddəsində nəzərdə tutulmuş qayda ilə müəyyən edilən tədbirlərin həyata keçirilməsinə zərurət olduqda.
48.1-2. İriqabaritli və ağırçəkili nəqliyyat vasitəsinin ümumi istifadədə olan avtomobil yolları ilə hərəkət etməsinə icazənin verilməsinə görə "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq dövlət rüsumu tutulur. İriqabaritli və ağırçəkili nəqliyyat vasitəsinin bu Qanunun 48.1-1.1-ci və 48.1-1.2-ci maddələrinə uyğun olaraq müvafiq avtonəqliyyat vasitələri ilə müşayiət olunmasına, həmçinin bu Qanunun 48.2-ci maddəsində nəzərdə tutulmuş qayda ilə müəyyən edilən hallarda hərəkət marşrutunun müəyyən olunmasına görə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilmiş məbləğdə xidmət haqqı tutulur. 
48.1-3. Ümumi istifadədə olan avtomobil yolları ilə iriqabaritli və ağırçəkili nəqliyyat vasitələrinin hərəkət etməsinə icazənin verilməsi üçün ərizəçi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) elektron qaydada müraciət edir. Ərizəçinin müraciətinə "Lisenziyalar və icazələr haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq baxılır. 
48.1-4. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) ərizəçinin müraciətinə baxarkən:
48.1-4.1. bu Qanunun 48.1-1.1-ci və 48.1-1.2-ci maddələrinə uyğun olaraq iriqabaritli və ağırçəkili nəqliyyat vasitəsinin müvafiq nəqliyyat vasitələri ilə müşayiət olunması ilə bağlı məlumatların müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təqdim edilməsi üçün həmin orqana (quruma) müraciət edir; 
48.1-4.2. hərəkət marşrutunun müəyyən edilməsi ilə bağlı məlumatların müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təqdim edilməsi üçün həmin orqana (quruma) müraciət edir. 
48.1-5. Bu Qanunun 48.2-ci maddəsində nəzərdə tutulmuş qayda ilə müəyyən edilən hallarda müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) iriqabaritli və ağırçəkili nəqliyyat vasitəsinin ümumi istifadədə olan avtomobil yolları ilə hərəkət marşrutunun aidiyyəti hissələrinin elektrik, rabitə, su, qaz təchizatı, neft-qaz, dəmir yolu idarə və təşkilatları, avtomobil yollarının digər mülkiyyətçiləri ilə razılaşdırılmasını həyata keçirir.
48.1-6. Nəqliyyat vasitəsinin istehsalçısının müəyyən etdiyi texniki xarakteristikası ərizədə göstərilən iriqabaritli və ağırçəkili yükün daşınmasına imkan vermirsə, habelə həmin nəqliyyat vasitəsinin daşıyıcı tərəfindən təqdim olunan marşrut üzrə hərəkət etməsi mümkün deyilsə və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təklif etdiyi alternativ marşrut üzrə hərəkətə daşıyıcı razılaşmazsa daşıyıcıya icazənin verilməsindən imtina edilir.".
2.  48.1-ci maddədə "əvvəlcədən təyin edilmiş xüsusi marşrut üzrə, müvafiq icra hakimiyyəti orqanının" sözləri "bu Qanunun 48.2-ci maddəsində nəzərdə tutulmuş qaydaya uyğun olaraq müəyyən edilmiş hərəkət marşrutu üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun)" sözləri ilə əvəz edilsin.
3. 48.2-ci maddədən "xüsusi" sözü və ", habelə iriqabaritli və ağırçəkili avtonəqliyyat vasitələrinin hərəkət etməsinə görə ödənişlərin dərəcələri" sözləri çıxarılsın, həmin maddədə "Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı" sözləri "müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum)" sözləri ilə əvəz edilsin.

İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 24 fevral 2023-cü il

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

"Dövlət qulluğu haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

01:44
20 Dekabr

"Dövlət qulluğu haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2025-ci il 9 dekabr tarixli 305-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında

01:44
20 Dekabr

Abşeron rayonu ərazisində avtomobil yollarının əsaslı təmiri ilə bağlı əlavə tədbirlər haqqında

01:42
20 Dekabr

“Azərbaycan Respublikasında ixrac-idxal əməliyyatları üzrə gömrük rüsumlarının dərəcələri haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 22 aprel tarixli 91 nömrəli Qərarında dəyişiklik edilməsi barədə

01:37
20 Dekabr

Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Xarici texniki kəşfiyyata qarşı fəaliyyətə dair məlumat sisteminin istismarının təşkili Qaydaları”nın və “Xarici texniki kəşfiyyata qarşı fəaliyyətə dair məlumat sistemi daxilində dövlət orqanlarının informasiya resurslarından istifadəyə buraxılış dərəcəsi”nin təsdiq edilməsi barədə” 2020-ci iI 29 yanvar tarixli 22 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında

01:34
20 Dekabr

“Dövlət qulluqçularının reyestrinin aparılması ilə əlaqədar bir sıra məsələlərin tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 17 may tarixli 395 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi barədə

01:33
20 Dekabr

“Polis əməkdaşlarının sosial müdafiəsini gücləndirmək və polis orqanlarının maddi-texniki bazasını möhkəmləndirmək məqsədilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin xəzinə hesabına köçürülən vəsaitdən istifadə Qaydası”nın təsdiq edilməsi haqqında

01:32
20 Dekabr

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 28 yanvar tarixli 26 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qanın, qan komponentlərinin tədarükü, emalı, saxlanması və bölüşdürülməsi ilə məşğul olan qan xidməti müəssisələrinin (qan banklarının) Siyahısı”nda dəyişiklik edilməsi haqqında

01:28
20 Dekabr

“Azərbaycan”, “Xalq qəzeti”, “Respublika” və “Bakinski raboçi” qəzeti redaksiyalarına maliyyə yardımı barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 30 dekabr tarixli 215 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında

01:26
20 Dekabr

Nizami Kino Mərkəzində “The Oligarch’s Design” sənədli filminin nümayişi olub  

21:58
19 Dekabr

Azərbaycan–ABŞ Strateji Tərəfdaşlıq Xartiyası üzrə Strateji İşçi Qrupunun ilk iclası keçirilib  

21:29
19 Dekabr

Rubio: Rusiya-Ukrayna üzrə danışıqlarda irəliləyiş əldə olunub  

21:13
19 Dekabr

Marko Rubio Ermənistan-Azərbaycan münaqişəsinin həllində ABŞ-ın iştirakından danışıb  

21:09
19 Dekabr

Avropa Parlamenti sülh prosesinə zərbə vurmağa çalışır

21:04
19 Dekabr

Ermənistan vətəndaşlarının məhkəməsi təqsirləndirilən şəxslərin son söz çıxışları ilə davam etdirilib  

20:47
19 Dekabr

Ali Məclisin 2025-ci il payız sessiyasının növbəti iclası keçirilib  

20:36
19 Dekabr

Türk Ədliyyə Təlim Şəbəkəsinə üzv ölkələrin nümayəndələri ilə Baş Prokurorluqda görüş keçirilib  

20:12
19 Dekabr

Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılıb  

19:49
19 Dekabr

Səhiyyə Nazirliyində beynəlxalq aləmdə yüksək nüfuza malik olan tibb mütəxəssisləri ilə görüş keçirilib  

19:41
19 Dekabr

Milli Məclisdə “İxtisaslı kadr hazırlığı aqrar sektorun inkişafının əsasıdır” mövzusunda ictimai dinləmə keçirilib  

19:31
19 Dekabr

Ali məktəblərə qəbul və buraxılış imtahanlarında iştirak etmək üçün texniki vasitələr hazırlayan və satan təqsirləndirilən şəxslər barədə ibtidai istintaq tamamlanıb  

19:26
19 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!