27 Fevral 2024 21:21
4333
Elm və texnika
A- A+
Akademik Akif Əlizadənin 90 illik yubileyi qeyd edilib

Akademik Akif Əlizadənin 90 illik yubileyi qeyd edilib

 

AMEA Rəyasət Heyətində Azərbaycanda geologiya elminin inkişafında mühüm xidmətləri olan görkəmli alim, akademik Akif Əlizadənin 90 illik yubileyinə həsr olunan elmi sessiya keçirilib. Mərasim iştirakçıları əvvəlcə foyedə yubilyarın elmi və elmi-təşkilati fəaliyyətini əks etdirən sərgi ilə tanış olublar.

Akademiyadan AZƏRTAC-a bildirilib ki, elmi sessiyanı açan AMEA-nın prezidenti akademik İsa Həbibbəyli yubilyarın mənalı və şərəfli həyat yolundan, elmi fəaliyyətindən danışıb. Qeyd edib ki, görkəmli alim ölkəmizdə və beynəlxalq aləmdə geologiya sahəsində elmi məktəb yaradıb, elmi yaradıcılıq fəaliyyəti ilə yüksək təşkilatçılıq işini və vətəndaşlıq missiyasını üzvi surətdə əlaqələndirməyi bacarıb.

AMEA prezidenti İsa Həbibbəyli akademik Akif Əlizadənin həyatını bütünlüklə paleontologiyaya sahəsinə həsr etdiyini bildirib. Diqqətə çatdırıb ki, Yer kürəsinin Mezozoy qatında baş verən proseslərin geopaleontoloji baxımdan tədqiqi Akif Əlizadənin çoxillik araşdırmaları ilə yeni bir dərinlik qazanıb. Alimin özünəməxsus paleontoloji metodları sayəsində geologiya ilə yanaşı, coğrafiya, zoologiya, biokimya elmlərinin kompleks tətbiqi əsasında və riyazi elementlərin cəlb edilməsi vasitəsilə Yer təkinin daha dəqiq öyrənilməsinin möhkəm elmi əsasları yaradılıb. Akademik Akif Əlizadənin əsərlərində Azərbaycan elmində ilk dəfə olaraq böyük bir coğrafiyanın geopaleontozoologiyası sistemli şəkildə tədqiq olunaraq ümumiləşdirilib. Bundan başqa, Qafqazın Azərbaycan hissəsinin geopaleontozoologiyasının elmi əsaslarla tədqiqi böyük alimin adı ilə bağlıdır.

Qeyd olunub ki, akademik Akif Əlizadənin həyatı 1957-ci ildən etibarən Elmlər Akademiyası ilə bağlıdır. O, akademik yolun bütün mərhələlərini uğurla keçib, dərin biliyi və geniş dünyagörüşü ilə laborantdan AMEA-nın prezidenti vəzifəsinədək yüksəlib. Görkəmli alim Elmlər Akademiyası sistemində ən gənc elmlər namizədi və elmlər doktoru, ən cavan institut direktoru kimi ilklərə də imza atıb. O, 48 ildir ki, Geologiya və Geofizika İnstitutuna rəhbərlik edir.

Görkəmli alimin çoxillik elmi-təşkilati fəaliyyətinin dövlətimiz tərəfindən daim yüksək qiymətləndirildiyini söyləyən akademik İsa Həbibbəyli onun “Əməkdar elm xadimi” fəxri adına, Dövlət mükafatına layiq görüldüyünü, “Şöhrət”, “Şərəf”, “İstiqlal”, I dərəcəli “Əmək” ordenləri ilə təltif edildiyini xatırladıb. O, Prezident İlham Əliyevin 2024-cü il 25 fevral tarixli Sərəncamı ilə akademik Akif Əlizadənin “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edildiyini diqqətə çatdırıb. AMEA rəhbəri bu Sərəncamın Azərbaycan elminə verilən qiymətin ifadəsi olduğunu bildirib, Azərbaycan alimləri adından elmimizə, elm adamlarına verdiyi yüksək dəyərə görə ölkə rəhbərinə təşəkkür edib.

AMEA prezidenti yüksək dövlət mükafatını - “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu”nu yubilyara təqdim edib. O, həmçinin AMEA-nın Fəxri fərmanını akademik Akif Əlizadəyə təqdim edib.

Sonra AMEA-nın vitse-prezidenti akademik İbrahim Quliyev “Akademik Akif Əlizadə - alim, novator və elm təşkilatçısı” mövzusunda məruzə ilə çıxış edib. Məruzəçi bildirib ki, akademik Akif Əlizadə ölkəmizdə elm və təhsilin inteqrasiyasına xüsusi diqqət yetirib, kadr hazırlığı sisteminin müasir standartlara uyğun təkmilləşdirilməsi, elmi tədqiqat işlərinin nəticələrinin tədris prosesində tətbiqi, multidisiplinar biliklərin tədrisi istiqamətində mühüm işlər həyata keçirib.

Tədbirdə, həmçinin Bakı Dövlət Universitetinin kafedra müdiri akademik Vasif Babazadənin “Endogen metallogeniyanın problemləri”, Neft və Qaz İnstitutunun baş direktoru akademik Fəxrəddin Qədirovun “Qafqazın müasir geodinamikasının öyrənilməsində Geologiya və Geofizika İnstitutunun Massaçusets Texnologiya İnstitutu ilə uzunillik əməkdaşlığı” və Təbiət Tarixi Muzeyinin baş direktoru Tariyel Eybatovun “Azərbaycanda paleontoloji və stratiqrafik elmi tədqiqatlar: nailiyyətlər və perspektivlər” mövzusunda məruzələri dinlənilib.

Daha sonra Milli Məclisin Səhiyyə komitəsinin sədri akademik Əhliman Əmiraslanov, “Azərbaycan İnterneşnl Mayninq Compani Limited” (AİMK) şirkətinin baş vitse-prezidenti Fərhəng Hedjazi və Azərbaycan Memarlar İttifaqının sədri Elbay Qasımzadə çıxış edərək akademik Akif Əlizadəni 90 illik yubileyi münasibətilə təbrik ediblər.

Tədbirdə, həmçinin xarici ölkələrdən görkəmli alimlərin yubilyara ünvanlanmış təbrik məktubları səsləndirilib, videotəbriklər nümayiş olunub.

Akademik Akif Əlizadə mənsub olduğu nəslin bütün sahələrdə dəstəklənməsində Ulu Öndər Heydər Əliyevin böyük diqqət və qayğısından söz açıb. Vurğulayıb ki, bu gün Ümummilli Liderin siyasi kursu Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Sonda akademik Akif Əlizadənin həyat yolunu əks etdirən “Elmə həsr olunmuş ömür” filmi nümayiş etdirilib.

Tədbirdə dövlət və hökumət rəsmiləri, Milli Məclisin deputatları, komitə və şirkətlərin, ali təhsil müəssisələrinin və beynəlxalq təşkilatların rəhbərləri, elmi ictimaiyyətin nümayəndələri iştirak ediblər.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Laçın - Müstəqil Dövlətlər Birliyinin mədəniyyət paytaxtı 

09:20
13 Oktyabr

Ağstafalılar Vətənimizin keşiyində dayanan əsgərlərə məktub ünvanlamışlar

09:15
13 Oktyabr

Şəhid Nicatın xatirəsi məzarı başında anıldı

09:10
13 Oktyabr

Susdurulan sonuncu hədəf

09:05
13 Oktyabr

Kəndlinin etibarlı çətiri

09:00
13 Oktyabr

Qəbələ Uşaq Reabilitasiya Mərkəzinin xidmətindən indiyədək 1000-dən çox azyaşlı yararlanıb

08:55
13 Oktyabr

Biləsuvarda da pambıq yığımına başlanılıb

08:50
13 Oktyabr

Neftçalanın 11 yaşayış məntəqəsinin əhalisi yol sarıdan rahatlığa çıxdı

08:45
13 Oktyabr

Şirvanda Vətən müharibəsi şəhidinin anım günü qeyd edilib

08:40
13 Oktyabr

Ağcabədinin ağ boğçası

08:35
13 Oktyabr

Azərbaycanda "yaşıl memarlıq" erası başlayır

08:30
13 Oktyabr

COP29 yaxınlaşır, təzyiqlər artır

08:25
13 Oktyabr

Haqlı və güclü olan Azərbaycandır

08:20
13 Oktyabr

Məkrli oyunların arxasında ABŞ və Fransa var

08:15
13 Oktyabr

Azərbaycana təzyiq etmək əbəsdir

08:10
13 Oktyabr

İlham ƏLİYEV: "Bizi heç kim dayandıra bilməz"

08:05
13 Oktyabr

Azərbaycan hibrid təhdidlərə qarşı savaşa başlayır

08:00
13 Oktyabr

"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" Qapalı Səhmdar Cəmiyyəti ASCO-nun tabeliyindəki idarələrə tələb olunan avtoşinlərin satın alınması məqsədilə MÜSABİQƏ ELAN EDİR

01:48
13 Oktyabr

"Böyük Dəbilqə": Azərbaycan cüdoçusu qızıl medal qazanıb

20:58
12 Oktyabr

Azərbaycan Kuboku: “Şahdağ Qusar” və "Şəfa" növbəti mərhələyə yüksəlib

20:56
12 Oktyabr

"Şuşa şəhərinin İslam memarlıq irsi" adlı simpoziumun ikinci gününə yekun vurulub

20:27
12 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!