19 May 2025 14:27
487
SİYASƏT
A- A+
Aveyron departamentində faşistlərin əsir tutub gətirdiyi yüzlərlə azərbaycanlı Fransanın azadlığı uğrunda mübarizə aparıb  

Aveyron departamentində faşistlərin əsir tutub gətirdiyi yüzlərlə azərbaycanlı Fransanın azadlığı uğrunda mübarizə aparıb  


Azərbaycanın Fransadakı Səfirliyi artıq bir neçə ildir ki, Avropada, xüsusilə də, Fransada fransızlarla birlikdə faşistlərə qarşı mübarizə aparmış azərbaycanlı əsgərlərin taleyi ilə bağlı araşdırma aparır. Fransanın azadlığı uğrunda mübarizə aparmış Əhmədiyyə Cəbrayılov kimi bir çox əfsanəvi qəhrəmanlarımız haqqında məlumatlar geniş ictimaiyyətə məlumdur. Ancaq belə qəhrəmanlarımızın sayı bildiyimizdən də çoxdur, minlərlədir.

Bu fikirləri Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva AZƏRTAC-a müsahibəsində deyib. Bildirib ki, səfirliyin nümayəndələri Fransanın Aveyron departamentinin Rodez şəhərindədir. Rodez uğrunda yüzlərlə azərbaycanlı əsgər Müqavimət Hərəkatı sıralarında faşistlərə qarşı mübarizə aparıb: ”1944-cü il avqustun 17-də alman faşistləri tərəfindən 30 azərbaycanlının güllələndiyi yerdəyik. Əslində, onlar 31 nəfər olublar, ancaq bir nəfər qaçıb özünü qurtara bilib. Fransız tarixçi, eləcə də İkinci Dünya müharibəsində Fransa uğrunda həlak olanların (fransızlar, eləcə də digər ölkələrdən olan insanlar) xatirəsini ehtiramla yad etmək üçün yaradılmış “Souvenir Français” təşkilatının Rodez şəhəri üzrə komitəsinin prezidenti Vensan Bezombun arxiv araşdırmaları nəticəsində məlum olur ki, avqustun 17-də güllələnmiş 30 nəfərlə bərabər, ertəsi gün güllələnmiş 2 azərbaycanlının da qəbri burda aşkarlanıb. V.Bezobun araşdırmalarından o da məlum olur ki, Aveyron departamentində faşistlərin əsir tutub gətirdiyi 1200 azərbaycanlı bu departamentin azadlığı uğrunda mübarizə aparıblar”.

Leyla Abdullayeva deyib ki, belə araşdırmaların, xüsusilə də, Fransa arxivlərində və fransız tarixçiləri tərəfindən davam etdirilməsi çox vacibdir: ”Azərbaycanlı qəhrəmanların öz Vətənlərindən uzaqlarda, Fransa kimi bir ölkədə, bu ölkənin azadlığı uğrunda faşizmə qarşı mübarizə aparmasının öyrənilməsi və gələcək nəsillərə aşılanması və ötürülməsi çox önəmlidir. Bir azərbaycanlı kimi hər birimizin borcudur”.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

“ChatGPT” daha da təkmilləşir  

13:51
19 Dekabr

Mədəni sərvətlərin korlanmasına görə cərimələr artırılır  

13:49
19 Dekabr

ABŞ-də fəaliyyət göstərən Hyuston-Bakı Qardaşlaşmış Şəhərlər Assosiasiyasının və Azərbaycan Mərkəzinin rəhbəri İradə Axundovadan  

13:48
19 Dekabr

ABŞ-də fəaliyyət göstərən Yuta Azərbaycan Dostluq Təşkilatının rəhbəri Əsmər Gəraydan  

13:47
19 Dekabr

Rusiyanın “Komsomolskaya pravda” media qrupunun baş redaktoru və baş direktoru Olesya Nosovadan  

13:45
19 Dekabr

Türk Dövlətləri Parlament Assambleyasının Baş katibi Ramil Həsəndən  

13:44
19 Dekabr

Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasının sədri Valentina Matviyenkodan  

13:42
19 Dekabr

Qazaxıstan Respublikasının birinci Prezidenti Nursultan Nazarbayevdən  

13:41
19 Dekabr

Rusiya Federasiyası Hökumətinin Sədri Mixail Mişustindən  

13:39
19 Dekabr

Ukraynanın Prezidenti Volodimir Zelenskidən  

13:37
19 Dekabr

Türkmənistanın Prezidenti Sərdar Berdiməhəmmədovdan

13:36
19 Dekabr

Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenkodan  

13:35
19 Dekabr

Vüqar Qurbanov: Cərrahi əməliyyatlar və prosedurlar üzrə 342 min 195 əməliyyat icra edilib

13:34
19 Dekabr

Bolqarıstan Respublikasının Prezidenti Rumen Radevdən  

13:32
19 Dekabr

Amnistiya təşəbbüsü uzunmüddətli dövlətçilik strategiyasının tərkib hissəsidir ŞƏRH  

13:31
19 Dekabr

Çin Xalq Respublikasının Sədri Si Cinpindən  

13:30
19 Dekabr

Milli Məclis “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında qərar layihəsini təsdiqləyib  

13:28
19 Dekabr

Tyerri Mariani: Avropa Parlamenti Azərbaycan və Ermənistan liderlərinin cəsarətli səylərini dəstəkləməlidir  

13:26
19 Dekabr

FETÖ liderinin qardaşı oğlu İstanbulda saxlanılıb  

13:26
19 Dekabr

“Əmək bazarı” işçi qrupu növbəti iclasını keçirib  

12:41
19 Dekabr

Milli Məclis Avropa Parlamentinin qətnaməsi ilə bağlı bəyanat qəbul edib

12:39
19 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!