11 Fevral 2025 00:57
981
MSK
A- A+
2025-ci il yanvarın 29-da keçirilmiş bələdiyyə seçkilərində Mərkəzi Seçki Komissiyasına daxil olmuş 8 fevral 2025-ci il tarixli 41 saylı müraciətə baxılmasına dair Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının qərarı

2025-ci il yanvarın 29-da keçirilmiş bələdiyyə seçkilərində Mərkəzi Seçki Komissiyasına daxil olmuş 8 fevral 2025-ci il tarixli 41 saylı müraciətə baxılmasına dair Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının qərarı


Qərar № 10/56


2025-ci il yanvarın 29-da keçirilmiş bələdiyyə seçkilərində 81 saylı İmişli seçki dairəsindən İmişli bələdiyyəsi üzvlüyünə qeydə alınmış namizəd İsmayılov Mehman Qadir oğlu 8 fevral 2025-ci ildə Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına (bundan sonra - Mərkəzi Seçki Komissiyası) teleqramla müraciət edərək həmin seçki dairəsi dairə seçki komissiyasının 7 fevral 2025-ci il tarixli 13/46 saylı Qərarını mübahisələndirərək, bununla bağlı müvafiq tədbirlərin görülməsini xahiş etmişdir.

Müraciət Azərbaycan Respublikası Seçki Məcəlləsinin (bundan sonra - Seçki Məcəlləsi) 112-ci və 112-1-ci maddələrinə uyğun olaraq Mərkəzi Seçki Komissiyasının nəzdində ekspert qrupunun üzvü tərəfindən araşdırılmış və bu barədə müvafiq rəy verilərək Mərkəzi Seçki Komissiyasının iclasında baxılmışdır.

81 saylı İmişli seçki dairəsində İmişli bələdiyyəsi üzvlüyünə qeydə alınmış namizəd M.Q.İsmayılov müraciətində səsvermə günü həmin seçki dairəsi dairə seçki komissiyasının İmişli bələdiyyəsinə seçki keçirilən seçki məntəqələri üzrə səsvermənin saxtalaşdırıldığını iddia edərək həmin seçki məntəqələri üzrə səsvermənin nəticələrini mübahisələndirmişdir.

Araşdırma ilə bağlı müraciət etmiş namizədlə əlaqə saxlanılıb, araşdırma və iclasda iştirak etmək, həmçinin digər hüquqlarının olması izah edilmişdir. Lakin o, araşdırmada və komissiyanın iclasında iştirak etməkdən imtina etmişdir.

İddia edilən pozuntularla əlaqədar qeydə alınmış namizədin şikayəti 81 saylı İmişli seçki dairəsinin dairə seçki komissiyası tərəfindən araşdırılmış, dairə seçki komissiyasının 7 fevral 2025-ci il tarixli 13/46  saylı qərarı ilə müraciət əsassız hesab olunaraq təmin edilməmişdir.

Araşdırma ilə əlaqədar dairə seçki komissiyasından müvafiq sənədlər alınaraq icraat materiallarına əlavə edilmiş və təkrarən araşdırılmışdır.

Mərkəzi Seçki Komissiyasında aparılmış geniş, tam, hərtərəfli, obyektiv araşdırma zamanı namizədin mübahisələndirdiyi seçki məntəqələri üzrə müvafiq seçki subyektlərindən, o cümlədən səsvermə günü həmin seçki məntəqələrində səsvermə prosesini müşahidə etmiş müşahidəçilər, məntəqə seçki komissiyalarının sədrləri, katibləri, üzvləri, qeydə alınan digər namizədlər (sözügedən bələdiyyə üzrə liderlər siyahısında olmayan) tərəfindən verilmiş izahatlarda iddia edilən qanun pozuntuları öz təsdiqini tapmamışdır.

Bundan əlavə nəticələri mübahisələndirilən 2, 3, 8, 10 və 11 saylı seçki məntəqələrində 21 yanvar 2025-ci il tarixli 4/13 saylı "2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərində seçki məntəqələrində veb-kameraların quraşdırılması barədə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının Qərarı"na əsasən veb-kamera quraşdırılıb. İcraatın tərkib hissəsi olaraq veb-kamera görüntülərinə baxış keçirilib və hər hansı qanun pozuntusu müşahidə edilməmişdir.

Aparılmış icraatla müəyyən edilmişdir ki, 81 saylı İmişli seçki dairəsi dairə seçki komissiyası mövcud qərarla düzgün hüquqi nəticəyə gəlmiş, namizədlərin səsvermə günü baş verdiyi ehtimal edilən qanun pozuntuları ilə əlaqədar müraciətinə qanunla nəzərdə tutulmuş qaydada və müddətdə baxmış, o cümlədən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməklə əsaslandırılmış qərar qəbul etmişdir.

Beləliklə, İmişli bələdiyyəsi üzvlüyünə qeydə alınmış namizəd M.Q.İsmayılovun müraciəti əsassız olduğundan təmin edilməməli və 81 saylı İmişli seçki dairəsi dairə seçki komissiyasının 7 fevral 2025-ci il tarixli 13/46 saylı qərarı dəyişdirilmədən saxlanılmalıdır.

Yuxarıda göstərilənləri əsas götürərək, Mərkəzi Seçki Komissiyası Seçki Məcəlləsinin 19.4-cü, 19.14-cü, 112-ci, 112-1-ci maddələrinə əsasən qərara alır:

1. 2025-ci il yanvarın 29-da keçirilmiş bələdiyyə seçkilərində 81 saylı İmişli seçki dairəsindən İmişli bələdiyyəsi üzvlüyünə qeydə alınmış namizəd İsmayılov Mehman Qadir  oğlunun 8 fevral 2025-ci il tarixli 41 saylı müraciəti əsassız olduğundan təmin edilməsin, dairə seçki komissiyasının 7 fevral 2025-ci il tarixli 13/46 saylı Qərarı dəyişdirilmədən saxlanılsın.

2. Bu Qərar dərc edildiyi gündən qüvvəyə minir. 



Sədr Məzahir Pənahov

Katib Arifə Muxtarova

Katib Mikayıl Rəhimov


10.02.2025

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Gənclər və Idman nazirliyinin kollegiya iclasi keçirilib

13:30
19 Mart

Axtarışda olan şəxs Qazaxıstanda tutularaq Azərbaycana ekstradisiya edilib

13:18
19 Mart

Sərsəng su anbarından Ağdərənin Umudlu kəndinə çəkilən avtomobil yolu turizmin inkişafına da töhfə verəcək

13:17
19 Mart

Sabah külək əsəcək, bəzi yerlərdə arabir yağıntı olacaq

13:16
19 Mart

İtkin şəhid Atakişi Atayev Keşlə qəsəbəsindəki Şəhidlər xiyabanında torpağa tapşırılıb

13:14
19 Mart

AFFA “Qarabağ” və “Sabah”ı cərimələyib

13:12
19 Mart

Şəhid Rəşad Zeynallının ailəsi ziyarət edilib

13:11
19 Mart

AHİK uşaqlar üçün Novruz şənlikləri təşkil edib

13:09
19 Mart

Suqovuşanda inşa olunan məsciddə eyni vaxtda 100-dək insan ibadət edə biləcək

13:05
19 Mart

Suqovuşana həyat qayıdır - kəndə köçlə bağlı 180 ailə siyahıya alınıb  

13:04
19 Mart

Rusiya ekspertləri Putinlə Trampın telefon danışığını Ukrayna münaqişəsi üzrə gərginliyin azaldılması istiqamətində atılan addım hesab edirlər  

13:01
19 Mart

Azərbaycan Respublikası Milli Məclisinin deputatlarının 2025-ci ilin aprel ayında vətəndaşların qəbulu CƏDVƏLİ

13:00
19 Mart

Milli Məclisin növbəti iclasının vaxtı və gündəliyi açıqlanıb

12:59
19 Mart

DSX-nin Xüsusi Məktəbində bayram tədbiri keçirilib

12:58
19 Mart

MDB-nin mənzil-qərargahında “Birliyin Mədəniyyət Günləri” Konsepsiyası layihəsi müzakirə olunub

12:33
19 Mart

32 ildən sonra Cəbrayıl şəhəri Mehdi Mehdizadə adına məktəbdə Novruz sevinci yaşanıb  

11:55
19 Mart

Prezident İlham Əliyev Sahibə Qafarovaya “Şərəf” ordenini təqdim edib - YENİLƏNƏCƏK

11:43
19 Mart

Ağdərə rayonunun Sərsəng su anbarı-Umudlu kəndinə gedən avtomobil yolunda yenidənqurma işləri başa çatıb

11:37
19 Mart

Elm və təhsil naziri “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb

11:32
19 Mart

S.Ə.Qafarovanın “Şərəf” ordeni ilə təltif edilməsi haqqında

11:21
19 Mart

Ukraynalı ekspert: Tramp-Putin razılaşmasının detalları açıqlanmalıdır

10:58
19 Mart

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!