“ASAN xidmət” Salyanda da göstəriləcək
Uzun illərdən bəri həsrətində olduğumuz Qarabağın və Şərqi Zəngəzurun hər yerində böyük tikinti-quruculuq işləri gedir. Yollar, tunellər çəkilir, körpülər, “ağıllı” kənd və şəhərlər salınır, hava limanları, elektrik stansiyaları, mühüm əhəmiyyətli obyektlər tikilir, bir sözlə, dağıdılmış, viran edilmiş ərazilərimizə təzə nəfəs, can verilir.
Bütün bunlarla bərabər, Regionların sosial-iqtisadi inkişafı 4-cü Dövlət Proqramında nəzərdə tutulmuş layihələr də uğurla davam etdirilir. Bu isə ölkəmizin durmadan artan iqtisadi gücünün nəticəsidir. Belə layihələrdən biri Salyan şəhərində - Kür çayının sahilində inşa edilən “ASAN xidmət”in binasıdır.
Olimpiya İdman Kompleksi ilə yanaşı tikilən bu bina təyinatından əlavə, əraziyə xüsusi gözəllik qatacaqdır. “ASAN xidmət”in fəaliyyətinə gəldikdə isə o, Azərbaycanın brendlərindən biri kimi şöhrət tapmışdır. Vətəndaşlar onun süründürməçilikdən uzaq, operativ, təmənnasız xidmətindən razılıq edirlər. Təsadüfi deyil ki, bir sıra ölkələr bu qurumun fəaliyyətini yüksək dəyərləndirərək özlərində də tətbiq etmək arzusunda olduqlarını bildirmişlər.
Salyanda inşa olunan “ASAN xidmət”in tikintisində indi qızğın iş gedir. Dördmərtəbəli binanın mərtəbələrində blokla arakəsmə işləri aparılır, həyətində fəvvarə quraşdırılır. Obyektin həyətinə daxil olarkən buradakı səliqə-sahman diqqət çəkir. Tikinti materialları səliqə ilə ayrı-ayrı yerlərə yığılıb, daşınıb gətirilən torpaq yayılaraq həyətdə relyef bərabərliyi yaradıb. Bir azdan buraya müxtəlif növ dekorativ ağaclar əkiləcək, yaşıllıqlar salınacaq.
Tikintidə işlərin gedişinə nəzarət edən Elvin Məmmədlidən öyrəndik ki, obyektin layihəsi “M.D.M.” MMC, podratçısı isə “DİADEM” QSC-dir. Hazırda tikintidə təxminən 30 nəfər çalışır. Bənnalardan Kamal Həsənov, Mahmud Sadıqov, qəlibçi Emin Şahbazov, fəhlələrdən Fuad Nuriyev və başqaları işin kəmiyyəti ilə yanaşı, keyfiyyətinə də xüsusi diqqət yetirirlər.
Seyran CAVADOV,
“Azərbaycan”
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Mahmud Abbas yeni hökumətin tərkibini təsdiqləyib
28 Mart
ABF rəsmisi: "Böyük İpək Yolu" turnirinin Bakıda keçirilməsi boksun ölkəmizdə inkişafının təzahürüdü...
28 Mart
Manə Mollayeva : Xallar əldə etmək üçün vuruşacağıq
28 Mart
Yekun qərar qəbul edilməyib - Emin Ağalarov
28 Mart
Əcnəbi tələbələr Quba Soyqırımı Memorial Kompleksini ziyarət ediblər
28 Mart
Gürcüstan iqlim dəyişikliyi ilə mübarizəyə 3,7 milyard lari xərcləyəcək
28 Mart
Biz unutmuruq, tarix də unutmasın...
28 Mart
Taksilərin texniki göstəriciləri, daxili və xarici tərtibatına dair tələblər təsdiqlənib ...
28 Mart
BMT-nin İnkişaf Proqramı ilə gələcək əməkdaşlığa dair fikir mübadiləsi aparılıb
28 Mart
Dövlət orqanlarında vakant inzibati vəzifələrin tutulması məqsədilə daxili müsahibə elan edilir ...
28 Mart
DİQQƏT ÇƏKƏNLƏR
Bütöv Azərbaycanın Zəfər tonqalı20 Mart 2024
Parçalanmış dünyanın bərpasına töhfə19 Mart 2024
QHT-lərin maliyyə tələbi Agentliyin illik qrant büdcəsindən 4 dəfə çoxdur - MÜSAHİBƏ18 Mart 2024
Prezident İlham Əliyev və NATO-nun Baş katibi Yens Stoltenberq mətbuata bəyanatla çıxış ediblər YE...17 Mart 2024
Fransa növbəti dəfə ifşa olundu16 Mart 2024
ÇOX OXUNANLAR
Xoş niyyətlər bayramı20 Mart 2024
Azərbaycan Qafqazda sülhü də bərqərar edəcək19 Mart 2024
Prezident İlham Əliyev Xankəndi şəhərində Novruz tonqalını alovlandırıb və Azərbaycan xalqını bayram...18 Mart 2024
Natəvanın heykəlinə qarşı vandalizm Fransa tarixinin utancverici hadisəsidir17 Mart 2024
Bakı Forumunda Azərbaycanın COP29-a evsahibliyi etməsi dəstəkləndi16 Mart 2024
Hücum diplomatiyasından hücum taktikasına14 Mart 2024
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!