15 Oktyabr 2014 09:10
838
Təhsil
A- A+
AMİU ilə Rusiya Federasiyasının ali məktəbləri arasında əməkdaşlıq əlaqələri yaradılır

AMİU ilə Rusiya Federasiyasının ali məktəbləri arasında əməkdaşlıq əlaqələri yaradılır

Xəbər verildiyi kimi, Bakıda Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AMİU) və Azərbaycan Memarlar İttifaqının birgə təşəbbüsü ilə memarlıq və dizayn üzrə buraxılış işlərinin XXIII Beynəlxalq baxış müsabiqəsi keçirilir.
AzərTAc xəbər verir ki, oktyabrın 15-də tədbir çərçivəsində AMİU-da Rusiya Federasiyasının ayrı-ayrı ali məktəblərinin nümayəndə heyətlərinin rəhbərləri ilə görüş olub.
Görüşdə Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru, Milli Məclisin deputatı, professor Gülçöhrə Məmmədova ulu öndər Heydər Əliyevin təhsilə xüsusi önəm verdiyini, müdrik rəhbərin siyasi xəttinin Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildirib.
Ölkəmizdə təhsilin inkişafına böyük diqqət göstərildiyini vurğulayan rektor Azərbaycan Prezidenti İlham Əliyevin məşhur “Qara qızılı insan kapitalına çevirmək” kəlamını xatırladıb.
Professor G.Məmmədova rəhbərlik etdiyi Azərbaycan Memarlıq və İnşaat Universitetinin fəaliyyətindən, beynəlxalq əlaqələrindən bəhs edib.
Görüşdən məmnun qaldıqlarını bildirən Novosibirsk Dövlət Memarlıq İnşaat Universitetinin rektoru, professor Yuri Skoluboviç, Novosibirsk Dövlət Memarlıq-İncəsənət Akademiyasının rektoru, professor Gennadi Pustovetov, Rostov Dövlət İnşaat Universitetinin nümayəndəsi Viktoriya Pişulina, Ufa Dövlət Neft Texniki Universitetinin təmsilçisi İldar Sabitov memarlıq və dizayn üzrə buraxılış işlərinin XXIII Beynəlxalq baxış müsabiqəsinin əhəmiyyətindən bəhs ediblər.
Müasir dünyada təhsilin mühüm rolunu qeyd edən qonaqlar öz ali məktəbləri barədə məlumat verib, universitetlər arasında əlaqələrin genişləndirilməsinin vacibliyini vurğulayıblar.
Sonra Azərbaycan Memarlıq və İnşaat Universiteti ilə Rusiya Federasiyasının Novosibirsk Dövlət Memarlıq İnşaat Universiteti, Novosibirsk Dövlət Memarlıq-İncəsənət Akademiyası, Rostov Dövlət İnşaat Universiteti, Ufa Dövlət Neft Texniki Universiteti, Kuban Dövlət Universiteti arasında əməkdaşlığa dair müqavilələr imzalanıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Türkiyə qırıcıları ölkənin hava məkanını pozan PUA-nı endirib  

22:32
15 Dekabr

Güləş ulduzları Xankəndidə məktəblilərlə görüşüb  

22:27
15 Dekabr

Prezident Ərdoğan: Türkiyə insan hüquqları sahəsində dünyaya dərs verib

22:06
15 Dekabr

Premyer Liqa: “Neftçi” xal itirib  

21:03
15 Dekabr

Həştərxan vilayətinin nümayəndə heyəti Qubadlıya səfər edib 

20:36
15 Dekabr

Quru Qoşunlarında “Konstitusiya və Suverenlik İli” ilə bağlı tədbirlər keçirilib  

19:26
15 Dekabr

Ali Məclisin payız sessiyasının növbəti iclası keçirilib  

19:24
15 Dekabr

Baş prokuror Qətərdə işgüzar səfərdədir  

19:21
15 Dekabr

ADSEA abonentlərə müraciət edib  

19:20
15 Dekabr

Cəlilabadda vətəndaşların daşınmaz əmlakla bağlı müraciətlərinə baxılıb  

19:10
15 Dekabr

Nizami Gəncəvi Beynəlxalq Mərkəzi BMT Sivilizasiyalar Alyansının 11-ci Qlobal Forumuna tərəfdaşlıq edib  

18:26
15 Dekabr

Suveren yaşıl istiqrazlar üzrə İşçi Qrupun ilk iclası keçirilib  

18:23
15 Dekabr

UNESCO-nun mənzil-qərargahında memar Əcəmi Naxçıvaninin 900 illiyinə həsr edilmiş sərgi açılıb  

18:16
15 Dekabr

Hakan Fidan: Türkiyə vasitəçilik sahəsində dünya liderləri sırasındadır  

18:11
15 Dekabr

Azərbaycanda pambıq yığımı yekunlaşır, sahələrdən 356 min tona yaxın xam pambıq yığılıb  

17:43
15 Dekabr

"Sualtı Hücum Dəniz Xüsusi Təyinatlısı" kursunun buraxılış mərasimi keçirilib  

17:41
15 Dekabr

Agentliyin əməkdaşları qan verdilər  

17:35
15 Dekabr

Ukrayna ilə bağlı sülh planı ətrafında nə baş verir?

17:26
15 Dekabr

İdmanımızın yeni ulduzu

17:25
15 Dekabr

Xalq yazıçısı Elmira Axundovanın Ulu Öndərə həsr olunmuş “Sizin aranızda ən böyük dissident mən idim” adlı ikicildlik kitabının təqdimatı keçirilib  

17:16
15 Dekabr

Dövlət Gömrük Komitəsinin sədri Zaqatalada vətəndaşlarla görüşüb  

17:07
15 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!