03 Noyabr 2024 08:15
835
SİYASƏT
A- A+
Avropa Parlamenti İrəvanın siyasi gündəliyindən çıxış edir

Avropa Parlamenti İrəvanın siyasi gündəliyindən çıxış edir


"Avropa Parlamentinin ölkəmizə qarşı çirkin qarayaxma kampaniyası davam edir. Parlamentin deputatları kim daha çox özünü erməni mövqeyindən göstərəcək və ya kim Azərbaycana qarşı qarayaxma kampaniyasında fəal olacaq deyə sanki bir-biri ilə yarışa çıxıblar".

Bu sözləri "Azərbaycan" qəzetinə Milli Məclisin deputatı Tural Gəncəliyev deyib. O bildirib ki, ilk növbədə Avropa Parlamentində müzakirələr zamanı səsləndirilənlər xüsusilə COP29 sessiyasına qarşı açıqlamalar, böhtanlar və yersiz bəyanatlar olur. Çıxış edənlərin hər birinin COP29 sessiyasına qarşı nə qədər qərəzli, əsassız fikirlər söylədiyinin bir daha şahidi oluruq. Avropa Parlamentinin üzvləri COP29 sessiyasını Azərbaycanda insan hüquqları və ermənilərin hüquqları kimi məsələlər ilə qarışdırmağa cəhd edərək, ölkəmizə qarşı əsassız ittihamlar səsləndirirlər. "Azərbaycanda insan hüquqlarının pozulmasından dəm vuran deputatlar keçmiş azərbaycanlı məcburi köçkünlər, onların vəziyyəti, o cümlədən hazırda Qərbi Azərbaycan İcmasının üzvləri olan insanların hüquqları haqqında bir kəlmə də danışmırlar. Bu, onların nə qədər ikiüzlü, riyakar siyasət aparmasını göstərir. Azərbaycanla Avropa İttifaqı arasında neft kontraktlarının dayandırılmasını istəyən bu deputatlar xarici siyasət məsələlərindən nə qədər kənar olduqlarını göstərir, onlar yersiz şəkildə müdaxilələr, çağırışlar edərək öz aləmlərində Azərbaycana təzyiq göstərə biləcəklərini düşünürlər", - deyə T.Gəncəliyev əlavə edib.

Deputat qeyd edib ki, onlar Avropa İttifaqının özünün Azərbaycanla neft və alternativ enerji sahəsində sazişlərin bağlanmasının təşəbbüskarı olduğunu anlamaq istəmirlər. Avropa İttifaqı Azərbaycanın enerji resurslarının bu qitəyə nəql olunmasında əsas maraqlı tərəfdir. Bütün bunlar bir daha göstərir ki, Avropa Parlamentinin deputatları erməni havadarlarının və onlarla əlbir olan ölkələrin siyasi maraqlarından çıxış edirlər. Burada, xüsusilə, Fransanın və onun müttəfiqlərinin izi hiss olunur. Amma Avropa Parlamentinin bu siyasəti yeni deyil, hələ 1990-cı illərin əvvəllərindən ölkəmizə qarşı qarayaxma kampaniyası aparan bu təşkilat hər zaman öz riyakar üzünü göstərib.

T.Gəncəliyev vurğulayıb ki, həm Qarabağdan, həm də Qərbi Azərbaycandan olan yüz minlərlə azərbaycanlının fundamental hüquqları pozulanda, bir kəlmə belə danışmayan Avropa Parlamenti üzvləri indi "yüz min" erməninin hüquqları haqqında danışır və bunu ölkəmizə qarşı qərəzli şəkildə ifadə edir: "Bu da Avropa Parlamentinin insan hüquqlarında nə qədər selektiv, diskriminativ olduğunu, istədikləri vaxt insan hüquqlarından danışdıqları, azərbaycanlılara gəldikdə isə bu hüquqları tanımadıqlarını göstərməklə onların riyakarlığını sübut edir. Ancaq biz doğma torpaqlarımızdan, milli maraqlarımızdan bir addım da geri çəkilməyəcəyik. Bunu Avropa Parlamentinin deputatları yaxşı dərk etməlidirlər".


Əsmər QARDAŞXANOVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Quru Qoşunlarında “Konstitusiya və Suverenlik İli” ilə bağlı tədbirlər keçirilib  

19:26
15 Dekabr

Ali Məclisin payız sessiyasının növbəti iclası keçirilib  

19:24
15 Dekabr

Baş prokuror Qətərdə işgüzar səfərdədir  

19:21
15 Dekabr

ADSEA abonentlərə müraciət edib  

19:20
15 Dekabr

Cəlilabadda vətəndaşların daşınmaz əmlakla bağlı müraciətlərinə baxılıb  

19:10
15 Dekabr

Nizami Gəncəvi Beynəlxalq Mərkəzi BMT Sivilizasiyalar Alyansının 11-ci Qlobal Forumuna tərəfdaşlıq edib  

18:26
15 Dekabr

Suveren yaşıl istiqrazlar üzrə İşçi Qrupun ilk iclası keçirilib  

18:23
15 Dekabr

UNESCO-nun mənzil-qərargahında memar Əcəmi Naxçıvaninin 900 illiyinə həsr edilmiş sərgi açılıb  

18:16
15 Dekabr

Hakan Fidan: Türkiyə vasitəçilik sahəsində dünya liderləri sırasındadır  

18:11
15 Dekabr

Azərbaycanda pambıq yığımı yekunlaşır, sahələrdən 356 min tona yaxın xam pambıq yığılıb  

17:43
15 Dekabr

"Sualtı Hücum Dəniz Xüsusi Təyinatlısı" kursunun buraxılış mərasimi keçirilib  

17:41
15 Dekabr

Agentliyin əməkdaşları qan verdilər  

17:35
15 Dekabr

Ukrayna ilə bağlı sülh planı ətrafında nə baş verir?

17:26
15 Dekabr

İdmanımızın yeni ulduzu

17:25
15 Dekabr

Xalq yazıçısı Elmira Axundovanın Ulu Öndərə həsr olunmuş “Sizin aranızda ən böyük dissident mən idim” adlı ikicildlik kitabının təqdimatı keçirilib  

17:16
15 Dekabr

Dövlət Gömrük Komitəsinin sədri Zaqatalada vətəndaşlarla görüşüb  

17:07
15 Dekabr

“Azəriqaz”: 5 kənd və 11 massiv qazın verilməsi ərəfəsindədir 

17:06
15 Dekabr

Azərbaycanda bu il İKT sektorunda göstərilmiş xidmətlərin ümumi dəyəri 8,1 faiz artıb  

17:02
15 Dekabr

Misli Premyer Liqasında XV turun növbəti oyunu keçirilib  

16:44
15 Dekabr

Şəxsiyyət vəsiqəsi, pasport, sürücülük vəsiqəsi və nəqliyyat vasitələrinin qeydiyyatı üzrə xidmətlər onlayn təqdim ediləcək  

16:42
15 Dekabr

Osman Mert: Bakıda keçirilmiş Birinci Türkoloji Qurultay türk dilçiliyinin inkişafı üçün xüsusi əhəmiyyət kəsb edib  

16:39
15 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!