19 İyun 2025 09:25
9047
DÜNYA
A- A+
ABŞ-nin İranla bağlı qərarı nə olacaq

ABŞ-nin İranla bağlı qərarı nə olacaq


"Raket mübadiləsi" daha da qızışacaq, yoxsa səngiyəcək


ABŞ yaxın 24 saat ərzində İran-İsrail müharibəsinə diplomatik yolla son qoyulub-qoyulmayacağına, yoxsa İsrail ordusunun zərbələrinə qoşulub-qoşulmayacağına qərar verəcək. 

"ABC News" telekanalının ABŞ rəsmilərinə istinadən verdiyi xəbərə görə, ABŞ rəsmiləri Ağ Evdə Prezident Donald Tramp və onun milli təhlükəsizlik müşavirləri arasında keçirilən görüşdən sonra yaxın bir-iki günün həlledici olacağını açıq şəkildə bildiriblər. Tramp özü də bir gün əvvəl İran rejiminə qarşı ritorikasını kəskinləşdirib. O, ABŞ-nin İranın ali dini lideri Ayətullah Əli Xameneinin hazırda harada olduğunu bildiyini və həmçinin İranın "şərtsiz təslim olmasını" tələb etdiyini bəyan edib.

ABŞ rəsmiləri də İranın zəif mövqedə olduğuna inanmaqda davam edir və onların fikrincə, Tehran  danışıqlar masasına qayıtmağa və son nəticədə nüvə proqramı üzrə razılaşmanı qəbul etməyə məcbur ola bilər. Vaşinqton İrandan hətta dinc məqsədlər üçün də uranın zənginləşdirilməsindən tamamilə imtina etməyi tələb edir.

Tehran danışıqlara razılaşarsa, artıq bu həftə ABŞ Prezidentinin elçisi Stiv Uitkoff və vitse-prezident  Cey Di Vensın iştirakı ilə yüksəksəviyyəli görüş baş tuta bilər. Belə olan halda İran tez qərar verməlidir, çünki Tramp artıq "səbrinin tükəndiyini" etiraf edib.

ABŞ kəşfiyyatının məlumatına görə, İran Amerikanın müharibəyə girəcəyi halda ABŞ bazalarını vurmaq üçün raket və digər silahlar hazırlayıb. Bu barədə "The New York Times" qəzeti  yazıb. Bildirildiyinə görə, eyni zamanda ABŞ rəsmiləri arasında daha böyük müharibə ilə bağlı narahatlıq artır. Əgər ABŞ İranın Fordodakı əsas nüvə obyektini vurarsa, İranın dəstəklədiyi Yəmən husi qrupları yəqin ki, Qırmızı dənizdəki gəmilərə hücumları bərpa edəcəklər.

Görünür ki, ABŞ rəsmilərinin bu rahatsızlıqları boş yerdən deyil. İran ABŞ-nin İsrailin hərbi kampaniyasında birbaşa iştirak edəcəyi halda Vaşinqtona sərt cavab verəcəyini bildirib. Üstəlik, İran İslam Respublikasının BMT-dəki səfiri Əli Bəhreyni jurnalistlərə deyib ki, o, ABŞ-ni "İsrailin hərəkətlərində ortaq" hesab edir.

ABŞ indiyədək İranla münaqişədə yalnız dolayı addımlar atıb, o cümlədən İsrailə atılan raketlərin vurulmasına kömək edib. Üç ABŞ rəsmisi "Reuters"ə bildiriblər ki, ABŞ Yaxın Şərqə daha çox döyüş təyyarəsi göndərir və digərlərinin yerləşdirilməsini genişləndirir. Bəhreyninin bildirdiyinə görə isə İran İsrailin zərbələrinə sərt cavab verəcək. "Biz xalqımızı, təhlükəsizliyimizi və ərazimizi müdafiə etməkdə heç bir tərəddüd göstərməyəcəyik - biz ciddi və qətiyyətlə cavab verəcəyik", - deyə  səfir bildirib.

İki ölkə arasında isə "raket mübadiləsi" davam edir. "The Times of Israel" xəbər verir ki, İsrail Müdafiə Qüvvələri (IDF) iyunun 18-nə keçən gecə Tehranda uranın zənginləşdirilməsi üzrə sentrifuqa zavodlarına və İrandakı raket zavodlarına zərbələr endirib. İsrail Müdafiə Nazirliyinin Mətbuat xidmətinin məlumatına görə, zərbələri endirmək üçün İsrail Hərbi Hava Qüvvələrinə məxsus 50-yə yaxın təyyarədən istifadə edilib. Hədəflər arasında silah fabrikləri, o cümlədən İran rejiminin İsrailə atdığı "yer-yer" raketlərinin yığılması üçün xammal və komponentlər istehsal edən obyektlər, eləcə də təyyarələri vurmağa nəzərdə tutulmuş "yer-hava" raketləri üçün sistem və komponentlər istehsal edən zavodlar olub. İran agentlikləri də etiraf edirlər ki, İsrail hərbçiləri Tehranın şərqində yerləşən İmam Hüseyn Universitetinə zərbələr endiriblər. "The Times of Israel" bu təhsil ocağının İslam İnqilabı Keşikçiləri Korpusu ilə əlaqəli olduğunu bildirir.

İran da öz növbəsində İsrailə yenidən raket zərbələri endirib. İranın "Təsnim" xəbər agentliyi iddia edir ki, növbəti  raket zərbələri münaqişə başlayandan bəri ən kütləvi hücumlardan biri olub.

İran mediası İsrailin Mossad kəşfiyyat agentliyinin beş şübhəli agentinin internetdə ölkənin imicinə xələl gətirməkdə ittiham olunaraq saxlanıldığını bildirib. "Təsnim" və İSNA xəbər agentlikləri İslam İnqilabı Keşikçiləri Korpusuna istinadla belə bir xəbər yayıblar: "Bu muzdlular internetdə hesablanmış hərəkətləri ilə ictimaiyyət arasında qorxu toxumu səpmək və İran İslam Respublikasının müqəddəs sisteminin imicini ləkələmək istəyirdilər".


Rizvan CƏFƏROV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Albaniya Respublikasının Baş naziri Edi Ramadan

20:53
11 İyun

Qambiya Respublikasının Prezidenti Adama Barroudan

20:52
11 İyun

Ekologiya və təbii sərvətlər naziri Naxçıvanda vətəndaşların müraciətlərini dinləyib  

20:44
11 İyun

Bartaz dağlarında möhtəşəm mənzərə: Bezoar dağ keçiləri sürü halında 

20:34
11 İyun

Parlamentdə kənd təsərrüfatının inkişafına dair ictimai dinləmə təşkil olunub

20:21
11 İyun

Avropa Mərkəzi Bankı son üç ildə ilk dəfə faiz dərəcəsini artırıb

20:16
11 İyun

Təhlükəli maddələrlə bağlı insident səbəbindən Pentaqon təxliyə olunur

20:13
11 İyun

Ukraynalı uşaqların ölkəmizin tarixi və görməli yerlərinə ekskursiyası təşkil olunub

20:03
11 İyun

Bakıda elm və innovasiyaların iqtisadi inkişafdakı rolu müzakirə olunub

19:51
11 İyun

“Şuşa KOB evi”ndə 5 ayda sahibkarlara 560-a yaxın xidmət göstərilib  

19:42
11 İyun

Tibbdə ilk: ürək, böyrək və maddələr mübadiləsi xəstəliklərinin bir-biri ilə əlaqəsi sübut olundu  

19:30
11 İyun

Ələt Azad İqtisadi Zonasında günəş panelləri istehsalı üzrə yeni zavod tikiləcək

19:21
11 İyun

Kanada 16 yaşından kiçik uşaqlara sosial media qadağası qoyan yeni qanun layihəsini təqdim edib  

19:15
11 İyun

Quş əti və yumurta istehsalında artım hədəfləri açıqlanıb

19:08
11 İyun

Şimali İrlandiyada miqrant əleyhdarlarının iğtişaşları

18:56
11 İyun

Qızılın qiyməti artıb

18:43
11 İyun

Artan xərclər qlobal birjaları sarsıdır, neft isə sürətlə bahalaşır

18:37
11 İyun

Ələt Azad İqtisadi Zonasında yük hava limanının gələn il istifadəyə verilməsi planlaşdırılır  

18:29
11 İyun

Azərbaycan və İran Araz çayının su ehtiyatlarının idarə olunması üzrə əməkdaşlığı gücləndirir  

18:15
11 İyun

Agentlik: Bu il 116 mindən çox şagird məzun olur

18:13
11 İyun

Akademik: Ölkəmizdə yeni rəqəmsal peşə istiqamətlərinin formalaşdırılması müasir dövrün tələbidir  

18:12
11 İyun

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!