21 Sentyabr 2023 23:53
1254
PARLAMENT
A- A+
Asiya Parlament Assambleyasının Sosial və mədəni məsələlər üzrə daimi komitəsinin iclası olub

Asiya Parlament Assambleyasının Sosial və mədəni məsələlər üzrə daimi komitəsinin iclası olub

 

Sentyabrın 21-də Bakıda Asiya Parlament Assambleyasının (APA) Sosial və mədəni məsələlər üzrə daimi komitəsinin iclası keçirilib.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, Milli Məclisin inzibati binasında parlamentin Sədri Sahibə Qafarovanın iştirakı ilə keçirilən tədbirin açılış mərasimindən sonra komitə öz iclasına başlayıb.
APA-nın baş katibi Muhammed Reza Məcidi əvvəlcə iclasın gündəliyini təqdim edib. Gündəliyin təsdiqindən sonra toplantının Bürosu seçilib. Azərbaycanın APA-dakı nümayəndə heyətinin rəhbəri, Assambleyanın Sosial və mədəni məsələlər üzrə daimi komitəsinin sədri Qənirə Paşayeva büronun sədri seçilib.
Sonra iclas Qənirə Paşayevanın moderatorluğu ilə davam edib. O, giriş sözü ilə çıxış edib.
APA-nın və onun müvafiq komitəsinin ilk dəfə Azərbaycanda keçirilən iclasının iştirakçılarını salamlamaqdan məmnunluğunu ifadə edən Qənirə Paşayeva ölkəmizin tarixindən, mövcud vəziyyətindən, Ermənistanın 30 illik işğalının acı nəticələrindən söz açaraq işğaldan azad edilmiş ərazilərdə aparılan genişmiqyaslı bərpa və quruculuq işlərindən danışıb, Azərbaycanın Avropa ilə Asiyanın arasına yalnız coğrafi deyil, həm də mədəni-mənəvi körpü funksiyasına malik ölkə olduğunu vurğulayıb. O, Azərbaycanın APA ilə əməkdaşlığa böyük əhəmiyyət verdiyini bildirərək, təşkilatın Asiya dövlətləri qarşısında duran ümumi problemlərin həllində əhəmiyyətli rolundan danışıb, bu komitənin Bakıdakı iclasında  qəbul olunacaq qərarların Asiya coğrafiyasında bəşəri maraqlara, ortaq dəyərlərə xidmət edəcəyinə inamını ifadə edib.
Asiya Parlament Assambleyasının Baş katibi Muhammed Reza Məcidi komitənin fəaliyyəti və iclasda baxılacaq qətnamə layihələri barədə məlumat verib, həmçinin APA-nın fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı fikirlərini açıqlayıb.
Baş katibin müavini Kia Tabatabaye gündəlikdəki "Asiyada qadın parlamentarilərin vəziyyəti" məsələsi ilə bağlı məlumat verərək təşkilatın üzvlərini bu məsələ ilə bağlı fikirlərini açıqlamağa dəvət edib.
Tədbirin davamında qətnamə layihələri nəzərdən keçirilib, layihələrə üzv dövlətlərin təqdim etdiyi düzəlişlərə baxılıb.
Eyni zamanda Azərbaycan nümayəndə heyətinin təşəbbüskarı və müəllifi olduğu "Qadınlar üzrə Komissiya haqqında" qətnamə  layihəsi barədə Azərbaycanın APA-dakı nümayəndə heyətinin rəhbəri Qənirə Paşayeva məlumat verib. O, komissiyanın yaradılmasının önəmini vurğulayıb və bildirib ki, yeni  struktur real olaraq təşkilatın fəaliyyətini canlandıracaq, effektivliyini artıracaq, Asiya ölkələrində qadınlara qarşı ayrı-seçkiliyin aradan qaldırılmasına əhəmiyyətli töhfə verəcək.
İclasda nümayəndə heyətlərinin rəhbərləri, üzvləri və digər iştirakçılar çıxış ediblər, tədbirin yüksək səviyyədə təşkilinə və qonaqpərvərliyə görə Azərbaycana və onun parlamentinə  təşəkkür ediblər. Çıxışçılar gündəlikdəki məsələlərlə bağlı fikirlərini bildiriblər, rəy və təkliflərini səsləndiriblər.
Daimi komitə müzakirə olunan məsələlərlə bağlı müvafiq qərarlar qəbul edib, o cümlədən Azərbaycanın irəli sürdüyü "Qadınlar üzrə Komissiya haqqında" qətnamə  layihəsini təsdiqləyib.
İclasda Milli Məclisin deputatları, Asiya Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin üzvləri Aydın Hüseynov, İlham Məmmədov, Anar Məmmədov, üzv ölkələrin nümayəndə heyətləri və digər rəsmi şəxslər iştirak ediblər.

"Azərbaycan"
 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

"Dövlət qulluğu haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

01:44
20 Dekabr

"Dövlət qulluğu haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2025-ci il 9 dekabr tarixli 305-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında

01:44
20 Dekabr

Abşeron rayonu ərazisində avtomobil yollarının əsaslı təmiri ilə bağlı əlavə tədbirlər haqqında

01:42
20 Dekabr

“Azərbaycan Respublikasında ixrac-idxal əməliyyatları üzrə gömrük rüsumlarının dərəcələri haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 22 aprel tarixli 91 nömrəli Qərarında dəyişiklik edilməsi barədə

01:37
20 Dekabr

Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Xarici texniki kəşfiyyata qarşı fəaliyyətə dair məlumat sisteminin istismarının təşkili Qaydaları”nın və “Xarici texniki kəşfiyyata qarşı fəaliyyətə dair məlumat sistemi daxilində dövlət orqanlarının informasiya resurslarından istifadəyə buraxılış dərəcəsi”nin təsdiq edilməsi barədə” 2020-ci iI 29 yanvar tarixli 22 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında

01:34
20 Dekabr

“Dövlət qulluqçularının reyestrinin aparılması ilə əlaqədar bir sıra məsələlərin tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 17 may tarixli 395 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi barədə

01:33
20 Dekabr

“Polis əməkdaşlarının sosial müdafiəsini gücləndirmək və polis orqanlarının maddi-texniki bazasını möhkəmləndirmək məqsədilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin xəzinə hesabına köçürülən vəsaitdən istifadə Qaydası”nın təsdiq edilməsi haqqında

01:32
20 Dekabr

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 28 yanvar tarixli 26 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qanın, qan komponentlərinin tədarükü, emalı, saxlanması və bölüşdürülməsi ilə məşğul olan qan xidməti müəssisələrinin (qan banklarının) Siyahısı”nda dəyişiklik edilməsi haqqında

01:28
20 Dekabr

“Azərbaycan”, “Xalq qəzeti”, “Respublika” və “Bakinski raboçi” qəzeti redaksiyalarına maliyyə yardımı barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 30 dekabr tarixli 215 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında

01:26
20 Dekabr

Nizami Kino Mərkəzində “The Oligarch’s Design” sənədli filminin nümayişi olub  

21:58
19 Dekabr

Azərbaycan–ABŞ Strateji Tərəfdaşlıq Xartiyası üzrə Strateji İşçi Qrupunun ilk iclası keçirilib  

21:29
19 Dekabr

Rubio: Rusiya-Ukrayna üzrə danışıqlarda irəliləyiş əldə olunub  

21:13
19 Dekabr

Marko Rubio Ermənistan-Azərbaycan münaqişəsinin həllində ABŞ-ın iştirakından danışıb  

21:09
19 Dekabr

Avropa Parlamenti sülh prosesinə zərbə vurmağa çalışır

21:04
19 Dekabr

Ermənistan vətəndaşlarının məhkəməsi təqsirləndirilən şəxslərin son söz çıxışları ilə davam etdirilib  

20:47
19 Dekabr

Ali Məclisin 2025-ci il payız sessiyasının növbəti iclası keçirilib  

20:36
19 Dekabr

Türk Ədliyyə Təlim Şəbəkəsinə üzv ölkələrin nümayəndələri ilə Baş Prokurorluqda görüş keçirilib  

20:12
19 Dekabr

Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılıb  

19:49
19 Dekabr

Səhiyyə Nazirliyində beynəlxalq aləmdə yüksək nüfuza malik olan tibb mütəxəssisləri ilə görüş keçirilib  

19:41
19 Dekabr

Milli Məclisdə “İxtisaslı kadr hazırlığı aqrar sektorun inkişafının əsasıdır” mövzusunda ictimai dinləmə keçirilib  

19:31
19 Dekabr

Ali məktəblərə qəbul və buraxılış imtahanlarında iştirak etmək üçün texniki vasitələr hazırlayan və satan təqsirləndirilən şəxslər barədə ibtidai istintaq tamamlanıb  

19:26
19 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!