27 Aprel 2025 08:35
740
SİYASƏT
A- A+
Avropa İttifaqı Azərbaycanın əhəmiyyətini anlayır və əvvəllər mövcud olan stereotiplərdən geri çəkilir

Avropa İttifaqı Azərbaycanın əhəmiyyətini anlayır və əvvəllər mövcud olan stereotiplərdən geri çəkilir


Tarixi proseslərə nəzər yetirəndə görürük ki, ölkələr arasındakı münasibətlər həmişə eyni səviyyədə olmur, bəzən yaxşılaşır, bəzən isə gərginləşir. Tarixi şəraitdən, iqtisadi əlaqələrdən asılı olaraq bunun zaman-zaman dəyişildiyinin və yeniləndiyinin şahidi olmuşuq. Dünənə qədər bir-biri ilə yaxın və isti münasibətdə olan ölkələr arasında qəflətən soyuq küləklərin əsdiyini də müşahidə etmişik. 

Bəzi dövlətlər isə həm iqtisadi maraqlar, həm də hegemonluq iddiası ilə qlobal siyasətdə dominant rolunda qalmaq üçün qeyri-konstruktiv mövqe nümayiş etdirməyə cəhdlər göstərirlər. Belə dövlətlər çirkin niyyətlərini həyata keçirmək üçün haqqa, ədalətə arxa çevirərək başqa dövlətlərə qarşı siyasətlərini ikili standart, yalan və iftira üzərində qururlar. Ölkəmiz də tarixində belə haqsızlıqlarla çox qarşılaşıb. Amma bütün bunlara baxmayaraq, heç bir dövlətin ərazisinə iddiası olmayıb, humanist ideyalara, beynəlxalq hüquq və normalara daim sadiq qalıb. Bununla Azərbaycan dünyada etibarlı tərəfdaş, eyni zamanda sülhün təminatçısı kimi tanınıb.

Həm İkinci Qarabağ müharibəsində, həm də ondan sonra uğurla həyata keçirilən antiterror əməliyyatlarında daim artan gücü, qüdrəti ilə ərazi bütövlüyünü və suverenliyini bərpa edən Azərbaycan Cənubi Qafqazın lider dövlətinə çevrilib. Bütün dünya şahidlik etdi ki, Azərbaycan heç bir ölkədən yardım istəmədən və bunu gözləmədən 44 gün ərzində 30 illik erməni işğalına son qoydu. Şanlı Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandan İlham Əliyevin sərkərdəliyi ilə Ermənistan silahlı qüvvələrini məğlubiyyətə uğratdı. Dünya işğalçını, qəsbkarı yaxından tanıdı, Azərbaycanın gücünü, qüdrətini gördü. Erməni işğalçıları üzərində qazanılan tarixi Zəfər dostlarımızı sevindirdi, düşmənlərimizi xar etdi. Ölkəmizin artan iqtisadi gücündən, qüdrətindən narahat olan, siyasətini erməni lobbisinin diktəsi üzərində quran bəzi Qərb dövlətləri Azərbaycan əleyhinə həqiqətdən uzaq olan iftira dolu bəyanatlar səsləndirməyə başladılar.

Təəssüf ki, insan hüquqlarından, demokratik dəyərlərdən dəm vuran bəzi Qərb dövlətlərinin, bir sıra beynəlxalq təşkilatların ayrı-ayrı regionlara və dövlətlərə qarşı ikili standartlarla yanaşmalarının şahidiyik. Heç bir tutarlı əsas olmadan bəzi Avropa ölkələri və onların təsisatları dövlətimizə qarşı ikili standartlar çərçivəsində siyasət yürüdürlər. Gün kimi aydındır ki, onlar anti-Azərbaycan dairələrin sifarişlərini yerinə yetirir, qəsdən, bilə-bilə demokratik inkişaf yolunda inamla addımlayan, ölkəsinin suverenliyini, ərazi bütövlüyünü bərpa edən dövlətimizin maraqlarına zidd siyasət aparırlar. Bu addımları ilə erməni lobbisinə xidmət etmiş olurlar. Qərbin insanlarda ikrah hissi oyadan ikili standart oyunu, erməni işğalçılarına hərtərəfli dəstəyi daim inkişafda olan Azərbaycanın müstəqil siyasətinə təbii ki, təsir göstərə bilməz. Çünki zaman keçdikcə güclənən, regionda və dünyada söz sahibinə çevrilən Azərbaycan beynəlxalq hüquq normaları çərçivəsində sülhə, əmin-amanlığa hesablanmış siyasətini uğurla davam etdirir.

Amma son günlər Avropa İttifaqının Azərbaycana qarşı olan siyasətində yeniliklər müşahidə olunmaqdadır. Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallasın Azərbaycana olan səfəri və keçirdiyi bir sıra rəsmi görüşlər, apardığı danışıqlar bunu deməyə əsas verir. Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallas Azərbaycan Prezidenti İlham Əliyevlə görüşündə Cənubi Qafqaz regionunda davamlı sabitliyin təmin olunmasına dair fikir mübadiləsi aparılıb. Dövlətimizin başçısı Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşdırılması istiqamətində ikitərəfli əsasda addımların atıldığını və müzakirələrin aparıldığını qeyd edib. Prezident İlham Əliyev vurğulayıb ki, Azərbaycan artıq Avropanın 10 ölkəsini, o cümlədən Avropa İttifaqının 8 üzvünü qazla təchiz edir. Azərbaycan qaz təchizatının coğrafi əhatəsinə görə Avropa məkanını qazla təmin edən ilk ölkələrdən biridir. Azərbaycanla Avropa İttifaqı arasında qazla yanaşı, nəqliyyat sahəsində də əməkdaşlıq üçün geniş imkanlar var.

Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas Avropa İttifaqı ilə Azərbaycan arasında enerji sahəsində çox uğurlu və səmərəli əməkdaşlığın olduğunu bildirib. Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında etibarlı tərəfdaş rolunda çıxış etdiyini vurğulayıb. K.Kallas nəqliyyat bağlantıları mövzusuna toxunaraq bu xüsusda da çox mühüm regional bir dövlət olan və vacib geosiyasi məkanda yerləşən Azərbaycanın rolunun əhəmiyyətini qeyd edib.

Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Kaya Kallasın Azərbaycana səfərini və Azərbaycan Prezidenti ilə görüşünü ölkəmizlə Avropa İttifaqı arasındakı əlaqələrdə dönüş nöqtəsi kimi qiymətləndirmək olar. Ümid etmək olar ki, bu səfər ikitərəfli münasibətlərdə yeni səhifə olacaq və yüksək səviyyəyə qalxacaq. Səfərdən və keçirilən rəsmi görüşlərdən aydın duyulan odur ki, Avropa İttifaqı Azərbaycanın dünya üçün, region üçün böyük əhəmiyyət daşıdığını yaxından görür və əvvəllər mövcud olmuş stereotiplərdən, standartlardan və yanaşmalardan geri çəkilmək istəyir. Azərbaycana qarşı olan əvvəlki münasibətlərdən imtina edir. 

Deməli, Avropa İttifaqı Azərbaycanın Xəzər dənizi - Qara dəniz regionunda, eləcə də dünyada gedən siyasi proseslərdə oynadığu roluna, Avropanın enerji təhlükısizliyinin təmin edilməsindəki yerinə yüksək dəyər verir. Qeyd etmək lazımdır ki, Azərbaycan Avropanın 10 ölkəsinə qaz verir və Avropada təchizatın coğrafiyasına görə birinci yerdədir. Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallasın səfərinin və keçirdiyi rəsmi görüşlərin nəticələri onu deməyə əsas verir ki, bundan sonra ölkəmizlə bu beynəlxalq təşkilat arasında ikitərəfli əlaqələr yeni müstəviyə yüksələrək inkişaf  edcəcək. Avropa İttifaqı Azərbaycana qarşı olan münasibətdə əvvəllər buraxdığı səhvlərini düzəltməyə çalışacaq. Azərbaycanın Avropa İttifaqından istəyi də elə ondan ibarətdir ki, ölkəmizə qarşı olan qərəzə, ədalətsizliyə, ikili standartlara son qoyulsun. Ümid edirik ki, Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Kaya Kallasın Azərbaycana səfərindən sonra qarşılıqlı əlaqələrdə yeni, daha uğurlu bir mərhələ başlayacaq. Nəhayət ki indiyə qədər ölkəmizə qarşı yanaşmada olan ədalətsiz, qərəzli və ikili standartlara son qoyulacaq. 


Vahid MƏHƏRRƏMOV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Qırğızıstan nümayəndə heyəti Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib  

11:33
07 Dekabr

Cüdo üzrə Azərbaycan çempionatında fərdi mübarizəyə yekun vurulub 

23:11
06 Dekabr

Zelenski: Amerika ilə növbəti addımlar və müzakirə formatları barədə razılığa gəlmişik  

22:41
06 Dekabr

Qərbi Azərbaycan İcmasının təşkilatçılığı ilə keçirilən beynəlxalq konfrans çərçivəsində ikitərəfli görüşlər davam edir  

21:35
06 Dekabr

Timişoarada Azərbaycan Rumıniya münasibətləri barədə müzakirə aparılıb  

20:20
06 Dekabr

Almaniya Kansleri İordaniya və İsrailə səfər edib  

19:51
06 Dekabr

Misli Premyer Liqasında XIV tura start verilib  

19:21
06 Dekabr

Cənubi Afrikada bir otelə basqın nəticəsində 11 nəfər qətlə yetirilib  

17:53
06 Dekabr

Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin bir sıra şirkətlərinin rəhbərlərini qəbul edib YENİLƏNİB  

17:48
06 Dekabr

 Xalq artisti Qədir Rüstəmovun anadan olmasının 90 illiyi qeyd edilib

17:41
06 Dekabr

Qadınlar və kişilər arasında cüdo üzrə Azərbaycan çempionatının açılış mərasimi olub

16:59
06 Dekabr

Kişineuda xeyriyyə yarmarkasında Azərbaycan öz stendi ilə təmsil olunub  

16:21
06 Dekabr

ABŞ Prezidenti Donald Tramp Prezident İlham Əliyevə təşəkkür edib

16:07
06 Dekabr

Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampdan

16:00
06 Dekabr

D-8 ölkələrinin Gənclər Dialoqunun açılış mərasimi keçirilib YENİLƏNİB 

15:53
06 Dekabr

Ombudsman Aparatının nümayəndələri Cenevrədə səfərdədirlər  

15:51
06 Dekabr

“Türkiye” qəzeti: Türkiyənin sərhəd əyalətlərində Zəngəzur Dəhlizinin açılışına hazırdırlar  

15:40
06 Dekabr

Sudanın Cənubi Kordofan vilayətində 79 mülki şəxs qətlə yetirilib  

15:37
06 Dekabr

Azərbaycan ilə Gürcüstan arasında təhsil və elm sahələrində əməkdaşlığın perspektivləri müzakirə olunub  

15:37
06 Dekabr

Yalçın Rəfiyev: Bakıda yeni D-8 mərkəzləri açmaq niyyətindəyik  

15:35
06 Dekabr

Azərbaycan gənclərinin COP29 təcrübəsini D-8-ə üzv ölkələrin gəncləri ilə bölüşmələrini istəyirik 

15:32
06 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!