Prezident
Səfərlər
Birinci vitse-prezident
Qəbullar
Fərmanlar
Sərəncamlar
Məktublar
Qanunlar
Tədbirlər
Əlaqə
Azərbaycan Respublikası, Bakı ş., Mətbuat pr. 529-cu məhəllə, 4-cü mərtəbə
(+994 12) 539 49 20, 538-31-11
Ermənistan revanşizm niyyətlərinə və sülh müqaviləsinin imzalanmasını uzatmaq cəhdlərinə son qoymalıdır
Məşhur Azərbaycan xalq məsəlidir: "Adın nədir - Daşdəmir, yumşalısan, yumşalı!"
Yersiz, əsassız şəkildə tərslik edərək sonradan məcburiyyət qarşısında güzəştə gedən adamlar barəsində deyilir.
Qısa şərhi belədir:
* Haqlı deyilsən, amma tərsliyinə salaraq düz yola gəlmirsən.
* Özünü ədalətli sayaraq nədənsə həqiqətən ədalətli olan tərəfi əzmək istəyirsən.
* Düz olmadığını bilə-bilə, güclü olduğunu hesab etməklə qarşındakının hüquqlarını pozaraq malik olduqlarını qamarlayıb əlindən almağa çalışırsan və alırsan.
* Ta o vaxta qədər ki, güc görüb, təpki görüb, gücsüzlüyünü və zəifliyini dərk edərək güzəştə getmək, geriyə çəkilmək məcburiyyətində qalırsan.
Yəni bu güzəşt və yumşalma alicənablıqdan deyil, məğlubiyyət hissindən, uduzmaq qorxusundan baş verir!
Çox hoppanıb-düşəndən sonra Ermənistanın Azərbaycan qarşısında geri çəkilməsi, güzəştə getməsi də "Daşdəmirin yumşalması" kimi bir şeydir!
***
Ermənistan 90-cı illərin əvvəllərində yaranmış vəziyyətdən - xalqın həqiqi rəhbərindən ayrı düşməsindən, Azərbaycana maymaq, qorxaq adamların başçılıq etməsindən, AXC-Müsavat cütlüyünün xəyanətkar əməllərindən istifadə edərək ölkəmizin 20 faiz ərazisini havadarlarının köməyi sayəsində ələ keçirdi.
Torpaqlarımızı 30 il işğalda saxlamaqla heç bir güzəştə getmədi.
* BMT-nin Ermənistan qoşunlarının işğal olunmuş Azərbaycan ərazilərindən qeyd-şərtsiz çıxarılması tələbinə əməl etmədi.
* Qarabağı "müstəqil respublika" elan etdi, Ermənistan parlamenti ərazimizi özlərinə birləşdirmək barədə qərar çıxardı!
* ATƏT-in Minsk qrupu ilə əlbir fəaliyyət göstərərək, sülh danışıqlarını sonsuzadək uzatmaq, əslində, işğalı əbədiləşdirmək yolunu tutdu!
* Keçmiş DQMV-yə daxil olmayan yeddi rayondan beşini belə dinc yolla geri qaytarmadı!
* Azərbaycan tərəfinin təklif etdiyi "dünyada mövcud olan ən yüksək muxtariyyət" təklifi ilə razılaşmadı!
* Beynəlxalq hüquqa, beynəlxalq qurumların çıxardıqları qətnamə və qərarlara məhəl qoymadı!
Qoçu Nəcəfqulunun keçisi kimi istədiyini etdi!
Çünki sözünü deyib, özünü müdafiə edənləri vardı!
Çünki beynəlxalq təşkilatlar və qurumlar nə ona təsir, təzyiq göstərirdi, nə də sanksiya tətbiq olunurdu!
***
Ermənistan quduraraq arxalandıqlarına və müdafiəçilərinə o qədər güvənirdi ki, Azərbaycanın hərbi yolla öz ərazilərini azad edəcəyini ağlına belə gətirmirdi!
Qarabağ xuntasının təmsilçiləri olan prezidentləri R.Koçaryan və S.Sarkisyan generallarla əl-ələ verərək orduya ayrılan vəsaiti və diasporun göndərdiyi yardımları oğurlamaqla milyarderlərə və milyonçulara çevrilmişdilər.
Ordularını "məğlubedilməz" adlandırsalar da, 2016-cı ilin dördgünlük Aprel müharibəsi onların gücsüzlüyünü və zəifliyini ortaya qoydu!
44 günlük Vətən müharibəsi başlayanda isə Ermənistan torpaqlarımızı işğalda saxlamaqdan ötrü bütün imkanlarını işə saldı, var gücü ilə müqavimət göstərdi, axıradək döyüşdü...
* Otuz il ərzində yaratdığı müdafiə qurğularına, beton bunkerlərə, "Ohanyan səddi"nə, xəndək və səngərlərə, mina sahələrinə və möhkəmləndirilmiş atəş nöqtələrinə güvənərək Azərbaycan Ordusuna güclü zərbələr endirməyə, tələfatlar yaşatmağa can atdı.
* Hərbi əməliyyatlar davam edən müddətdə İran vasitəsilə Rusiyadan, Fransadan, Hindistandan gecə-gündüz silah-sursat daşıdı!
* Arxa cəbhədə qarışıqlıq, iğtişaş və narazılıq yaratmaq məqsədilə Gəncə, Goranboy, Bərdə, Tərtər rayonlarına raket zərbələri endirdi, qadağan edilmiş fosforlu, kassetli bombalardan, ballistik raketlərdən istifadə olundu, dinc əhaliyə tələfatlar verildi!
* Erməni diasporu tərəfindən satın alınmış dünya KİV-ində, televiziya kanalları və informasiya agentliklərində Azərbaycana qarşı informasiya müharibəsi aparıldı, feyk xəbərlərə, şər və böhtanlara rəvac verildi!
* Ermənistanın havadarları və dost dövlətləri tərəfindən bizə qarşı diplomatik təzyiqlər başlanıldı, təsir, hədə və təhdid cəhdləri baş verdi!
Lakin Müzəffər Ali Baş Komandan İlham Əliyevin iradəsini heç nə sarsıda bilmədi, Baş Sərkərdəmiz heç nədən çəkinməyərək geri durmadı, hər üç cəbhənin - hərbi, informasiya və diplomatiya cəbhəsinin qəhrəmanına çevrildi!
***
Bütün yalvarışları puça çıxandan və havadarlarının minnətçiliyi nəticə verməyəndən sonra Müzəffər Ali Baş Komandan İlham Əliyevin tələbi əsasında qoşunlarının Azərbaycan ərazisini tərketmə qrafikini təqdim edən Ermənistan Rusiyanın vasitəçiliyi və zaminliyi ilə təslim aktını - üçtərəfli Bəyanatı imzalamalı oldu!
Lakin bir qədər keçmiş yenidən erməniliyi tutdu.
Üçtərəfli Bəyanatın bir sıra bəndlərini yerinə yetirməməyə, sülh müqaviləsinin imzalanmasını da ATƏT-in Minsk qrupunun sülh danışıqlarına çevirməyə cəhdlər göstərdi:
* Bir neçə dəfə atəşkəsi pozaraq bizə qarşı təxribatlar törətdi;
* Qarabağdakı qanunsuz silahlı birləşmələrini və terrorçu qruplarını könüllü şəkildə tərksilah etmədi;
* Azərbaycan ekofəallarının faydalı qazıntı mədənlərində monitorinq keçirmələrinə yol vermədi;
* RSK-nın səhlənkarlığından istifadə edərək Azərbaycan ərazilərinə gizli yolla silah-sursat, mina daşıdı;
* Qondarma "Artsax"da qondarma prezident seçkiləri keçirdi;
* Qarabağdakı ermənilər isə Azərbaycan Konstitusiyasını qəbul edərək Azərbaycan bayrağı altında yaşamaq istəmədilər.
Belə vəziyyətdə Azərbaycan dövləti separatçıların və millətçilərin ərazilərimizi sakitliklə, dinc şəraitdə tərk etmələrinə hər cür şərait yaratdı!
***
Ermənistanın baş naziri Paşinyan və bütün ermənilər özlərini bic hesab edirlər və hamını aldada biləcəklərini düşünürlər.
Lakin siyasətdə ağıl, bilik, təcrübə, uzaqgörənlik, qətiyyət və iradə öndə, biclik kimi keyfiyyətlər isə ən axırıncı yerdə dayanır.
Həm də erməni bicliyi ifşa olunmuş bicliklərdən sayıldığına görə daha əvvəlkitək effektli deyil.
Paşinyan "Soros uşağı", Qərbyönümlü siyasətçidir.
Məqsədi Ermənistanı qərbə yönəltmək, Moskvadan uzaqlaşdırmaqdır.
Özü də bütün strateji obyektləri, sərhədləri Rusiyanın nəzarətində olduğu, 102-ci Rusiya ordusunun hərbi bazasının Gümrüdə yerləşdiyi bir vaxtda...
Əcəb "bic siyasətçi"dir.
İndi isə Rusiyadan möhkəm küsüb! (Belarusdan isə bərk inciyib).
* Küsüb ki, niyə 44 günlük müharibədə ordun, arsenalın, canlı qüvvənlə mənə kömək göstərmədin...
* Küsüb ki, niyə Azərbaycan torpaqlarını əbədi işğalda saxlamaqda yardım etmədin...
* Küsüb ki, niyə KTMT və orada söz sahibi olan Rusiya müharibədə yanlarında dayanaraq Azərbaycan ordusuna qarşı vuruşmayıb.
İndi bütün günü Rusiyanın əleyhinə danışaraq onu gözdən salmağa çalışır.
Hətta ABŞ-nin hərbi bazasını Ermənistan ərazisində yerləşdirmək barədə düşünür.
Hələ bu harasıdır...
Fransız jandarmlarını və təqaüddə olan alman polislərini Azərbaycanla sərhədə gətirib, onlar da bütün günü durbinlə bizə baxırlar.
Sülh müqaviləsinin imzalanmasını, deməli həm də ölkəsinin blokadadan çıxarılmasını müxtəlif bəhanələrlə uzadır, müxtəlif vasitələrlə silahlanır, revanşizmə qarşı mübarizə aparmır, əksinə rəvac verir.
Bu siyasətin, bu "biclik"lərin, bu addımların nə ilə nəticələnəcəyini "ağıllı", "bic" və "uzaqgörən" siyasətçilər irəlicədən hesablamağı və nələrə səbəb olacağını da görməyi bacarmalıdırlar.
Ən düzgün davranış isə II Qarabağ müharibəsinin dərslərindən doğru nəticələr çıxarmaqdır!
***
İtdən soruşurlar ki, niyə hürürsən? Deyir, qorxuduram. Onda quyruğunu niyə bulayırsan? Deyir, axı özüm də qorxuram.
Bu ölkənin başbilənləri də eyni psixoloji durumu yaşayırlar!
II Qarabağ müharibəsinədək Ermənistan nə istəyibsə, edib.
Təbii ki, kimlərinsə köməyi ilə!
44 günlük Zəfər müharibəsindən sonra isə Ermənistan yalnız Azərbaycanın istədiklərini edir!
* Üçtərəfli Bəyanata Müzəffər Ali Baş Komandan İlham Əliyevin təkidi və iradəsi əsasında Azərbaycanın bütün istək və tələbləri daxil edilib!
* Sülh danışıqları Azərbaycan tərəfindən tərtib edilən və beynəlxalq hüquqa söykənən 5 prinsip əsasında aparılır.
* Əvvəli Yevlaxdan başlayan və Azərbaycanın təkidi ilə vasitəçilərsiz - təkbətək danışıqlar formulu bərqərar olub.
* Strateji yüksəkliklərə sahiblənərək hərbi təxribatların və atəşkəsin pozulmasının qarşısını almışıq!
* Qazaxın 4 kəndi tələbimizlə sakit şəkildə geri qaytarılıb!
Bu gün ordumuz ordularından qat-qat güclü, iqtisadiyyatımız müqayisə olunmayacaq dərəcədə üstün, siyasi nüfuzumuz və dünyadakı mövqeyimiz dəfələrlə yüksəkdir!
Bütün bunlara baxmayaraq, sülh yolu tutmuşuq və istədiklərimizə dinc vasitələrlə nail oluruq!
Ağlı olanlar dediklərimizi edər, xam xəyallardan əl çəkər, mifik yox, real Ermənistan barədə düşünər, onun xilasına çalışar!
***
Məsəl var deyərlər: yetim böyüyəcək, amma pislik pisə qalacaq!
* Ermənistan torpaqlarımızı hər vəchlə xoşluqla geri qaytarmaq istəmədi...
"Dəmir yumruq"la başını əzərək bizə məxsus olanı geri aldıq!
* Laçın yoluna birlikdə nəzarətə razılaşmadı...
Uğurlu əməliyyat keçirməklə bu "şər və xəyanət" yolunda postumuzu qurduq, təkbaşına nəzarətimizi təmin etdik!
* Qarabağdakı Ermənistana məxsus qanunsuz hərbi birləşmələrini, terrorçu qruplaşmalarını razılaşmaya uyğun şəkildə xoşluqla çıxarmadı...
Cəmi 23 saat çəkən lokal tipli antiterror tədbirləri keçirməklə hamısını tərk-silah edərək ərazimizdən qovduq!
* Birinci Qarabağ müharibəsi və ondan sonrakı dövrdə əsir və girov götürülmüş azərbaycanlıların basdırıldıqları kütləvi məzarlıqların yerini demədilər...
Özümüz müəyyənləşdirərək şəhidlərimizə sahib çıxdıq, hörmət və ehtiramla doğma el-obalarında dəfnini təşkil etdik və edirik.
* Mina xəritələrini bizə göstərmir, yaxud dəqiqliyi cəmi 25 faiz olanları verirlər...
Ərazilərimizi özümüz təmizləyərək tikib-qurur, cənnətə çeviririk!
Ermənistanın başbilənləri bir vacib məqamı da heç zaman unutmamalıdırlar:
Müzəffər Ali Baş Komandan İlham Əliyev dediyini edəndir və indiyədək nə deyibsə, hamısını yerinə yetirib!
Bunu təkcə Ermənistan yox, bütün dünya bilir!
Yaddaşları bir daha təzələyirik!
Azərbaycan Prezidenti İlham Əliyev sözünün üstündə duraraq:
* 44 günlük müharibədə Ermənistan ordusunun Azərbaycan ərazisindən çıxarılması qrafikini təqdim etməyənə qədər hərbi əməliyyatları dayandırmadı!
* Ağdam, Laçın və Kəlbəcər rayonlarının döyüşsüz geri qaytarılması ilə razılaşdı, üstəlik güzəştə gedərək əlavə vaxt da verdi!
* Yüksəksəviyyəli razılığa əsasən, RSK-nın dinc şəkildə, mehribanlıqla getməsinə nail oldu!
* Qazaxın 4 kəndini bir güllə atılmadan geri qaytardı, beləliklə, sərhədlərin delimitasiya və demarkasiyasına başlanıldı!
Yerdə qalır daha bir neçə vacib məsələ:
* Ermənistanın Konstitusiyasında müvafiq dəyişikliklər aparılmaqla Azərbaycana qarşı ərazi iddiaları aradan qaldırılmalıdır!
* Zəngəzur dəhlizi açılaraq Naxçıvana quru yolla əlaqə bərpa edilməlidir!
* Azərbaycanın təqdim etdiyi baza prinsipləri əsasında sülh müqaviləsi yubadılmadan imzalanmalıdır!
Xatırladırıq:
* Bütün strateji yüksəkliklər bizim əlimizdədir!
* Sərhədlərin dəqiqləşdirilməsi və sülh müqaviləsinin imzalanması, kommunikasiyaların açılması bizdən çox sizə gərəkdir!
* "Dəmir yumruq" isə daim hazır vəziyyətdədir!
Daha bir məsələni də heç zaman yaddan çıxarmayın:
Səbrimiz sonsuz deyil!
Bəxtiyar SADIQOV
Meksikada narkokartelin 19 üzvü öldürüldü
ABŞ və Yaponiya genişmiqyaslı təlimlərə başladı
Qurban Qurbanov: "Ayaks"la matçda çəkinmədən mübarizə aparacağıq
Pərviz Şahbazov çinli və iranlı həmkarları ilə enerji əməkdaşlığını müzakirə edib
BRICS-in tərəfdaşları siyahısına 13 dövlət daxil olub
Türkiyə Prezidenti BRICS sammitində iştirak etmək üçün Kazana yola düşüb
Azərbaycan dəmir yollarında üztanıma ilə ödənişlərə başlanılacaq
Azərbaycan ilə Qırğızıstanın Müdafiə nazirlikləri arasında 2025-ci il üçün hərbi əməkdaşlıq planı imzalanıb
Almaniya səfiri Rusiya XİN-ə çağırıldı
Kvaratsxeliya mövsümə 6 milyon avro qazanacaq
Ukraynanın baş prokuroru istefa verdi
Xavi "Mançester Yunayted"də?
Böyük Britaniya və Almaniya arasında saziş imzalanacaq
Oktyabrın 24-də ölkə ərazisində hava əsasən yağmursuz olacaq
Emin Mahmudov: "Açıq deyim ki, fiziki baxımdan çox zəifik”
BMT-nin baş katibi BRİCS sammitinə getdi
Paşinyan BRİKS sammitində iştirak edəcək
Baydendən hərbi xərclərlə bağlı açıqlama
Braziliyada qırıcı qəzaya uğradı
Azərbaycan Prezidenti İlham Əliyevin Kazanda Rusiya Federasiyasının Tatarıstan Respublikasının Rəisi ilə görüşü olub YENİLƏNƏCƏK
DİN “ASAN xidmət” mərkəzlərində göstərdiyi xidmətlər üzrə vəzifələrə müsabiqə elan edir
Gözlərindəki tiri görməyənlər11 Oktyabr 2024
Tarixi əməkdaşlıq və müttəfiqlik10 Oktyabr 2024
İlham ƏLİYEV: "Artıq status-kvo deyilən məsələ və təmas xətti yoxdur"09 Oktyabr 2024
Milli Məclisdən ABŞ-yə etiraz09 Oktyabr 2024
Moskvada MDB Dövlət Başçıları Şurasının iclası keçirilib Azərbaycan Prezidenti İlham Əliyev tədbirdə iştirak edib YENİLƏNİB-408 Oktyabr 2024
Həqiqətlər və oyunbazlıqlar08 Oktyabr 2024
"Azərbaycan"-ın 1918-1920-ci illərdə dərc olunan nömrələrinin transliterasiyası
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!