15 Aprel 2025 00:50
1302
Fərmanlar
A- A+
Aqroparkların fəaliyyətinin təşkili, idarə olunması və inkişafı sahəsində əlavə tədbirlər və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında və Sərəncamında dəyişiklik edilməsi haqqında

Aqroparkların fəaliyyətinin təşkili, idarə olunması və inkişafı sahəsində əlavə tədbirlər və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında və Sərəncamında dəyişiklik edilməsi haqqında


Azərbaycan Respublikası Prezidentinin Fərmanı


Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Dövlət tərəfindən aqroparkların yaradılması və aqroparkların fəaliyyətinin tənzimlənməsi ilə bağlı tədbirləri həyata keçirmək səlahiyyəti Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinə həvalə edilsin.

2. Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi:

2.1. Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 21 dekabr tarixli 1505 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Aqroparklar haqqında Nümunəvi Əsasnamə"nin 3.7-ci bəndinin ikinci cümləsində, 4.3-cü bəndinin üçüncü cümləsində, 5.1.6-cı, 6.1.10-cu, 8.6.6-cı yarımbəndlərində və 8.8-ci bəndində nəzərdə tutulmuş aktları altı ay müddətində qəbul etsin;

2.2. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

3. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi bu Fərmandan irəli gələn məsələlərin həlli üçün zəruri tədbirlər görsün.

4. Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 20 aprel tarixli 226 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, № 4, maddə 301 (Cild I); 2024, № 4, maddə 393, № 5 (I kitab), maddə 529, № 12 (II kitab), maddə 1359) ilə təsdiq edilmiş Əlavə 1 - "Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi haqqında Əsasnamə"nin 2-ci hissəsinə, 10.1-ci, 10.4-cü və 11.1-ci bəndlərinə "göstərilməsi," sözündən sonra "aqroparklar və" sözləri əlavə edilsin.

5. "Reklam haqqında" Azərbaycan Respublikasının 2015-ci il 15 may tarixli 1281-IVQ nömrəli Qanununun tətbiqi və "Reklam haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 24 noyabr tarixli 644 nömrəli Fərmanının ləğvi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 14 iyul tarixli 554 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015, № 7, maddə 822 (Cild I); 2024, № 6 (I kitab), maddə 661) 2.1-1-ci bəndində "aqroparklara münasibətdə isə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi" sözləri "Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən Yevlax rayonunda yaradılmış aqroparka münasibətdə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi, digər aqroparklara münasibətdə isə Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi" sözləri ilə əvəz edilsin.

6. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 26 iyun tarixli 148 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 6, maddə 1238 (Cild I); 2024, № 3, maddə 262, № 5 (I kitab), maddə 515, № 7, maddə 809, № 8, maddələr 943, 948, № 11, maddə 1199, № 12 (II kitab), maddə 1364; Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 11 mart tarixli 348 nömrəli Fərmanı) ilə təsdiq edilmiş "Kiçik və orta biznes evlərində mikro, kiçik və orta sahibkarlıq subyektlərinə göstərilən xidmətlərin siyahısı"nda aşağıdakı dəyişikliklər edilsin:

6.1. 4-cü hissənin "Göstərdiyi xidmətlər" sütununun 2-ci bəndinin üçüncü abzasına "məhəlləsinin və" sözlərindən sonra "Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən Yevlax rayonunda yaradılmış" sözləri əlavə edilsin;

6.2. 9-cu hissənin "Göstərdiyi xidmətlər" sütununa aşağıdakı məzmunda 4-cü bənd əlavə edilsin:

"4."Aqrar Tədqiqatlar Mərkəzi" publik hüquqi şəxs tərəfindən aqroparkın (Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən Yevlax rayonunda yaradılmış aqropark istisna olmaqla) rezidentinin qeydiyyat şəhadətnaməsinin verilməsi".

7. "Sənaye parklarının, sənaye məhəllələrinin və aqroparkların idarə edilməsinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında"Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 22 yanvar tarixli 1257 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021, № 1, maddə 27 (Cild I) 2.1-ci bəndində "aqroparkların" sözü "Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən Yevlax rayonunda yaradılmış aqroparkın" sözləri ilə əvəz edilsin.

8. "Aqroparklar haqqında Nümunəvi Əsasnamə"nin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 21 dekabr tarixli 1505 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021, № 12, maddə 1370 (Cild I); Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 3 fevral tarixli 317 nömrəli Fərmanı) aşağıdakı dəyişikliklər edilsin:

8.1. 2-ci hissə aşağıdakı redaksiyada verilsin:

"2. Müəyyən edilsin ki:

2.1. bu Fərmanın 1-ci hissəsi ilə təsdiq edilmiş "Aqroparklar haqqında Nümunəvi Əsasnamə"də "səlahiyyətli orqan" dedikdə Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi, "idarəedici təşkilat" dedikdə (Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən Yevlax rayonunda yaradılmış aqropark istisna olmaqla) Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində "Aqrar Tədqiqatlar Mərkəzi" publik hüquqi şəxs nəzərdə tutulur;

2.2. bu Fərmanın 1-ci hissəsi ilə təsdiq edilmiş"Aqroparklar haqqında Nümunəvi Əsasnamə"də nəzərdə tutulmuş idarəedici təşkilatın vəzifələrini və hüquqlarını Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən Yevlax rayonunda yaradılmış aqroparka münasibətdə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin tabeliyində İqtisadi Zonaların İnkişafı Agentliyi həyata keçirir.";

8.2. 3.2-ci bənd ləğv edilsin; 

8.3. həmin Fərmanla təsdiq edilmiş "Aqroparklar haqqında Nümunəvi Əsasnamə"nin 5.1.3-cü yarımbəndi ləğv edilsin.

9. Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 21 dekabr tarixli 1506 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021, № 12, maddə 1371 (Cild I); 2024, № 6 (I kitab), maddə 665) ilə təsdiq edilmiş "İqtisadi Zonaların İnkişafı Agentliyinin Nizamnaməsi"ndə aşağıdakı dəyişikliklər edilsin: 

9.1. 1.1-ci bənddə "aqroparkların" sözü "Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən Yevlax rayonunda yaradılmış aqroparkın" sözləri ilə əvəz edilsin;

9.2. 2.1.2-ci yarımbənddə "və yeni iqtisadi zonaların" sözləri ", həmçinin yeni sənaye parklarının və sənaye məhəllələrinin" sözləri ilə əvəz edilsin;

9.3. 3-cü hissə üzrə:

9.3.1.  3.1.2-ci və 3.1.3-cü yarımbəndlərdə "iqtisadi zonaların" sözləri "sənaye parklarının və sənaye məhəllələrinin" sözləri ilə əvəz edilsin;

9.3.2.  3.1.7-ci yarımbənddə "aqroparkların" sözü "Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən Yevlax rayonunda yaradılmış aqroparkın" sözləri ilə əvəz edilsin və həmin yarımbənddən ", özəl aqroparkın əsasnamə layihəsinə rəy vermək" sözləri çıxarılsın;

9.3.3.  3.2.6-cı yarımbənddə "dövlət tərəfindən yaradılan aqroparklarda" sözləri "Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən Yevlax rayonunda yaradılmış aqroparkda" sözləri ilə, "dövlət tərəfindən yaradılan aqroparkın" sözləri "Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən Yevlax rayonunda yaradılmış aqroparkın" sözləri ilə əvəz edilsin;

9.3.4.  3.2.8-ci yarımbənddə "dövlət tərəfindən yaradılan aqroparklarda" sözləri "Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən Yevlax rayonunda yaradılmış aqroparkda" sözləri ilə əvəz edilsin;

9.3.5. 3.2.14-cü və 3.2.15-ci yarımbəndlərdə ismin müvafiq hallarında "aqroparklar" sözü ismin müvafiq hallarında "Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən Yevlax rayonunda yaradılmış aqropark" sözləri ilə əvəz edilsin.

10. Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 16 noyabr tarixli 3587 nömrəli Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022, № 11, maddə 1297 (Cild I); 2024, № 4, maddə 400,№ 5 (I kitab), maddə 529, № 6 (I kitab), maddə 654, № 12 (II kitab), maddə 1360) ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı"nın "10. Dövlət Proqramına dair Tədbirlər Planı" hissəsində aşağıdakı dəyişikliklər edilsin:

10.1. 5.2.7-ci yarımbənd üzrə: 

10.1.1. "Tədbirin adı", "aralıq nəticələr" və "yekun nəticələr" sütunlarından "və aqroparkların" sözləri çıxarılsın;

10.1.2. "Digər icraçılar" sütunundan "KTN," akronimi çıxarılsın;

10.2. aşağıdakı məzmunda 5.2.7-1-ci yarımbənd əlavə edilsin:


5.2.7-1.

Aqroparkların fəaliyyətinin təşkili

2025‒2026

KTN

İN, AQTA

Ərazilərdə kənd təsərrüfatı istehsalı  infrastrukturunun inkişafının dəstəklənməsinə dair təkliflər hazırlanması

Ərazi planlaşdırma sənədlərinə uyğun olaraq aqroparkların yaradılması və istehsalın təşviqi


İlham Əliyev,

Azərbaycan Respublikasının Prezidenti


Bakı şəhəri,  14 aprel 2025-ci il

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Daşkənddə Mərkəzi Asiya Dövlət Başçılarının 7-ci Məşvərət Görüşündə iştirak edən dövlət başçılarının şərəfinə atəşfəşanlıq olub

23:25
15 Noyabr

Türk dünyasının diaspor nümayəndələri Almaniyada bir araya gəliblər

22:30
15 Noyabr

Türkiyəli ekspert: Ankara-Bakı ittifaqı Cənubi Qafqazda sabitliyin təminatıdır

22:27
15 Noyabr

Tramp BBC-ni məhkəməyə verəcək

19:01
15 Noyabr

Prezident İlham Əliyev Daşkənddə "Gələcəyin İrsi" Beynəlxalq Mükafatının təqdimat mərasimində iştirak edib

18:21
15 Noyabr

Prezident İlham Əliyev Daşkənddə İslam Sivilizasiyası Mərkəzi ilə tanış olub YENİLƏNİB  

18:11
15 Noyabr

Anar Quliyev: WUF13 aşağı karbonlu və dayanıqlı tikinti təcrübələrinin genişləndirilməsinə imkan yaradacaq  

18:07
15 Noyabr

Daşkənddə Azərbaycan Prezidenti İlham Əliyevin Özbəkistan Prezidenti ilə təkbətək görüşü olub YENİLƏNİB 

18:05
15 Noyabr

COP30-da Şəhərlərin iqlim fəaliyyəti üçün Bakı Davamlılıq Koalisiyasının panel müzakirələri təşkil olunub  

18:03
15 Noyabr

Nyu-York Universitetinin professoru: Kənd təsərrüfatı üçün meşələrin qırılmasının qarşısı alınmalıdır  

18:02
15 Noyabr

Sabahın hava proqnozu açıqlanıb  

17:35
15 Noyabr

Ukrayna ordusu Zaporojye vilayətinin bəzi yaşayış məntəqələrindən geri çəkilib  

17:09
15 Noyabr

Azərbaycan nümayəndə heyəti Daşkənddə keçirilən beynəlxalq konqresdə iştirak edir  

16:57
15 Noyabr

Bu ilin on ayında əlilliyi olan 117 min şəxs reabilitasiya xidmətləri ilə təmin edilib  

16:43
15 Noyabr

“Sabah” qəzeti: Ankara, Bakı və İslamabad əməkdaşlığı – Türk-İslam dünyasının yeni geosiyasi həmrəylik oxu

16:27
15 Noyabr

“S&P Global Ratings” SOCAR-ın uzunmüddətli emitent reytinqini BB səviyyəsinə yüksəldib  

16:23
15 Noyabr

Böyük Qayıdış: Ağdamın Xıdırlı kəndində daha 50 ailəyə mənzillərin açarları təqdim olunub  

16:03
15 Noyabr

Azərbaycanın artan beynəlxalq nüfuzu və Mərkəzi Asiya ilə genişlənən strateji tərəfdaşlığı  

15:56
15 Noyabr

Noyabrın 16-sı axşamdan 17-si gündüzədək hava şəraiti yağıntılı olacaq - XƏBƏRDARLIQ

15:03
15 Noyabr

Əziz Ələkbərli: Ermənistan tərəfi hələ də çağırışlarımıza cavab vermir  

14:34
15 Noyabr

Azərbaycan Prezidenti İlham Əliyev Özbəkistana səfərə gəlib

14:32
15 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!