Azərbaycan Respublikası Mediasiya Şurasının müvafiq razılığı ilə Abşeron 2 saylı Mediasiya Təşkilatının Xırdalan şəhərində tanıtım tədbiri keçirilmişdir. Tədbirdə hüquq ictimaiyyətinin tanınmış nümayəndələri -Mediasiya Şurasının Fəxri me-diatoru Sevda Məhərrəmova, Mediasiya Şurasının İntizam Komissiyasının sədr müavini Orxan Mahmudov, komissiyanın üzvü Esmira Rzayeva, Abşeron Vəkil Bürosunun müdiri Muğan Əliyev, Xırdalan Vəkil Bürosunun müdir müavini Toğrul Vəliyev, Bakı 20 saylı Mediasiya Təşkilatının rəhbəri Nicat İsmayılov, Bakı 6 saylı Mediasiya Təşkilatının mediatorla-rı, "Azərhüquq Mərkəzi" MMC-nin direktoru Tağı Hüseynov, Abşeron rayonu 2 saylı Notariat ofisinin əməkdaşları və digər qonaqlar iştirak etmişlər.
Tədbiri açılış nitqi ilə açan Abşeron 2 saylı Mediasiya Təşkilatının rəhbəri Rüstəm Məhərrəmov iştirakçıları salamlamış, təşkilatın təsis olunmasında əməyi keçən hər kəsə, xüsusilə Mediasiya Şurası İdarə Heyətinin sədri Nadir Adilova dərin minnətdarlığını ifadə etmişdir.
Çıxışında həmçinin o, ölkə başçısının ABŞ-yə səfəri çərçivəsində Azərbaycan ilə Ermənistan arasında sülhün əldə olunması ilə bağlı 3 ölkə liderinin iştirakı ilə birgə sənədlərin imzalanmasını tarixi hadisə kimi qiymətləndirmiş və bu münasibətlə tədbir iştirakçılarını təbrik etmişdir.
Bundan əlavə, görüş zamanı Abşeron 2 saylı Mediasiya Təşkilatının bugünkü və gələcək fəaliyyəti barədə qonaqlara ətraflı məlumat verilmiş, qarşılıqlı fikir mübadiləsi aparılmış, təşkilatın məqsəd və fəaliyyət istiqamətləri təqdim olunmuşdur.
Sonda tədbir iştirakçılarına hədiyyələr təqdim edilmiş, xatirə fotoları çəkilmişdir.