21 May 2025 08:05
679
SİYASƏT
A- A+
"Araz-2025" birgə təlimi Azərbaycan-İran münasibətlərinin inkişafından xəbər verir

"Araz-2025" birgə təlimi Azərbaycan-İran münasibətlərinin inkişafından xəbər verir


Azərbaycan və İran arasında münasibətlər zaman-zaman fərqli məcralarda inkişaf edib. Azərbaycan qonşu dövlətlə münasibətlərin inkişafı üçün əlindən gələni etməyə çalışıb. Ara-sıra anlaşılmazlıqlar baş versə də, ümumiyyətlə, iki ölkə siyasi iradə nümayiş etdirərək qarşıya çıxan problemlərin həll edilməsi üçün müvafiq işlərin görülməsini təmin etməyə çalışıb. 

Milli Məclisin deputatı Vüqar İskəndərov bununla bağlı qəzetimizə açıqlamasında bildirib ki, İran Prezidenti Məsud Pezeşkianın Azərbaycana rəsmi səfəri çərçivəsində imzalanan sənədlər, verilən bəyanatlar hər iki tərəfin xoş qonşuluq niyyətində, münasibətlərin bütün sahələrdə tənzimlənməsində maraqlı olduğunu deməyə əsas verir: "Azərbaycanla bağlı həm ikitərəfli, həm də çoxtərəfli platformalarda bir-birini dəstəkləmək, regional məsələlərdə qarşılıqlı faydalı əməkdaşlıq çərçivəsində birgə fəaliyyət üçün yol xəritəsi cızıblar. Bu sevindirici haldır. İmzalanan sənədlər bir çox sahələri əhatə edir. Bunlardan biri də hərbi-texniki, müdafiə sənayesi sahəsidir". 

Deputat vurğulayıb ki, Azərbaycan-İran hərbçiləri arasında həyata keçirilən "Araz-2025" hərbi təlimini daha da maraqlı edən işğaldan azad edilmiş ərazilərdə keçirilməsidir. Azərbaycan-İran hərbi əməkdaşlığının dərinləşdirilməsində birgə təlimin əhəmiyyəti çox böyükdür. Tədbirdə çıxış edənlər də iki ölkə arasında hərbi əməkdaşlığın faydalı olmasından söz açaraq, təlimin əhəmiyyətini qeyd ediblər. Bildirilib ki, bu təlim iki ölkənin silahlı qüvvələri arasında qarşılıqlı etimadın yaranmasına xidmət edir. Bu, çox vacib məsələdir. 

V.İskəndərovun fikrincə, iki ölkə arasında hərbi sahədə münasibətlərin formalaşması, inkişafı həm qarşılıqlı faydalı əməkdaşlıq, həm də region üçün çox vacibdir: "Hazırda Azərbaycan və İran hərbçilərinin təlimdə iştirakı bir çox məsələləri özündə ehtiva edir. Bu təlim hərbi məsələləri əhatə etməklə bərabər siyasi hədəflərini də biruzə verməkdədir. Təlimlərin Azərbaycanın işğaldan azad olunmuş ərazilərində keçirilməsi İran dövlətinin ölkəmizlə münasibətlərə daha çox önəm verdiyini göstərir. İran Prezidentinin Azərbaycanda olarkən Qarabağdakı zəfərimizi qeyd etməsi, siyasi mövqeyini bildirməsi bu təlimlərlə də özünü göstərir". 

V.İskəndərov qeyd edib ki, bütün bunlar imzalanmış sənədlər, verilən bəyanatların işləməsi deməkdir. Təbii ki, bu, məmnunluq doğurur. Azərbaycan və İran hərbçilərinin "Araz-2025" birgə təliminin iki qonşu ölkə arasında bütün sahələrdə gələcək inkişafa böyük stimul verəcəyinə inam yaradır.


Əsmər QARDAŞXANOVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

“ChatGPT” daha da təkmilləşir  

13:51
19 Dekabr

Mədəni sərvətlərin korlanmasına görə cərimələr artırılır  

13:49
19 Dekabr

ABŞ-də fəaliyyət göstərən Hyuston-Bakı Qardaşlaşmış Şəhərlər Assosiasiyasının və Azərbaycan Mərkəzinin rəhbəri İradə Axundovadan  

13:48
19 Dekabr

ABŞ-də fəaliyyət göstərən Yuta Azərbaycan Dostluq Təşkilatının rəhbəri Əsmər Gəraydan  

13:47
19 Dekabr

Rusiyanın “Komsomolskaya pravda” media qrupunun baş redaktoru və baş direktoru Olesya Nosovadan  

13:45
19 Dekabr

Türk Dövlətləri Parlament Assambleyasının Baş katibi Ramil Həsəndən  

13:44
19 Dekabr

Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasının sədri Valentina Matviyenkodan  

13:42
19 Dekabr

Qazaxıstan Respublikasının birinci Prezidenti Nursultan Nazarbayevdən  

13:41
19 Dekabr

Rusiya Federasiyası Hökumətinin Sədri Mixail Mişustindən  

13:39
19 Dekabr

Ukraynanın Prezidenti Volodimir Zelenskidən  

13:37
19 Dekabr

Türkmənistanın Prezidenti Sərdar Berdiməhəmmədovdan

13:36
19 Dekabr

Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenkodan  

13:35
19 Dekabr

Vüqar Qurbanov: Cərrahi əməliyyatlar və prosedurlar üzrə 342 min 195 əməliyyat icra edilib

13:34
19 Dekabr

Bolqarıstan Respublikasının Prezidenti Rumen Radevdən  

13:32
19 Dekabr

Amnistiya təşəbbüsü uzunmüddətli dövlətçilik strategiyasının tərkib hissəsidir ŞƏRH  

13:31
19 Dekabr

Çin Xalq Respublikasının Sədri Si Cinpindən  

13:30
19 Dekabr

Milli Məclis “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında qərar layihəsini təsdiqləyib  

13:28
19 Dekabr

Tyerri Mariani: Avropa Parlamenti Azərbaycan və Ermənistan liderlərinin cəsarətli səylərini dəstəkləməlidir  

13:26
19 Dekabr

FETÖ liderinin qardaşı oğlu İstanbulda saxlanılıb  

13:26
19 Dekabr

“Əmək bazarı” işçi qrupu növbəti iclasını keçirib  

12:41
19 Dekabr

Milli Məclis Avropa Parlamentinin qətnaməsi ilə bağlı bəyanat qəbul edib

12:39
19 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!