02 May 2014 02:05
132
CƏMİYYƏT
A- A+
Xəzər dənizindəki neft-qaz yataqlarında mövsümi ekoloji monitorinq işləri aparılır

Xəzər dənizindəki neft-qaz yataqlarında mövsümi ekoloji monitorinq işləri aparılır

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) ekologiya idarəsinin ekoloji monitorinq departamenti Xəzər dənizinin Azərbaycan sektorundakı neft-qaz yataqlarında il ərzində iki dəfə olmaqla, yaz-yay, payız-qış mövsümlərində ekoloji monitorinqlər aparır.

ARDNŞ-in mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, cari ilin aprel ayında departamentin ekoloji tədqiqatlar ekspedisiyası tərəfindən “MPK-452” gəmisi vasitəsilə N.Nərimanov adına neft və qaz çıxarma idarəsinin istismar etdiyi “8 Mart” və “Səngəcal-Duvvanı-Xərə-Zirə” yataqlarında ətraf mühitin vəziyyətinin monitorinqi həyata keçirilmişdir. Monitorinqlər zamanı layihə üzrə seçilmiş stansiyalarda su nümunələri götürülmüş, həmin nümunələrdə hidrogen ionlarının qatılığı (pH), oksigenin miqdarı, suyun duzluluğu, elektrik keçiriciliyi və temperaturu gəminin laboratoriyasındakı “Professional Plus” çoxrejimli analitik cihazla təyin olunmuşdur.
Bundan əlavə, yataqlarda mövsümlər üzrə dinamikanın öyrənilməsi məqsədilə dəniz dibindən çöküntü və bentos nümunələri, dəniz suyundan fitoplankton və zooplankton nümunələri götürülmüş, gəminin laboratoriyasında konservasiya edilmiş, qablaşdırılmış və ekologiya idarəsinin sahildə yerləşən kompleks tədqiqatlar laboratoriyasına təhvil verilmişdir. Monitorinq zamanı stansiyalarda dəniz axınlarının sürət və istiqaməti müasir tipli “3D-ACM-7000” cihazı vasitəsilə ölçülmüşdür.
Aparılacaq analitik tədqiqatlardan sonra ətraf mühitin vəziyyəti barədə monitorinq hesabatı hazırlanacaqdır. Ekoloji monitorinq işlərinin digər dəniz yataqlarında da davam etdirilməsi nəzərdə tutulur.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycan-Tailand münasibətləri: Əməkdaşlıq genişlənir

16:47
20 Aprel

Belçika və Niderland səfirləri XİN-ə çağırılıb, anti-Azərbaycan sənədlərinə etiraz bildirilib  

15:54
20 Aprel

İsmail Beqai: İran zənginləşdirdiyi uranı xarici ölkələrə verməyi heç vaxt müzakirə etməyib

14:18
20 Aprel

Hərbi vəzifəlilərlə təlim toplanışı başlayıb

14:17
20 Aprel

Çin–Avropa marşrutlarında Azərbaycanın rolu xüsusi vurğulanıb

14:16
20 Aprel

Avropada mühüm müzakirə: Azərbaycanın mina problemindən danışılıb  

14:15
20 Aprel

Ötən həftə 1455 hektardan çox ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib  

14:11
20 Aprel

Türkiyənin 14 vilayətindən ixrac 1 milyard dolları keçib

14:11
20 Aprel

Finalda “Qalatasaray”ı məğlub edən “Fənərbağça” Avroliqanın qalibi olub

14:01
20 Aprel

Azərbaycan növbəti bir il ərzində UNESCAP-a sədrlik edəcək

13:51
20 Aprel

Sabah respublika üzrə aprel ayının pensiyalarının ödənişi tam yekunlaşdırılacaq

13:43
20 Aprel

BMT: Qadınlar və kişilər üçün rəqəmsal texnologiyalara bərabər çıxış təmin edilməlidir 

13:29
20 Aprel

Media: İran müdafiə və raket proqramlarını ABŞ ilə müzakirə etmir

13:05
20 Aprel

İbrahim Əzizi: İran mənasız danışıqlara vaxt itirmək niyyətində deyil

13:03
20 Aprel

Qlobal qeyri-müəyyənlik şəraitində Azərbaycan iqtisadiyyatı: Neftdən asılılığın azaldılması və yeni fiskal prioritetlər  

13:02
20 Aprel

Ali Məclisin komitə iclasında 2 məsələ müzakirəyə çıxarılıb

13:02
20 Aprel

Şri-Lanka tərəfi Azərbaycanın humanitar yardımına görə minnətdarlığını bildirib

13:00
20 Aprel

Yaponiyada sunami xəbərdarlığı elan edilib

12:57
20 Aprel

Sabah yağış yağacaq, axşam tədricən kəsiləcək

12:56
20 Aprel

Orta Dəhlizin aktuallığı artıb

12:56
20 Aprel

Naftalanda və Tərtərdə məhkəmə qərarları əsasında müsadirə olunmuş narkotik vasitələr məhv edilib  

12:55
20 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!