05 Dekabr 2023 13:05
211
İQTİSADİYYAT
A- A+

Agentlik: 2024-cü ildə də əlilliyi olan şəxslər üçün yeni layihələr nəzərdə tutulur

 

Sosial müdafiəyə xüsusi ehtiyacı olan şəxsləri işə düzəltmək üçün kvota şamil edilməyən müəssisələr istisna olmaqla, mülkiyyətindən və təşkilati-hüquqi formasından asılı olmayaraq bütün idarə, müəssisə və təşkilatlarda əlilliyi olan vətəndaşların məşğulluğunu təmin etmək üçün kvota tətbiq edilir.

AZƏRTAC xəbər verir ki, bunu Dövlət Məşğulluq Agentliyinin departament direktoru Pərviz Bənnalı “Əlilliyi olan sahibkarların idarəetmə bacarıqlarının artırılması” forumunda bildirib.

Onun sözlərinə görə, müəssisələr üçün kvota müəyyən edilərkən və işəgötürənlə işçi arasında əmək müqaviləsi bağlanarkən əlilliyi olan şəxslərin işləməsi üçün müvafiq normativ hüquqi aktlarla qadağan olunan istehsalat sahələrinin siyahıları da nəzərə alınır.

Əlavə edib ki, paralel olaraq özünüməşğulluq proqramı çərçivəsində agentlik tərəfindən 2024-cü ildə də əlilliyi olan şəxslər üçün yeni layihələrin həyata keçirilməsi nəzərdə tutulur.

"Növbəti ildə eşitmə və görmə əngəlli şəxslərin əmək bazarına inteqrasiyası həmin şəxslərin sosial müdafiəsini təmin edilməsi və məşğulluq tədbirlərinə istiqamətləndirilməsi məqsədilə özünüməşğulluq proqramının müxtəlif istiqmatləri üzrə həmin şəxslərin təlimlərə cəlb edilməsi və əmlakla təmin edilərək öz kiçik bizneslərinin də qurulması həyata keçiriləcək",- deyə Pərviz Bənnalı bildirib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video