08 Fevral 2025 08:50
397
SİYASƏT
A- A+
707 media, 6200 jurnalist və 279 QHT

707 media, 6200 jurnalist və 279 QHT


USAID-in indiyədək həyata keçirdiyi çirkin layihələrin ifşası dəhşətli faktları ortaya çıxarır


ABŞ Prezidenti Donald Trampın qərarı ilə Beynəlxalq İnkişaf Agentliyinin (USAID) fəaliyyətinin fevralın 1-dən etibarən dayandırılması, bir çox qaranlıq məqamların üzərinə işıq salıb. Bir həftədir ki, USAID-in dünyanın müxtəlif ölkələrində həyata keçirdiyi çirkin oyunları, məkrli planları faktlar əsasında ortaya qoyulur və həqiqətlər dəhşətli məqamları üzə çıxarır. 

Son məlumatlara görə, USAID dünya üzrə 707 media, 6200 jurnalist və 279 jurnalistika sahəsində çalışan QHT maliyyələşdirib. Buradan da aydın olur ki, Azərbaycanda 2012-ci ildə "Eurovision" mahnı müsabiqəsindən başlayaraq bu günə kimi, həmçinin müharibə vaxtı, Laçın yolunda ekoloqların aksiyaları, COP29 dövründə beynəlxalq mediada aparılan çirkin kampaniyanın arxasında kim dururmuş.

Aparılan araşdırmaların hələ hansı biabırçılıqları üzə çıxaracağını indidən demək çətin olsa da, Bayden administrasiyası və Samanta Pauerin rəhbərlik etdiyi dövrün bu təşkilatın fəaliyyət tarixində ən biabırçı dövr olacağına şübhə yeri qalmır.

Ümumiyyətlə, USAID-in bağlanması Azərbaycanda və Gürcüstanda da nikbinliklə qarşılanır. Təbii ki, bu da təsadüfi deyil. Çünki bu riyakar təşkilat hər iki ölkədə qarşıdurmaların baş verməsinə çalışıb, bunun üçün pullar ayırıb, dönük insanları özünə cəlb edə bilib. Cənubi Qafqazda çirkin məqsədlərini həyata keçirmək üçün USAID bütün vasitələrə əl atıb. 

Azərbaycan Prezidenti cənab İlham Əliyev hələ bir neçə ay bundan əvvəl bu təşkilatın yaramaz fəaliyyətini diqqətə çatdıraraq, onun məkrli məqsədlərə xidmət etdiyini göstərmişdir.

ABŞ Dövlət katibi Marko Rubio hazırda agentliyin administratoru vəzifəsini icra etdiyini açıqlayıb. O bildirib ki, Vaşinqtonda USAID-in mənzil-qərargahı bağlıdır, işçilərə elektron poçt vasitələri ilə evdə qalmalarına dair tapşırıq gəlib.

Bundan bir qədər əvvəl isə Tramp USAID rəhbərliyinin radikal dəlilərdən ibarət olduğunu və ABŞ-nin onlardan qurtulacağını bildirmişdi.

ABŞ-nin Hökumətin Effektivliyi Departamentinə rəhbərlik edən İlon Mask isə USAID-i COVID-19-un patogenləri də daxil olmaqla bioloji silahların hazırlanmasını maliyyələşdirməkdə ittiham edib. Mask USAID-i "cinayətkar təşkilat" adlandırıb.

Beynəlxalq İnkişaf Agentliyinin Administratoru vəzifəsinə Samanta Paueri təyin etmişdi. Hansı ki, Tramp andiçmə mərasimindən dərhal sonra onu bu vəzifədən uzaqlaşdırıb. Samanta Pauer cinayətkar Ruben Vardanyanla da əməkdaşlıq edib. Pauer vaxtilə Vardanyandan Avrora Mükafatının Seçki Komitəsinin daimi üzvü kimi, xeyli məbləğdə pul da alıb. Bu fonda Samanta Pauerin sonradan formalaşan ermənipərəst mövqeyinin, onların daimi dəstəkçisi olma səbəbi aydın olur.

Xatırladaq ki, bu yaxınlarda ABŞ-nin ermənipərəst senatoru Bob Menendez həbs edildi. Senatorun evinə baxış zamanı külli miqdarda nağd pul, dəbdəbəli avtomobillər və qızıl külçələr aşkar edilib. Hansı ki, bu şəxs erməni diasporundan aldığı külli miqdarda pullara görə Azərbaycana qarşı kəskin və qərəzli mövqe tuturdu. Samanta Pauerlə bağlı məsələ də bununla oxşarlıq təşkil edir. Samanta Pauerin rus casus Vardanyanla bu qədər yaxın əlaqəsi ağla başqa şübhələr də gətirir.

Digər mühüm məqam isə ondan ibarətdir ki, USAID korrupsiyada, yəni ehtiyacı olan ölkələrə və icmalara yardım proqramına yönəldilməli olan vəsaitlərin oğurlanmasında ittiham olunur.

Bütün fəaliyyəti dövründə USAID Azərbaycanda layihələrin maliyyələşdirilməsinə 450 milyon dollar xərcləyib. Həmin vəsaitin böyük bir hissəsi isə məhz ölkəmizdə təxribatların hazırlanmasına yönəlib. 50 milyard dollardan çox büdcəsi olan bu təşkilatın büdcəni nəyə xərclədiyi ilə bağlı ciddi şübhələr yaranıb. 


Rəşad BAXŞƏLİYEV,

"Azərbaycan" 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

AFFA “Qarabağ” və “Sabah”ı cərimələyib

13:12
19 Mart

Şəhid Rəşad Zeynallının ailəsi ziyarət edilib

13:11
19 Mart

AHİK uşaqlar üçün Novruz şənlikləri təşkil edib

13:09
19 Mart

Suqovuşanda inşa olunan məsciddə eyni vaxtda 100-dək insan ibadət edə biləcək

13:05
19 Mart

Suqovuşana həyat qayıdır - kəndə köçlə bağlı 180 ailə siyahıya alınıb  

13:04
19 Mart

Rusiya ekspertləri Putinlə Trampın telefon danışığını Ukrayna münaqişəsi üzrə gərginliyin azaldılması istiqamətində atılan addım hesab edirlər  

13:01
19 Mart

Azərbaycan Respublikası Milli Məclisinin deputatlarının 2025-ci ilin aprel ayında vətəndaşların qəbulu CƏDVƏLİ

13:00
19 Mart

Milli Məclisin növbəti iclasının vaxtı və gündəliyi açıqlanıb

12:59
19 Mart

DSX-nin Xüsusi Məktəbində bayram tədbiri keçirilib

12:58
19 Mart

MDB-nin mənzil-qərargahında “Birliyin Mədəniyyət Günləri” Konsepsiyası layihəsi müzakirə olunub

12:33
19 Mart

32 ildən sonra Cəbrayıl şəhəri Mehdi Mehdizadə adına məktəbdə Novruz sevinci yaşanıb  

11:55
19 Mart

Prezident İlham Əliyev Sahibə Qafarovaya “Şərəf” ordenini təqdim edib - YENİLƏNƏCƏK

11:43
19 Mart

Ağdərə rayonunun Sərsəng su anbarı-Umudlu kəndinə gedən avtomobil yolunda yenidənqurma işləri başa çatıb

11:37
19 Mart

Elm və təhsil naziri “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb

11:32
19 Mart

S.Ə.Qafarovanın “Şərəf” ordeni ilə təltif edilməsi haqqında

11:21
19 Mart

Ukraynalı ekspert: Tramp-Putin razılaşmasının detalları açıqlanmalıdır

10:58
19 Mart

Mart ayının bütün sosial ödənişləri yekunlaşıb

10:57
19 Mart

Məhkəmə-Hüquq Şurasının iclasında bir sıra qərarlar qəbul olunub

10:56
19 Mart

Yol polisi bayram günləri ilə əlaqədar sürücülərə müraciət edib

10:56
19 Mart

Əkrəm İmamoğlu saxlanılıb

10:55
19 Mart

Azərbaycan neftinin qiyməti 73 dollardan aşağı düşüb

10:54
19 Mart

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!