11 İyun 2017 12:06
268
SİYASƏT
A- A+
ABŞ-Azərbaycan münasibətlərində yeni mərhələ başlayır

ABŞ-Azərbaycan münasibətlərində yeni mərhələ başlayır

 

Azərbaycan-ABŞ münasibətləri ötən 25 ildə hər iki dövlətin maraqları və bərabərhüquqlu tərəfdaşlıq prinsipləri çərçivəsində inkişaf edərək ən müxtəlif sahələri əhatə edib. İstər siyasi, istərsə də iqtisadi sahələrdə ölkələr arasında uğurlu əməkdaşlıq formatları qurulub. Bu gün Azərbaycan ABŞ-ın təşəbbüsü ilə formalaşan beynəlxalq antiterror tədbirlərinə fəal dəstək verir. ABŞ Azərbaycanın enerji siyasətində yer alan əsas tərəfdaşlardan biridir. Bu sahələrdə əlaqələr strateji xarakter daşımaqla həm Bakının, həm də Vaşinqtonun maraqlarına cavab verir.

Düzdür, 25 illik Azərbaycan-ABŞ münasibətlərinin bütün dövrləri fəal siyasi əməkdaşlıq templəri ilə əlamətdar deyil. Müxtəlif zamanlarda istər ABŞ rəhbərliyinin, istərsə də bu ölkənin müəyyən siyasi dairələrinin bəzi məsələlərdə nümayiş etdirdikləri mövqe münasibətlərin soyuqlaşması ilə müşayiət edilib. Hətta Barak Obamanın prezidentliyi dövründə bu ölkənin keçmiş dövlət katibi Con Kerrinin qatı erməni təəssübkeşi olduğu məlum idi. Bununla yanaşı, məhz Obamanın prezidentliyi dövründə Azərbaycanda “beşinci kolon”un fəal dəstəklənməsi siyasəti yürüdülür, az qala ölkəmizin daxili işlərinə qarışmağa cəhdlər edilirdi. Elə bu üzdən də demokratların hakimiyyəti dövründə Azərbaycan-ABŞ münasibətləri çox gərginləşmişdi.
ABŞ-da Donald Trampın prezident seçilməsindən sonra isə Ağ evin yeni administrasiyasının Azərbaycanla əlaqələri hansı formada davam etdirəcəyi məlum deyildi. Digər tərəfdən, yeni Prezidentin ilk vaxtlarda müsəlman ölkələrlə bağlı yürütdüyü radikal siyasət, qəbul etdiyi müəyyən addımlar Azərbaycan-ABŞ münasibətlərinin perspektivləri barədə də nikbin düşünməyə əsas vermirdi. Lakin Donald Trampın 28 may - Respublika Günü ilə bağlı Azərbaycan Prezidenti İlham Əliyevə ünvanladığı təbrik məktubu göstərdi ki, rəsmi Vaşinqton ölkəmizin regiondakı və dünya birliyindəki yerini, rolunu, mövqeyini, tərəfdaş ölkə kimi əhəmiyyətini yüksək qiymətləndirir.
Daha sonra ABŞ dövlət başçısı hər il Bakıda keçirilən ənənəvi neft-qaz sərgisi ilə bağlı Prezident İlham Əliyevə növbəti məktub ünvanladı. Birinci məktubdan sonra bu məktubda da yer alan fikirlər bir daha təsdiq etdi ki, ABŞ-ın yeni administrasiyası, sələfindən fərqli olaraq, Azərbaycanla fəal əməkdaşlıq etmək arzusundadır.
Bu məktublarda Donald Tramp qeyd edib ki, Azərbaycan ABŞ üçün dəyərli tərəfdaşdır. Dəyərli tərəfdaşlıq isə strateji əməkdaşlıq deməkdir. Belə ki, bu zaman ölkələr fundamental məsələlərdə ortaq mövqedən çıxış edirlər. Bu o deməkdir ki, ABŞ Azərbaycanın fundamental məsələlərində mövqeyini müdafiə etmək niyyətini ortaya qoyur. Bu baxımdan həmin niyyət Azərbaycan üçün əhəmiyyətlidir.
Eyni zamanda, məktublarda Azərbaycanın ABŞ kimi fövqəldövlətlə paralel şəkildə qlobal təhlükəsizliyə töhfə verməsindən bəhs olunur. Nəzərə alsaq ki, Azərbaycan elə də böyük dövlət deyil, lakin onun qlobal təhlükəsizliyə fövqəldövlətlə paralel şəkildə töhfə verdiyi fikrinin ifadə olunması artıq Azərbaycana ABŞ Administrasiyasının yüksək dəyər verdiyinin növbəti təsdiqidir. Həmçinin diqqəti cəlb edən məqamlardan biri də odur ki, rəsmi Vaşinqton Azərbaycanı Avropa üçün yeni enerji mənbəyi kimi təqdim edir. Əslində, bu fikir hər kəsə bəllidir, lakin ABŞ-ın yeni administrasiyasının bu amili etiraf etməsi o deməkdir ki, Azərbaycanın yürütdüyü enerji siyasəti ABŞ tərəfindən dəstəklənir.
Bakıda keçirilən Beynəlxalq “Xəzər Neft və Qaz-2017” sərgi və konfransında ABŞ dövlət katibinin enerji diplomatiyası üzrə köməkçisinin müavini xanım Robin Danniqan da iştirak edib. Robin Danniqanı qəbul edən Prezident İlham Əliyev söhbət zamanı bildirib ki, ABŞ hökumətinin Azərbaycanın həyata keçirdiyi qlobal layihələri dəstəkləməkdə davam etməsi böyük əhəmiyyət daşıyır. Bu sahədə əməkdaşlığımızın yaxşı tarixə malik olduğunu bildirən Prezident İlham Əliyev vurğulayıb ki, Bakı-Tbilisi-Ceyhan layihəsini və ondan sonra icra olunan layihələri, o cümlədən “Cənub qaz dəhlizi” layihəsini ABŞ hökuməti həmişə güclü şəkildə dəstəkləmişdir. Sərgiyə ABŞ Prezidentinin ünvanladığı məktubda ifadə olunan fikirlər bir daha göstərir ki, Birləşmiş Ştatların yeni administrasiyası da bu layihəyə sadiqdir. “Biz bunu yüksək qiymətləndiririk. Hesab edirəm ki, bu məktubda səslənən fikirlər Azərbaycana verilən dəstəyin və dostluq münasibətlərimizin daha bir göstəricisidir”, - deyə Prezident İlham Əliyev bildirib.
Donald Trampın məktublarından sonra isə ABŞ Dövlət Departamentinin rəsmi saytında dövlət katibi Reks Tillersonun Azərbaycanın milli bayramı - Respublika Günü münasibətilə təbrik bəyanatı yerləşdirilib. Bəyanatda dövlət katibi Amerika xalqı adından 28 may - Respublika Günü münasibətilə Azərbaycan xalqına səmimi təbriklərini çatdırıb. Dövlət katibi bildirib ki, Birləşmiş Ştatlar ilə Azərbaycan enerji və təhlükəsizlik məsələlərində əməkdaşlıq, həmçinin demokratik prinsiplərə dair dialoq əsasında uzun illər ərzində qurulmuş güclü tərəfdaşlığa malikdir. “Mən həmçinin ramazan ayının başlanması, müsəlman aləmində ilk parlamentli respublikanın qurulmasının 99 illiyi münasibətilə zəngin tarixi olan Azərbaycanı təbrik edirəm. O vaxt olduğu kimi, indi də arzularınız var və onların reallaşması üçün çox iş görmüsünüz”, - deyə Birləşmiş Ştatların dövlət katibi vurğulayıb.
ABŞ-ın xalqların fundamental azadlıqlarına hörmətlə yanaşan daha təhlükəsiz və firavan dövlət yaratmaq istiqamətində səyləri dəstəklədiyini qeyd edən Reks Tillerson ölkəsinin Dağlıq Qarabağ münaqişəsinin dinc yolla nizamlanması prinsipinə sadiq olduğunu diqqətə çatdırır. Bəyanatda bildirilir ki, ABŞ gələcək illərdə Azərbaycan ilə əlaqələrin bütün sahələrində əməkdaşlığı daha da genişləndirmək niyyətindədir.
Beləliklə, Prezident D.Trampın Azərbaycan Prezidenti İlham Əliyevə ünvanladığı məktublarda əks olunmuş fikirlər, o cümlədən dövlət katibi Reks Tillersonun təbriki ölkələr arasında ikitərəfli münasibətlərin yeni dönəminin başlandığına işarə edir. Deməli, keçmiş prezident Barak Obamanın dövründə ABŞ-Azərbaycan əlaqələrində müşahidə olunan neqativ hallar və soyuqluq aradan qaldırılacaq, iki ölkə arasında faydalı və bərəbərhüquqlu əməkdaşlıq, strateji tərəfdaşlıq əlaqələri daha da inkişaf etdiriləcək. Bunun üçün isə başda Prezident Donald Tramp olmaqla onun komandasının üzvləri artıq öz siyasi iradələrini ortaya qoyublar.
D.Trampın bəyan etdiyi kimi, ABŞ əvvəlki dövrlərdə olduğu kimi, öz xarici siyasətini digər ölkələrin daxili işlərinə müdaxilə, onları idarə etməyə çalışmaq prinsipi üzərində qurmayacaq. ABŞ Prezidenti digər ölkələrlə bərabərhüquqlu, qarşılıqlı faydalı əməkdaşlıq əlaqələrini inkişaf etdirməyi qarşısına məqsəd qoyub. Bütün bunlar Prezident İlham Əliyev tərəfindən yüksək qiymətləndirilib. Belə bir şəraitdə Azərbaycan ABŞ-la bərabərhüquqlu və strateji tərəfdaşlığın, müxtəlif sahələrdə əməkdaşlığın davam etdirilməsinə və daha da inkişafına hazırdır.

Rəşad CƏFƏRLİ,
“Azərbaycan”

 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Quru Qoşunlarında “Konstitusiya və Suverenlik İli” ilə bağlı tədbirlər keçirilib  

19:26
15 Dekabr

Ali Məclisin payız sessiyasının növbəti iclası keçirilib  

19:24
15 Dekabr

Baş prokuror Qətərdə işgüzar səfərdədir  

19:21
15 Dekabr

ADSEA abonentlərə müraciət edib  

19:20
15 Dekabr

Cəlilabadda vətəndaşların daşınmaz əmlakla bağlı müraciətlərinə baxılıb  

19:10
15 Dekabr

Nizami Gəncəvi Beynəlxalq Mərkəzi BMT Sivilizasiyalar Alyansının 11-ci Qlobal Forumuna tərəfdaşlıq edib  

18:26
15 Dekabr

Suveren yaşıl istiqrazlar üzrə İşçi Qrupun ilk iclası keçirilib  

18:23
15 Dekabr

UNESCO-nun mənzil-qərargahında memar Əcəmi Naxçıvaninin 900 illiyinə həsr edilmiş sərgi açılıb  

18:16
15 Dekabr

Hakan Fidan: Türkiyə vasitəçilik sahəsində dünya liderləri sırasındadır  

18:11
15 Dekabr

Azərbaycanda pambıq yığımı yekunlaşır, sahələrdən 356 min tona yaxın xam pambıq yığılıb  

17:43
15 Dekabr

"Sualtı Hücum Dəniz Xüsusi Təyinatlısı" kursunun buraxılış mərasimi keçirilib  

17:41
15 Dekabr

Agentliyin əməkdaşları qan verdilər  

17:35
15 Dekabr

Ukrayna ilə bağlı sülh planı ətrafında nə baş verir?

17:26
15 Dekabr

İdmanımızın yeni ulduzu

17:25
15 Dekabr

Xalq yazıçısı Elmira Axundovanın Ulu Öndərə həsr olunmuş “Sizin aranızda ən böyük dissident mən idim” adlı ikicildlik kitabının təqdimatı keçirilib  

17:16
15 Dekabr

Dövlət Gömrük Komitəsinin sədri Zaqatalada vətəndaşlarla görüşüb  

17:07
15 Dekabr

“Azəriqaz”: 5 kənd və 11 massiv qazın verilməsi ərəfəsindədir 

17:06
15 Dekabr

Azərbaycanda bu il İKT sektorunda göstərilmiş xidmətlərin ümumi dəyəri 8,1 faiz artıb  

17:02
15 Dekabr

Misli Premyer Liqasında XV turun növbəti oyunu keçirilib  

16:44
15 Dekabr

Şəxsiyyət vəsiqəsi, pasport, sürücülük vəsiqəsi və nəqliyyat vasitələrinin qeydiyyatı üzrə xidmətlər onlayn təqdim ediləcək  

16:42
15 Dekabr

Osman Mert: Bakıda keçirilmiş Birinci Türkoloji Qurultay türk dilçiliyinin inkişafı üçün xüsusi əhəmiyyət kəsb edib  

16:39
15 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!