05 Mart 2024 09:00
327
SİYASƏT
A- A+
Avropa Parlamentinin qərarları heç yerdə ciddi qəbul olunmur

Avropa Parlamentinin qərarları heç yerdə ciddi qəbul olunmur

 

"Müxtəlif siyasi mərkəzlərin, xüsusilə də erməni lobbisinin  aləti rolunda çıxış edən Avropa Parlamenti insan haqları və demokratiya pərdəsi altında siyasi təxribatlar törətməkdə davam edir. Müstəqil qərar vermək iqtidarında olmayan Avropa Parlamentinin bu günlərdə Azərbaycana qarşı növbəti qərəzli qətnamə qəbul etməsi də bunun sübutudur".
Bu fikirləri "Azərbaycan" qəzetinə açıqlamasında Milli Məclisin deputatı Müşfiq Cəfərov deyib. Deputat bildirib ki,  Avropa Parlamentinin Xarici Əlaqələr Komitəsi tərəfindən hazırlanan və faktların tamamilə təhrif olunduğu "Ümumi xarici və təhlükəsizlik siyasətinin həyata keçirilməsi haqqında illik hesabat"da dövlətimizə qarşı  yalan və iftiralarla dolu iddialar əksini tapıb: "Məlumdur ki, Avroparlament yeni seçkilərə hazırlaşır. Aydın olur ki, məhz bu dövrdə belə qərəzli addım atanlar, ölkəmizə qarşı çağırış edənlər məhz erməni lobbisinin pulu ilə fəaliyyət göstərən rüşvətxor deputatlardır. Lakin Avropa İttifaqı ilə onun şər yuvasına çevrilmiş qurumu olan Avropa Parlamentində yaxşı başa düşürlər ki, hüquqi və siyasi dəyərə malik olmayan bu kağız parçasını qəbul etməklə ölkəmizə heç bir təzyiq göstərə bilməyəcəklər. Azərbaycan milli maraqlarını beynəlxalq hüququn normaları çərçivəsində təmin edib".
Deputatın sözlərinə görə, Azərbaycanın əzəli torpaqlarını işğaldan azad etməsi, ərazilərində separatizmin kökünü kəsməsi bəzi Qərb ölkələrinin ciddi narazılığına səbəb olub. Ona görə də xüsusilə son zamanlar antitürk, antiislam və anti-Azərbaycan qüvvələrin yuvasına çevrilən Avropa Parlamentinin bəzi rüşvətxor deputatları qarayaxma kampaniyasına başlayıb və ölkəmiz əleyhinə ard-arda əsassız qətnamələr qəbul ediblər.  Son dövrlər guya Azərbaycanın Ermənistana hücum edəcəyi barədə yayılan yanlış iddialar da Qərbin  ölkəmizə qarşı təşkilatlanmasından irəli gəlir.
"Avropa Parlamentinin Azərbaycana qarşı sanksiyalara çağırışı və qətnamə qəbul etməsi təsadüfi deyil. Doğrudur, bu qurum seçki ərəfəsində "fəaliyyəti"ni genişləndirsə də, ölkəmiz əleyhinə davranışlar sərgiləmək orada onsuz da vərdiş halını alıb. Sözügedən qətnamənin qəbul edilməsi zamanı sənədin lehinə səs verən deputatlar bundan əvvəl də Avropa Parlamentində eyni mövqedən çıxış ediblər", - deyə müsahibimiz bildirib.
Müşfiq Cəfərov həmçinin bu qətnamənin nəinki ölkəmiz, eləcə də Aİ və ona üzv olan dövlətlər üçün heç bir əhəmiyyət kəsb etmədiyini vurğulayıb. Deputat bildirib ki, bu oyunların arxasında dayanan, revanşistləri həvəsləndirən Makronkimilər cavab verməlidirlər: "Avropa Parlamentində oturan islamofob, rasist və türkofob deputatlar, neokolonial təfəkkürlü adamlar hər fürsətdə ifşa olunmalıdırlar. O da unudulmamalıdır ki, Azərbaycanın Avropa Parlamenti qarşısında heç bir öhdəliyi yoxdur. Belə olan halda qurumun yalan dolu absurd qətnamələr qəbul etməsi yalnız öz imicini zədələyir. Qərb başa düşməlidir ki, mütləq monopoliya dövrü artıq başa çatıb. Bu cür populizmin heç kimə heç bir xeyri olmayacaq".

Nəzrin QAFARZADƏ,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Beynəlxalq Ədalət Məhkəməsi Azərbaycanın Ermənistana qarşı davam edən beynəlxalq hüquqi iddiaları üzrə qərar qəbul edib  

09:28
13 Noyabr

Konqo Prezidenti: COP29-da Afrikanın 15 ölkəsinin rəhbərləri dünyaya yeni ideyalar təqdim edəcək  

09:27
13 Noyabr

Qırğızıstan səfiri: Azərbaycan tərəfindən COP29-un keçirilməsi böyük tərifə layiqdir  

09:24
13 Noyabr

COP29 iştirakçısı: Dubayda keçirilən COP28 ilə Bakıdakı COP29 tamamilə fərqlidir  

09:21
13 Noyabr

Xəzər dənizində zəlzələ olub  

09:20
13 Noyabr

COP26-nın Prezidenti Bakıdakı logistikanı yüksək qiymətləndirib  

09:18
13 Noyabr

“Yaşıl işıq” Bakıda yandırıldı

08:50
13 Noyabr

Azərbaycan tarixinin ən möhtəşəm dövrlərindən birini yaşamaqdadır 

08:45
13 Noyabr

"Azərbaycan qüdrətli, nüfuzlu ölkədir"

08:40
13 Noyabr

Azərbaycana xoş gəlmisiniz!

08:35
13 Noyabr

Türk dövlətləri bir-birinin uğurunu öz uğuru kimi qəbul edir

08:30
13 Noyabr

COP29 iştirakçılarının sağlamlığı da diqqət mərkəzindədir

08:25
13 Noyabr

Daha çox təhlükəyə məruz qalan kiçik ada dövlətlərinə kömək etmək COP29-un tarixi missiyasıdır

08:20
13 Noyabr

COP29 antiazərbaycançı dairələr üçün ən yaxşı cavab olacaq

08:15
13 Noyabr

Azərbaycan sülh təklif edir

08:10
13 Noyabr

"Yaşıl enerji" sahəsində yaxın və böyük tərəfdaşımız 

08:05
13 Noyabr

Şimali Makedoniya Prezidenti: COP29 iqlimlə bağlı qətiyyətli fəaliyyət üçün həlledici məqamdır  

08:01
13 Noyabr

Britaniyalı nazirlər COP29-dan paylaşımlar ediblər

08:00
13 Noyabr

1 gündə 21 500 nəfər

08:00
13 Noyabr

Blinken və Hakan Fidan Cənubi Qafqazda sülhün vacibliyini müzakirə ediblər

07:58
13 Noyabr

Ərdoğan COP29-la bağlı paylaşım edib, Türkiyənin ətraf mühitlə bağlı hədəflərini sadalayıb  

07:56
13 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!