15 Avqust 2024 09:22
1169
Mədəniyyət
A- A+
Abidələrdə yaşayan böyük memar

Abidələrdə yaşayan böyük memar

 

Azərbaycan xalqının qədim milli-mədəni irsini yaşadan, dünyaya tanıdan şəxsiyyətlərdən biri də Əcəmi Əbubəkr oğlu Naxçıvanidir. Mənşəcə Azərbaycan türkü olan Əcəmi Naxçıvani yaradıcı ömrünü Azərbaycan Atabəylər dövlətinin ərazisində yaşamışdır. Bu dövlətin mərkəz şəhərlərindən biri də Naxçıvan idi. 

Məxəzlərin verdiyi məlumatlarda deyildiyi kimi, Azərbaycanın intibah dövrü adlandırılan  XI və XII əsrlərdə şəhərlər böyüyür, saraylar, məscidlər, müdafiə və xatirə tikililəri qurulurdü. Sənətkarlıq, elm, incəsənət və poeziya inkişaf edirdi. Bu dövrdə Qətran Təbrizi, Bəhmənyar əl-Azərbaycani, Xətib Təbrizi, Nizami Gəncəvi, Xaqani Şirvani, Əbülüla Gəncəvi, Məhsəti Gəncəvi və digərləri kimi bir sıra dahi şəxsiyyətlər yaşayıb-yaratmışlar. Yalnız Şərqdə deyil, həm də Qərb dünyasında yaxşı tanınan bu kəhkəşan ulduzları arasında ən çox işıq saçanlarından biri də Əcəmi Naxçıvani olmuşdur. O, bir çox dəyərli memarlıq əsərlərinin müəllifi kimi dünya şöhrəti qazanmış,  Naxçıvan memarlıq məktəbinin banisi kimi tanınmışdır.

Sənətşünas, Əməkdar elm xadimi, professor  Əbdülvahab Salamzadə  onun haqqında yazır: "...Əcəmi Naxçıvani öz dövründə tayı-bərabəri olmamış sənətkarlardandır. Təsadüfi deyil ki, XIII əsr mənbələri onun "şeyxül-mühəndisin" (mühəndislər başçısı) rütbəsi daşıdığından xəbər verir".

Böyük sənətkarın günümüzə gəlib çatan Mömünə Xatun türbəsi, Yusif Küseyir oğlu türbəsi və Cümə məscidi kimi inciləri onun sözün əsl mənasında dünyanın ən nəhəng sənətkarları sırasında yer aldığının göstəricisidir.

Xalq arasında Atababa Günbəzi adlanan Yusif Küseyir oğlu türbəsinin məzar hissəsi yerin altındadır. Yerüstü qülləvari hissə piramida formalı səkkizguşəli çadır şəklində işlənmişdir. Məqbərənin çölə baxan tərəfi kərpic bloklarla hörülmüş naxışlarla bəzədilmişdir.

Abidənin giriş hissəsində kufi xətti ilə yazılıb: "Bu, şərəfli dinimizin məşhur rəisi, İslamın gözəlliyi, şeyxlər başçısı Hacı Yusif ibn Küseyrin məqbərəsidir. Şəvval ayı yeddinci, əllinci və beş yüzüncü il (557/1162-ci il). "Məqbərənin üzərində kufi xətti ilə Qurandan dekorativ ayələr yazılmışdır. Girişin sol tərəfində memarın adı həkk olunmuşdur: Əcəmi ibn Əbubəkr Naxçıvani.

Sənətşünasların fikrincə, Yaxın Şərqin bir çox memarlarının yaradıcılığına Əcəmi Naxçıvaninin böyük təsiri olmuşdur. Onun yaratdığı nadir arxitektura əsərləri əsrlər keçməsinə baxmayaraq, böyük estetik həzz mənbəyi kimi sənətkarın yaradıcı dühasının gücünü əks elətdirir. Bu əsərlər sübut edir ki, Əcəminin ölməz irsi haqlı olaraq, memarlıq sənətinin əbədi nümunələrindən sayılır. Yenidən doğulmuş bu sənət abidələri belə bir fikrə gəlməyə əsas verir ki, hələ Qərb dünyasında arxitektura sənəti anonim səciyyə daşıyan bir dövrdə Əcəmi bir çox memarlıq incilərinin müəllifi kimi müasirləri sırasında parlaq və təkrarolunmaz yaradıcı simaya malik böyük sənətkar, bədii və mühəndis təfəkkürün nəhəngi kimi tanınmışdır.

Görünən odur ki, tarix öz qoynunda Əcəminin həyatı haqda onun ölməz əsərlərindən başqa heç nə saxlamayıb. Böyük memar bunu qabaqcadan gördüyündən öz şah əsərinin - İl-Dənizin xanımı Mömünə Xatun türbəsi üzərində belə yazmışdı: "Biz gedəriyik. Dünya əbədi qalandır. Biz gedəcəyik, dünya qalacaq. Biz ölərik - bu, bizdən xatirə qalar. İlahi, bəd nəzərdən uzaq elə..."

Bəli, müsəlman Şərqində  dünyanın ən qədim şəhərlərindən olan Naxçıvanda orta əsrlərin böyük memarı Əcəmi Naxçıvaninin layihəsi əsasında nəhəng bir ərazidə İl-Dənizlərin Sarayı, Cümə məscidi, Xatirə abidələri, mədrəsə, karvansara və digər tikililər qurulmuşdur.

Əcəmi Naxçıvaninin yaradıcılığı əsrlər boyunca Azərbaycanın və digər ölkələrin bir çox memarları üçün ilham və təqlid mənbəyi olmuşdur. Hətta Əcəmidən 300 il sonra yaşamış Böyük Türkiyə memarı Memar Sinanın əsərlərində də tədqiqatçılar dahi ustadın təsirini qeyd edirlər.

Görkəmli Azərbaycan memarı Əcəmi Naxçıvaninin 900 illiyi 2024-2025-ci illər ərzində UNESCO çərçivəsində qeyd olunacaq yubileylər siyahısına daxil edilib. Xalqımız və dövlətimiz dünyaşöhrətli memar Əcəmi Əbubəkir oğlu Naxçıvaninin xatirəsini daim əziz tutur. Onun Bakıda, eləcə də bölgələrdə yubileyləri təntənə ilə qeyd edilir. Təsadüfi deyil ki, neçə illərdir Bakı Metropoliteninin ən böyük dayanacaqlarından biri "Memar Əcəmi" adlanır. Habelə paytaxtın Binəqədi rayonu, 8-ci mikrorayonunda yaraşıqlı küçələrdən biri böyük şəxsiyyətin adını daşıyır.

 

Rəhman SALMANLI,

"Azərbaycan"

 

 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb  

13:48
19 Aprel

Baş Dövlət Yol Polisi İdarəsi həftəsonu səfərə hazırlaşan sürücülərə müraciət edib

13:47
19 Aprel

Çində “Tiangong” adlı robot Pekin robot-insan yarımarafonunun qalibi olub

13:46
19 Aprel

Leonid Slutski: Kimsə Ermənistanın silahlanacağına və Qarabağı geri alacağına ümid edirsə, bunu gözləməsin  

13:16
19 Aprel

Əfqanıstan - Pakistan sərhədində zəlzələ baş verib

12:10
19 Aprel

İlon Mask raket əleyhinə müdafiə sistemi yaradaraq icarəyə verməyə hazırlaşır  

12:09
19 Aprel

8000 mAh həcmli batareyaya malik ilk smartfon təqdim edilib  

11:52
19 Aprel

İsitmə sisteminə sahib “ağıllı” idman geyimləri hazırlanıb

11:51
19 Aprel

Ötən gün vətəndaşların bank kartlarından 22 min manata yaxın vəsait oğurlanıb  

11:49
19 Aprel

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 43 nəfər saxlanılıb  

11:48
19 Aprel

Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub

10:25
19 Aprel

Fransa Analitika Mərkəzinin rəhbəri: Ermənistanı dəstəkləməklə Makron uğursuzluğa sərmayə qoyur

10:20
19 Aprel

Almaniya silahlı qüvvələri yeni əsgər cəlb etməkdə çətinlik çəkir  

10:19
19 Aprel

İğdırda məktəblilər və müəllimlər erməni quldur dəstələrinin qurbanlarının xatirəsini yad ediblər  

10:15
19 Aprel

İstanbulda İsrail-Fələstin qarşıdurmasının dayandırılması məqsədilə parlamentarilərin ilk iclası keçirilib  

10:12
19 Aprel

İrəliləyiş olmasa, ABŞ sülh danışıqlarını tərk edəcək

09:55
19 Aprel

İctimai nəqliyyat sarıdan əziyyət çəkirik

09:50
19 Aprel

Tədbir görülməsi üçün tapşırıq verilmişdir

09:45
19 Aprel

Ərazinin tullantılardan təmizlənməsi nəzarətə götürülmüşdür

09:40
19 Aprel

Şikayətimizə baxan yoxdur

09:35
19 Aprel

Həyəcan təbili

09:30
19 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!