12 Avqust 2025 08:55
5036
Elm və texnika
A- A+
Arzu məqsədə çevriləndə

Arzu məqsədə çevriləndə


Hər uğur yeni bir uğura körpü olmalıdır. Yoxsa inkişaf etmək, qarşına qoyduğun məqsədə çatmaq mümkün deyil. Gənc tədqiqatçı Edqar Şahbazov da qazandığı bütün uğurlara belə çatır. 

Bəlkə də uğurlarının əsas səbəbi seçdiyi sahəni daha dərindən öyrənməyə tükənməz marağıdır. "Mən ümumən biokimyanı xilas yolu kimi görürəm. Miqyasından asılı olmayaraq, istənilən problemi onunla həll etmək mümkündür"  deyir.

Edqar Şahbazov 2002-ci il aprelin 9-da Qusar rayonunda dünyaya gəlib. Orta təhsilini Qusar şəhər Bəhruz Ağaverdiyev adına 1 saylı tam orta məktəbdə alıb. Oxuyub öyrənməyə kiçik yaşlarından maraq göstərib. Dərs əlaçısı olub. Ancaq onun öyrənmək marağı orta məktəb dərslikləri ilə məhdudlaşmayıb. 

Uşaqlıq illərindən valideynləri ona çoxlu kitab alıblar. Müxtəlif mövzulardan, hər sahədən bəhs edən həmin kitabları böyük həvəslə mütaliə edən Edqar deyir ki, bəlkə də bu, onda ümumi dünyagörüşü formalaşdırıb. Atası Cavanşir Şahbazov fərdi sahibkar, anası Olqa Şahbazova isə dilçidir. Edqara ingilis və rus dillərini anası öyrədib. Onlar elmə və istedadlı insanlara son dərəcə hörmət, ehtiram bəsləyən insanlardır. Edqarın təhsilə, elmə istiqamətlənməsində ailəsinin böyük rolu olub. Valideynləri onun yüksək səviyyədə təhsil alması üçün əllərindən gələni əsirgəməyiblər. Edqar Şahbazova ən böyük mənəvi dəstəyi də uşaqlıq illərindən ata-anası verib.

Təhsil aldığı orta məktəbin seçilən şagirdlərindən olan Edqar dərslərini yaxşı oxuması, fəallığı, ən əsası, istedadı ilə müəllimlərinin rəğbətini qazanıb. Onun uzun, mürəkkəb reaksiyaları yadda saxlamaq, böyük formulları xatırlamaq bacarığı var. Edqarın elmə marağını, istedadını görən müəllimləri onun gələcəyinə inanıblar. Edqar Şahbazov hələ orta məktəb illərindən müəllimlərinin ümidini, inamını doğrultmağa başlayıb - 2019-cu ildə Respublika kimya olimpiadasının regional turunun qalibi olması ilə...

Həmin il Qusar şəhər 1 saylı tam orta məktəbi əla qiymətlərlə bitirən Edqar arzularını reallaşdırmaq üçün paytaxta gəlib: "Uşaqlıqdan dəqiq elmlərə xüsusi marağım olub. Arzum biokimyaçı olmaq idi. Çünki elmdə idealım olan İsrailin ilk prezidenti Xaim Veysman (Chaim Weizmann) məşhur biokimyaçı idi. Bakı Dövlət Universitetinin Biologiya fakültəsində təhsil almaq mənim arzumu gerçəkləşdirmək istiqamətində ilk addımım idi".

Edqarın arzularını həyata keçirmək yolunda ilk addımları uğurlu olub. Ali məktəbdə də əla qiymətlərlə oxuyan Edqar Şahbazov Bakı Dövlət Universitetində bakalavr təhsilini 91, magistratura təhsilini 99,4 göstərici ilə başa vurub. Bu il isə fakültədə magistrlik dissertasiyası 100 balla qiymətləndirilən yeganə məzun olub.

Diplom işini antibiotiklərin biokimyası haqqında yazıb. Qarşısına qoyduğu məqsədə çatmaq üçün 2023-cü ildə İsrailin Yerusəlim  İbrani Universiteti və Bakı Dövlət Universiteti arasında beynəlxalq ikili diplom proqramına müraciət edib və arzusuna çatıb - "2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı" çərçivəsində BDU ilə İsrailin Yerusəlim İbrani Universiteti (HUÆI) arasında "Biotexnologiya" ixtisaslaşması üzrə həyata keçirilən beynəlxalq ikili diplom proqramının tələbəsi olub: "Həm Azərbaycanda, həm də İsraildə biotexnologiya və molekulyar biologiya haqqında nəzəri və təcrübi biliklər topladıqdan sonra elmi rəhbərlərim akademik İradə Hüseynova və Dr.Doron Shkolniklə bərabər, "Qarabağ-11" pambıq sortunun duza davamlılığının tənzimlənməsində kalsium ionlarının rolunu araşdırmağı qərara aldıq. Biz ilk dəfə 3 müxtəlif transkripsiya faktorunun (MYB4, NAC90, ERF027) bu prosesdə rolunu aydınlaşdırdıq. Bu işlərlə bərabər, İsraildə təhsil alarkən, neyrodegenerativ xəstəliklər xüsusi diqqətimi çəkdi və bu sahədə məşhur alimlərin işlərini araşdırmağa başladım. Və bu ilin martında axtardığım, arzusunda olduğum laboratoriyanı tapdım - Böyük Britaniyanın Mançester Universitetində Dr. Gino Poulinin və Dr. Alan Whitmarshın laboratoriyası. Təəssüf ki, Azərbaycanımızda neyrodegenerativ xəstəliklər geniş yayılıb, bu həm cəmiyyətimizə, həm də iqtisadiyyatımıza neqativ təsir göstərir. Lakin effektiv tədqiqatlar bu problemləri kökündən həll edə bilər. Buna görə də həm öz arzuma çatmaq, həm də vətənimə layiqli xidmət etmək üçün bu sahədə tədqiqat aparmağı qərara aldım. Biz İngiltərədə məhz yaşlılıqda bu prosesləri mitoxondri səviyyəsində öyrənəcəyik".

Amma Edqarın elmi uğuru təkcə bu deyil. Bakı Dövlət Universitetinin Biologiya fakültəsinin magistrantı, beynəlxalq ikili diplom proqramının iştirakçısı Edqar Şahbazov bu il dövlət proqramı çərçivəsində Böyük Britaniyanın nüfuzlu ali təhsil müəssisələrindən olan Mançester Universitetinin Tibb və sağlamlıq elmləri fakültəsinin "Molekulyar biologiya" ixtisası üzrə doktorantura proqramına qəbul olub. Gənc tədqiqatçının doktorantura mərhələsində araşdıracağı "Qocalmanın qarşısını alan RBBP5 faktorunun mitoxondrial tarazlığın qorunmasında yeni rolu"  mövzusu Mançester Universitetinin tanınmış alimləri Gino Poulin və Alan Whitmarshın elmi rəhbərliyi altında universitetin laboratoriyalarında həyata keçiriləcək.

Edqar gəncliyə xas olan coşqu ilə, ümidlə, inamla biokimya sahəsində görmək istədiyi, arzusunda olduğu məsələlərdən belə söz açır: "Gələcəkdə Azərbaycanda da böyük tədqiqat, müayinə və müalicə ilə məşğul olan biokimya mərkəzi qurmağı düşünürəm - beynəlxalq səviyyədə, bildiyimiz tədqiqat mərkəzlərindən kəskin fərqlənən bir mərkəz. Bu haqda müsahibəmdə də ekspertlərə danışmışdım".

Gələcək Edqar Şahbazov kimi vətənpərvər, istedadlı və məqsədyönlü gənclər üçün yalnız xoş xəyal deyil. Arzusunda olduğu, hədəfə çevirdiyi işləri həyata keçirmək üçün nəzərdə tutduğu zamanın özüdür. Edqar Şahbazovun fikrincə, həmin zamana istədiyin kimi çatmaq üçün hər gününü səmərəli keçirmək, yorulmaq, usanmaq bilmədən çalışmaq lazımdır.


Zöhrə FƏRƏCOVA,

"Azərbaycan" 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Quru Qoşunlarında “Konstitusiya və Suverenlik İli” ilə bağlı tədbirlər keçirilib  

19:26
15 Dekabr

Ali Məclisin payız sessiyasının növbəti iclası keçirilib  

19:24
15 Dekabr

Baş prokuror Qətərdə işgüzar səfərdədir  

19:21
15 Dekabr

ADSEA abonentlərə müraciət edib  

19:20
15 Dekabr

Cəlilabadda vətəndaşların daşınmaz əmlakla bağlı müraciətlərinə baxılıb  

19:10
15 Dekabr

Nizami Gəncəvi Beynəlxalq Mərkəzi BMT Sivilizasiyalar Alyansının 11-ci Qlobal Forumuna tərəfdaşlıq edib  

18:26
15 Dekabr

Suveren yaşıl istiqrazlar üzrə İşçi Qrupun ilk iclası keçirilib  

18:23
15 Dekabr

UNESCO-nun mənzil-qərargahında memar Əcəmi Naxçıvaninin 900 illiyinə həsr edilmiş sərgi açılıb  

18:16
15 Dekabr

Hakan Fidan: Türkiyə vasitəçilik sahəsində dünya liderləri sırasındadır  

18:11
15 Dekabr

Azərbaycanda pambıq yığımı yekunlaşır, sahələrdən 356 min tona yaxın xam pambıq yığılıb  

17:43
15 Dekabr

"Sualtı Hücum Dəniz Xüsusi Təyinatlısı" kursunun buraxılış mərasimi keçirilib  

17:41
15 Dekabr

Agentliyin əməkdaşları qan verdilər  

17:35
15 Dekabr

Ukrayna ilə bağlı sülh planı ətrafında nə baş verir?

17:26
15 Dekabr

İdmanımızın yeni ulduzu

17:25
15 Dekabr

Xalq yazıçısı Elmira Axundovanın Ulu Öndərə həsr olunmuş “Sizin aranızda ən böyük dissident mən idim” adlı ikicildlik kitabının təqdimatı keçirilib  

17:16
15 Dekabr

Dövlət Gömrük Komitəsinin sədri Zaqatalada vətəndaşlarla görüşüb  

17:07
15 Dekabr

“Azəriqaz”: 5 kənd və 11 massiv qazın verilməsi ərəfəsindədir 

17:06
15 Dekabr

Azərbaycanda bu il İKT sektorunda göstərilmiş xidmətlərin ümumi dəyəri 8,1 faiz artıb  

17:02
15 Dekabr

Misli Premyer Liqasında XV turun növbəti oyunu keçirilib  

16:44
15 Dekabr

Şəxsiyyət vəsiqəsi, pasport, sürücülük vəsiqəsi və nəqliyyat vasitələrinin qeydiyyatı üzrə xidmətlər onlayn təqdim ediləcək  

16:42
15 Dekabr

Osman Mert: Bakıda keçirilmiş Birinci Türkoloji Qurultay türk dilçiliyinin inkişafı üçün xüsusi əhəmiyyət kəsb edib  

16:39
15 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!