03 May 2026 21:33
286
İQTİSADİYYAT
A- A+
“Air Serbia”nın baş direktoru: Bakı-Belqrad reysləri regional hava nəqliyyatında yeni imkanlar açır 

“Air Serbia”nın baş direktoru: Bakı-Belqrad reysləri regional hava nəqliyyatında yeni imkanlar açır 


Bakı-Belqrad birbaşa aviareysinin açılması iki ölkə arasında aviasiya sahəsində əməkdaşlığın mühüm mərhələsidir.

AZƏRTAC xəbər verir ki, bu fikri "Air Serbia" aviaşirkətinin baş direktoru Jiri Marek jurnalistlərə açıqlamasında ifadə edib.

Onun sözlərinə görə, bu marşrutun istifadəyə verilməsi uzunmüddətli hazırlıq və tərəfdaşlıq nəticəsində mümkün olub və həm sərnişin daşımaları, həm də regionlararası əlaqələrin genişlənməsi baxımından böyük əhəmiyyət daşıyır.

Jiri Marek bildirib ki, Azərbaycan tərəfi ilə, xüsusilə müvafiq aviasiya qurumları və Bakı aeroportu ilə əməkdaşlıq yüksək peşəkarlıq və səmərəli koordinasiya şəraitində həyata keçirilib. Bu isə yeni reysin uğurla icrasına şərait yaradıb. “Biz bu əməkdaşlığın başlanğıc mərhələsindəyik. Həftədə iki dəfə həyata keçirilən uçuşlar artıq yüksək maraqla qarşılanır. İlk reyslər üzrə sərnişin doluluğu gözləniləndən xeyli yüksək olub. Bu, marşrutun perspektivlərini açıq şəkildə göstərir”, – deyə şirkət rəhbəri vurğulayıb.

O əlavə edib ki, Bakı şəhəri Avropa ilə Asiya arasında mühüm tranzit nöqtəsi kimi çıxış etmək potensialına malikdir, Belqrad isə “Air Serbia”nın geniş marşrut şəbəkəsi vasitəsilə 100-dən artıq istiqamətə çıxış imkanı təqdim edir.

Baş direktor, həmçinin Azərbaycan və Serbiya arasında vizasız gediş-gəliş rejiminin turizm və biznes əlaqələrinin inkişafına əlavə stimul verdiyini qeyd edib. Onun sözlərinə görə, bu amil sərnişin axınının artmasına və əməkdaşlığın daha da genişlənməsinə şərait yaradır.

Jiri Marek sonda tərəflər arasında qurulan əməkdaşlığa görə məmnunluğunu ifadə edib və Bakı-Belqrad reyslərinin gələcəkdə daha da genişlənəcəyinə inamını bildirib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 8-ci Zirvə toplantısında videobağlantı formatında çıxış edib YENİLƏNƏCƏK

12:41
04 May

Paşinyan: “Avropa Siyasi Birliyi” Azərbaycan ilə Ermənistan arasında sülhün bərqərar olmasında mühüm rol oynayıb

12:38
04 May

Laçında arıçılıq yenidən dirçəldilir

12:34
04 May

İran Silahlı Qüvvələri: Hörmüz boğazından keçid Tehranla əlaqələndirilməlidir

12:28
04 May

İspaniya Baş nazirinin İrəvana uçan təyyarəsi Ankarada məcburi eniş edib

12:21
04 May

Birinci rübdə qlobal LNG ixracı artıb

12:14
04 May

Hirkan meşələrində bəzi heyvan növlərinin sayında artım var - Fototələlər maraqlı görüntülər qeydə alıb  

12:09
04 May

Parlamentlərarası İttifaqın Baş katibi Zəfər parkını ziyarət edib

12:01
04 May

Litvada irimiqyaslı hərbi təlim: 300-dən çox texnika cəlb olunub

11:30
04 May

“AzerGold”un qızıl və gümüş məhsulları Beynəlxalq Xalça Festivalında nümayiş olunub  

11:27
04 May

Dünya birjalarında neft bahalaşıb

11:25
04 May

Vyetnamda yaşayan azərbaycanlılarla ilk genişmiqyaslı görüş: Layihələr təqdim olunub, təkliflər səsləndirilib  

11:24
04 May

Konstitusiya Məhkəməsi Plenumunun iclasında Bakı Apellyasiya Məhkəməsinin müraciəti əsasında konstitusiya işinə baxılıb  

11:19
04 May

BDYPİ skuter istifadəçilərinə çağırış edib

11:18
04 May

Bakı Gəmiqayırma Zavodu ilə Qazaxıstan şirkəti arasında iki yük gəmisinin inşası ilə bağlı müqaviləsi imzalanıb

11:16
04 May

Nazir: Milli qanunvericilikdə aparılan islahat tədbirləri əczaçılıq sənayesinin inkişafı üçün geniş imkanlar açır 

11:15
04 May

Filippində 6 bal gücündə zəlzələ baş verib

11:05
04 May

Heydər Əliyev irsi: Şanlı Zəfərdən parlaq gələcəyə

11:00
04 May

Anjela Makeyeva: Azərbaycanın İrpenə hədiyyə etdiyi avtobuslar uşaqların istifadəsinə veriləcək  

10:58
04 May

AİB prezidenti: Dəyişən tranzit marşrutları və geosiyasi risklər Orta Dəhlizin əhəmiyyətini daha da artırır

10:40
04 May

Vətən uğrunda yazılmış əbədi bir dastana çevrilən şəhid ömrü

09:56
04 May

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!