07 Fevral 2025 02:15
2630
MSK
A- A+
2025-ci il yanvarın 29-da keçirilmiş bələdiyyə seçkilərində Mərkəzi Seçki Komissiyasına daxil olmuş 5 fevral 2025-ci il tarixli 35 saylı müraciətə baxılmasına dair Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının qərarı

2025-ci il yanvarın 29-da keçirilmiş bələdiyyə seçkilərində Mərkəzi Seçki Komissiyasına daxil olmuş 5 fevral 2025-ci il tarixli 35 saylı müraciətə baxılmasına dair Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının qərarı


Qərar № 8/38


2025-ci il yanvarın 29-da keçirilmiş bələdiyyə seçkilərində 83 saylı Beyləqan seçki dairəsindən Birinci Aşıqlı bələdiyyəsi üzvlüyünə qeydə alınmış namizəd Məmmədov Elvin Fazil oğlunun müraciəti 2025-ci il fevralın 5-də Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına (bundan sonra - Mərkəzi Seçki Komissiyası) ünvanlanmış, müraciətdə  səsvermə günü adıçəkilən seçki dairəsinin 26  saylı seçki məntəqəsində qanun pozuntularına yol verildiyi iddia edilmiş, bu pozuntuların araşdırılmasını və bununla bağlı müvafiq tədbirlərin görülməsi xahiş olunmuşdur.

Müraciət Azərbaycan Respublikası Seçki Məcəlləsinin (bundan sonra - Seçki Məcəlləsi) 112-ci və 112-1-ci maddələrinin tələblərinə uyğun olaraq Mərkəzi Seçki Komissiyasının nəzdində fəaliyyət göstərən ekspert qrupunun üzvü tərəfindən nəzərdən keçirilmiş, bu barədə müvafiq rəy verilmiş və Komissiyanın iclasında baxılmışdır.

Seçki Məcəlləsinin tələbinə görə, iddia olunan qanun pozuntuları ilə bağlı müraciətlər ilkin olaraq dairə seçki komissiyasına verilməli, həmin müraciət üzrə dairə seçki komissiyasının qəbul etdiyi qərardan, hərəkətdən (hərəkətsizlikdən) Mərkəzi Seçki Komissiyasına şikayət verilə bilər.

Seçki Məcəlləsinin 112-1.12-ci maddəsinə əsasən, şikayət aidiyyət qaydalarının pozulması ilə daxil olmuşdursa, onda həmin şikayətin aidiyyəti üzrə göndərilməsinə dair qərar qəbul edilməlidir.

Mərkəzi Seçki Komissiyası Seçki Məcəlləsinin 19.4-cü, 19.14-cü, 28.2-ci, 112-ci və 112-1-ci maddələrinə əsasən qərara alır:

1. 2025-ci il yanvarın 29-da keçirilmiş bələdiyyə seçkilərində 83 saylı Beyləqan seçki dairəsindən Birinci Aşıqlı bələdiyyəsi üzvlüyünə qeydə alınmış namizəd Məmmədov Elvin Fazil oğlunun 2025-ci il 5 fevral tarixli 35 saylı müraciəti aidiyyəti üzrə araşdırılması üçün həmin seçki dairəsinin dairə seçki komissiyasına göndərilsin.

2. Bu Qərar dərc edildiyi gündən qüvvəyə minir.


Sədr Məzahir Pənahov

Katib Arifə Muxtarova

Katib Mikayıl Rəhimov


06.02.2025

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Artıq «iPhone»lara zəlzələ bildirişləri gələcək

15:36
07 Noyabr

Gürcüstanın “Sakartvelos Respublika” qəzetində Zəfər Günü ilə əlaqədar məqalə dərc olunub  

15:34
07 Noyabr

Zəfər Günü münasibətilə ağacəkmə aksiyası keçirilib  

15:31
07 Noyabr

Akademik: Mağaza və restoranların adlarında, küçə reklamlarında dil normalarına ciddi nəzarət olunmalıdır  

15:29
07 Noyabr

Professor Nadir Məmmədli: Azərbaycan dilinin milli korpusu yaradılır  

15:28
07 Noyabr

Prokuror sənədlərin və sübutların David Babayanla bağlı olan hissəsini elan edib - MƏHKƏMƏ  

15:25
07 Noyabr

Azərbaycanın Rusiyadakı səfirliyində yeni elektron növbə sistemi tətbiq olunur  

15:24
07 Noyabr

Mediada Azərbaycan ədəbi dilinin normalarının düzgün tətbiqi – Konfrans

15:20
07 Noyabr

Türk Akademiyası Azərbaycanın Vətən müharibəsi haqqında qazax dilində kitab nəşr etdirib  

15:16
07 Noyabr

Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğandan

14:21
07 Noyabr

Sahil Babayev: Növbəti ildə Azərbaycan dövlət büdcəsinin 57 faizi qeyri-neft gəlirləri hesabına olacaq  

14:04
07 Noyabr

Nazir: Bu il dotasiyadan istifadə normal səviyyədədir, amma subvensiya və subsidiya üzrə istifadə çox aşağıdır  

14:03
07 Noyabr

İran Prezidenti: Əgər quraqlıq davam edərsə, Tehran təxliyə olunmalıdır  

13:58
07 Noyabr

Uşaqlıq xatirələrini bərpa etmək mümkün oldu

13:54
07 Noyabr

Donald Tramp: Qazaxıstan rəsmi olaraq İbrahim sazişlərinə qoşulmağa razılıq verib  

13:54
07 Noyabr

Reaktiv bel çantası təqdim edilib

13:53
07 Noyabr

Kiberpolis qanunsuz qumar oyunlarını sosial şəbəkələrdə reklam edən şəxslərə qarşı tədbir keçirib

13:51
07 Noyabr

Şuşakənd, Badara, Həsənriz və Vəngli kənd sakinləri sosial müdafiə tədbirləri ilə bağlı maarifləndirilib  

13:46
07 Noyabr

Ombudsman: İnsan hüquqlarının qorunması sahəsində qanunvericiliyin təkmilləşdirilməsi olduqca zəruridir  

13:43
07 Noyabr

Sabah hava əsasən yağmursuz keçəcək  

13:38
07 Noyabr

Prezident İlham Əliyev Slovakiya Baş nazirinin müavininin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib  

13:34
07 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!