04 Avqust 2024 09:20
458
CƏMİYYƏT
A- A+

Ağstafalı gənclər şəhid anasına dəstək olmuşlar

 

Ağstafa rayonunun Kolxəlfəli kəndindən olan 2-ci Qarabağ müharibəsi şəhidi Asif Nəsir oğlu Mədədovun anası ağstafalı gənclər tərəfindən ziyarət olunaraq, ailəyə məxsus fərdi yaşayış evində nəcib aksiya keçirmişlər.

Aksiya çərçivəsində gənclər Sona ananın mənzilində və həyətində ev, bağ işlərinə yaxından kömək göstərmiş, ağaclara və yaşıllıqlara qulluq etmişlər. Aksiya fəallarından Şəfəq Böyükkişiyeva bildirib ki, əsas məqsəd Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın ölkəmizdə şəhid ailələrinin üzvlərinə, qazilərə, müharibə iştirakçılarına göstərdikləri yüksək diqqət və qayğıya dəstək vermək,  vətəndaşlıq borclarını yerinə yetirməklə gəncləri bu cür aksiyalara cəlb etməkdir.

Şəhid anası Sona Mədətova gənclərə minnətdarlıq edərək diqqətə çatdırmışdır ki, bir oğlunun Vətən uğrunda şəhid olması və digər oğlu Məhəmməd Mədədovun Vətən müharibəsi qazisi olması ilə böyük qürur hissi keçirir. O, gənclərin bu nəcib addımını dəyərləndirmiş, şəhid ailələrinin üzvlərinə göstərilən yüksək dövlət qayğısına görə dərin minnətdarlığını bildirmişdir.

 

Sabir ƏLİYEV,

 "Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video