01 Sentyabr 2024 08:00
2372
CƏMİYYƏT
A- A+
990 namizəd, 6 milyon 421 min 960 seçici, 6478 seçki məntəqəsi

990 namizəd, 6 milyon 421 min 960 seçici, 6478 seçki məntəqəsi

 

Növbədənkənar parlament seçkiləri kampaniyası özünün ən mühüm fazasına qədəm qoydu. Bu gün Azərbaycanın bütün bölgələrini əhatə edən 125 seçki dairəsində parlament seçkiləri ilə əlaqədar səsvermə keçirilir. Seçkinin yekunlarına əsasən Azərbaycan Respublikasının yeddinci çağırış Milli Məclisi formalaşacaq.

 

Əsas hərəkət və tədbirlər vaxtında icra olunub

 

Xatırladaq ki, Prezident İlham Əliyevin iyunun 28-də imzaladığı sərəncamla  altıncı çağırış Azərbaycan Respublikası Milli Məclisi buraxılıb və sentyabrın 1-nə parlamentə növbədənkənar seçkilər təyin edilib. Ötən dövrdə Mərkəzi Seçki Komissiyasının təsdiq etdiyi təqvim planı üzrə Milli Məclisə növbədənkənar seçkilərin hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlər vaxtında icra olunub.  Həm namizədlərin qeydə alınması, həm də təşviqat dövründə hər hansı problem meydana çıxmayıb.
Bu gün seçki marafonunda 990 namizəd mübarizə aparır. Bu parlamentdə bir yer üçün təxminən 7 nəfərdən çox namizədin mübarizə aparması deməkdir. Namizədlərdən 676-sının siyasi mənsubiyyəti var.
Namizədlərin avqustun 9-dan başlayan seçkiqabağı təşviqatı avqustun 31-i səhər saat 8:00-da başa çatıb. Bu dövr ərzində namizədlər onlar üçün müəyyən edilmiş açıq və qapalı yerlərdə seçicilərlə görüşlər keçirərək təşviqatla məşğul olublar. Qeyd edək ki, növbədənkənar seçkilərdə təşviqat üçün 3469 açıq və 2037 qapalı yer müəyyən edilmişdi. 

 

Xarici müşahidəçilər 51 beynəlxalq qurumu və 69 ölkəni təmsil edirlər

 

Seçici siyahılarının dəqiqləşdirilməsi başa çatdırılıb və respublikamızda 6 milyon 421 min 960 nəfər seçici qeydə alınıb. Ən yaşlı qadın seçicinin 134,  ən yaşlı kişi seçicinin isə 109 yaşı var. Seçkilərdə ilk dəfə iştirak edən seçicilərin sayı isə 51 min 141 nəfərdir.
Onu da qeyd edək ki, seçicilər 125 seçki dairəsi üzrə 6478 seçki məntəqəsində səslərini verəcəklər. Hələ səsvermə günündən xeyli əvvəl bütün səsvermə məntəqələri lazımi avadanlıqlarla təchiz olunaraq tam hazır vəziyyətə gətirilib. Seçki məntəqələrindən 6343-ü daimi, 135-i isə müvəqqətidir.
Seçkiləri siyasi partiyaları, qeyri-hökumət təşkilatlarını, vətəndaş cəmiyyəti institutlarını və qeydə alınmış namizədləri təmsil edən müşahidəçilər izləyəcəklər. Müşahidəçi qismində seçkilərdə iştirak etmək üçün akkreditasiyadan keçən yerli müşahidəçilərin sayı 112 min 749 nəfərdir. Onlardan 65 minə yaxını 24 siyasi partiyanın müşahidəçiləridir.
Bundan başqa, Milli Məclisə seçkiləri müşahidə etmək üçün 51 beynəlxalq qurumdan və 69 ölkədən 598 nəfər akkreditə olunub. Üç təşkilat isə "exit poll" üçün Mərkəzi Seçki Komissiyasında qeydiyyatdan keçib. Onlar təxminən 2500-dən artıq seçki məntəqəsində öz fəaliyyətlərini həyata keçirəcəklər.
Milli Məclisə seçkilərin gedişatını internetdən birbaşa izləmək mümkündür. Belə ki, ölkə üzrə 1000 seçki məntəqəsində veb-kameralar quraşdırılıb. İnternet istifadəçiləri istər ölkə daxilindən, istərsə də ölkə xaricindən MSK-nın internet səhifəsinə daxil olaraq heç bir qeydiyyat tələb olunmadan səsvermə prosesini müşahidə edə bilərlər. 
Səsvermə 19:00-da başa çatacaq. Səsvermənin gedişi, seçicilərin səsvermədə iştirakı barədə gün ərzində 5 dəfə ilkin məlumatlar veriləcək.

Rəşad CƏFƏRLİ,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Şuşa şəhərinin 2026-cı il üçün "İqtisadi Əməkdaşlıq Təşkilatının turizm paytaxtı" elan edilməsi ilə bağlı tədbirlər haqqında

00:56
13 İyun

Sosial müavinətlərin, Azərbaycan Respublikası Prezidentinin təqaüdlərinin və fəxri adlara görə təqaüdlərin məbləğlərinin artırılması və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında və Sərəncamında dəyişiklik edilməsi haqqında

00:55
13 İyun

Ş.A.Mustafayevin 1-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilməsi haqqında

00:52
13 İyun

"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" Qapalı Səhmdar Cəmiyyəti gəmilərdə gövdə və mexanizmlərin sığorta xidmətlərinin satın alınması məqsədilə açıq tender elan edir

00:51
13 İyun

Ziya Öztürkler: Bizə ən böyük dəstəyi Türkiyə və Azərbaycan göstərir

23:42
12 İyun

Yardımlı və Masallı rayon sakinləri ilə görüş olub

23:15
12 İyun

Azərbaycanın vaxtilə işğal altında olan ərazilərində mina basdırılması ilə bağlı məhkəmədə yeni faktlar açıqlanıb  

22:25
12 İyun

Məhkəmədə Azərbaycanın vaxtilə işğal altındakı ərazilərində Ermənistanda istehsal olunmuş minaların basdırıldığı etiraf edilib  

22:22
12 İyun

TDT-nin ailə məsələləri və sosial siyasət sahəsinə məsul nazir və qurum rəhbərlərinin ikinci iclası başa çatıb

22:18
12 İyun

Azərbaycanla Beynəlxalq Enerji Agentliyi arasında əməkdaşlıq müzakirə edilib

22:17
12 İyun

Bahar Muradova: Türk dünyasında ailə və sosial siyasət sahəsində birgə məqsədlər və dəyərlər bizi birləşdirir  

22:15
12 İyun

Azərbaycanın İndoneziya və Pakistanla hərbi-texniki sahədə əməkdaşlıq perspektivləri müzakirə edilib  

22:13
12 İyun

Qazaxıstan Prezidenti TÜRKPA-ya üzv ölkələrin parlament sədrləri ilə görüşüb  

22:10
12 İyun

Hikmət Hacıyev: Azərbaycan ilə İordaniya arasında bütün səviyyələrdə və sahələrdə dərin münasibətlər mövcuddur  

22:08
12 İyun

Syerra-Leone Respublikasının Prezidenti Culius Maada Biodan  

22:04
12 İyun

IDEA İctimai Birliyi Bilgəhdə sahilyanı təmizlik aksiyası keçirib

22:03
12 İyun

Növbəti sosial islahat paketi çərçivəsində müavinət və təqaüdlər də artırılıb

22:01
12 İyun

Milli Məclisin Regional məsələlər komitəsində yeni tikinti qaydaları ilə bağlı qanun layihəsi müzakirə edilib

21:59
12 İyun

Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri Zati-aliləri cənab Kir Starmerə  

21:56
12 İyun

CAR-da sərt hava şəraiti nəticəsində azı 57 nəfər ölüb  

21:52
12 İyun

FAO: Dünya dəniz balıq ehtiyatlarının 35 faizindən çoxu ifrat ovlanmaya məruz qalır  

21:50
12 İyun

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!