30 Noyabr 2011 01:11
660
SİYASƏT
A- A+
Uzaq olduğu qədər də yaxın Bolqarıstan

Uzaq olduğu qədər də yaxın Bolqarıstan

 

"Məmnunam ki, dialoqun, həmçinin mədəniyyətlərarası mübadilələr sahəsində əlaqələrin genişləndirilməsi üçün iradə və istək vardır. Bolqarıstan öz regionunda, Azərbaycan isə öz regionunda mədəniyyətlərarası dialoq sahəsində vacib rol, hətta deyərdim ki, lider rolu oynayır."

 

Georqi Pırvanov,

Bolqarıstan Prezidenti

 

Bu günlərdə Bolqarıstan Prezidenti Georqi Pırvanovun respublikamıza rəsmi səfəri bu ölkəyə marağı bir qədər də artırdı. Ümumiyyətlə, hər iki ölkə arasında illərdir formalaşan münasibətlər daim inkişaf etməkdə, yenilənməkdədir. Avropanın bir hissəsi olan Bolqarıstan Respublikası (bolqarca: Republika Bclqariə) xeyli vaxtdır Avropa İttifaqı və Şimali Atlantika Müqaviləsi Təşkilatının (NATO) üzvüdür. O, beş ölkə ilə - şimaldan Rumıniya, qərbdən Serbiya və Makedoniya, cənubdan Yunanıstan və Türkiyə ilə həmsərhəddir.

Bolqar xalqı zəhmətsevərliyi ilə ad çıxarıb və hətta bir  rəvayətə görə, Tanrı dünyadakı torpaqları  bölüşdürəndə bolqarlardan savayı bütün xalqlar onun yanında olublar. Bolqarlar isə bu vaxt torpaqda çalışıb axşamacan zəmilərdə toxum səpdikləri üçün həmin bölgədə iştirak etməyiblər. Tanrı isə bolqarların bu zəhmətkeşliyini görüb onlara "cənnət"i - indi Bolqarıstan adlanan ərazini hədiyyə edib. Bolqarlar bu "cənnət" diyarı məmnuniyyətlə qəbul edərək onun daha da gözəlləşməsinə, abadlığına və firavanlığına, insanlarının azadlığına və xoşbəxtliyinə  çalışıblar.

Bolqarıstan Respublikası uzun illər sosialist birliyinin bir üzvü olsa da, öz milli xüsusiyyətlərini, adət-ənənələrini qoruyub saxlamağa çalışıb və demək olar ki, buna nail olub.

Bolqarıstanda yerli idarəetmələr bölgə və şəhər tipli qəsəbələr - districtlər və bələdiyyələrdir. 1991-ci ildə salınan şəhər tipli qəsəbələr hələ qurulma mərhələsini başa çatdırmayıb. Hazırda Bolqarıstanda 9 bölgə və 255 bələdiyyə var. Bolqarıstanın əhalisi 31 dekabr 2009-cu ilə olan məlumata əsasən, 7.563.710 nəfər və ərazisi 111.000 km-dir.

Bolqarıstan Respublikasının paytaxtı Sofiya şəhəridir. Ölkənin rəsmi dili bolqar dilidir. İdarəetmə formasına görə Bolqarıstan parlamentli respublikadır.

Ölkədə yüz  illər boyu məskunlaşan əsas etnik qruplar  bolqarlar, türklər, qaraçılar və pomaklardır. Pul vahidi levdir.

Bolqarlar slavyan xalqları qrupuna daxil olsalar da, qanlarında və adlarında böyük türk tayfalarından birinin adını yaşadırlar. Əsrlər boyu türk dövlətlərinin tərkibində olduqlarını da bura əlavə etsək, mənzərə daha da aydınlaşar. Tədqiqatçılar bulqarları (bolqar, balkar və s.) Şimali Qafqaz çöllərində hunlardan əvvəl yaşamış türkdilli tayfa hesab edirlər. Onların bir hissəsi məhz Şimali Qafqazdan indiki Ermənistan ərazisinə gəlib məskunlaşmışdır. Orda "Bulqar dağı" adlı toponim indi də mövcuddur.

Bulqar tayfasının adı "Dədə Qorqud" eposunda da çəkilir. Erkən orta əsrlərə aid mənbələrdə bulqarların kazan, çakar, kol (kul), kuvyar və basil adlı tayfalardan ibarət olması göstərilir. Ermənistanda Qazan adlı qala XII əsrdən məlumdur və orada  keçən əsrdə Qazançı adlı azərbaycanlı kəndləri vardı (bir Qazançı kəndinin adı 1946-cı ildə dəyişdirilərək Meqreşen adlandırılmışdır).

Bulqarların çakar tayfasının adı  Çaxırlı azərbaycanlı kəndinin adında öz əksini tapmışdır. Çaxırlı adlı kəndlər Azərbaycanda da vardır və onların, əslində, Çakarlıdan təhrif olunması  çoxdan məlumdur.

Hunguların yıxılmasından sonra, hunların qərbə köç etməsi səbəbindən bolqarlar şimala üz tutdular. V əsrdə şərqdən gələn Sabir türkləri ilə qarşılaşıb bir az da şimala və qərbə çəkildilər, Avropa hunlarının bir parçası oldular. Avropa hunları ilə ogur türklərinin qarışmasıyla "bolqar" adıyla xatırlanan türk birliyini meydana gətirdilər. Bolqar - "bulanmaq", "qarışmaq" mənasını verməkdədir. Hunlardan sonra Sabirlərin və Göytürklərin hakimiyyətinə girdilər.

Böyük bolqar xanlığı 630-cu ildə Kubrat xan tərəfindən quruldu. VII əsrin ilk yarısında Xan Kubrat Qara dənizin şimalında dağınıq yaşayan  Kutrigurlar, Utiqurlar, Sabirlər və Onogurlar kimi türk soylarını və bundan başqa 7 slavyan qövmünü ilk böyük bolqar dövlətinin tərkibində birləşdirmişdir. Beləliklə, "bolqar" adında yeni bir boy əmələ gəlmişdir. Ancaq qurulan dövlət uzun ömürlü olmadı. VII əsrin ikinci yarısında, Kubrat xanın 665-ci ildə ölümündən sonra digər bir türk xalqı - xəzərlər bu dövləti məğlub etdilər.

Xəzərlərin hakimiyyəti altında yaşamağa razı qalan bolqarlara "Quru bolqarlar" deyilir. Xalqın ən əhəmiyyətli hissələrindən bir qismi şimala köç edib İdil bolqarları dövlətini qurdular, şimala köç edən İdil bolqarlarına "ağ bolqarlar" da deyirlər. Ağ bolqarlardan bugünkü cuvaşlar  meydana gəlmişdir. Xan Asparuhun tabeçiliyi altında cənub-qərbə köç edən hissə isə 678-ci ildə Tuna bolqar dövlətini qurdular və bugünkü Bolqarıstanın təməlini qoydular...

Artıq Bolqarıstan öz müstəqilliyinin ikinci yüz ilini yaşamaqdadır. Uzun əsrlər Osmanlı imperatorluğunun tərkibində olan Bolqarıstan yalnız XIX əsrin ortalarında başlanan rus-türk müharibələrindən sonra - 3 mart 1878-ci ildən müstəqil dövlətə çevrilə bildi...

XX əsr Şərqi Avropanın bir çox ölkəsi kimi Bolqarıstan üçün də sosializm ideyalarının "təntənəsi" ilə yadda qaldı. Sosialist quruluşu dağıldıqdan sonra Bolqarıstan sürətlə inkişaf etməyə başladı. Bu ölkə 2007-ci ildə Avropa İttifaqına (Aİ) tamhüquqlu üzv qəbul edilib.

Öz müstəqilliyini əldə etdikdən sonra Azərbaycan-Bolqarıstan münasibətləri böyük sürətlə inkişaf etməkdədir. 14 yanvar 1992-ci ildə Bolqarıstan Respublikası Azərbaycanı müstəqil dövlət kimi tanıyıb. 5 iyun 1992-ci ildə iki ölkə arasında diplomatik əlaqələr qurulub. 1999-cu ilin dekabrından Bolqarıstanın Azərbaycanda səfirliyi fəaliyyət göstərir.

16 aprel 2004-cü ildə Azərbaycan Prezidenti İlham Əliyev Bolqarıstanda Azərbaycan səfirliyinin açılması haqqında imzaladığı sərəncamla ikitərəfli münasibətlər yeni bir keyfiyyət qazandı.

1995-ci ilin iyununda ümummilli lider Heydər Əliyev Bolqarıstanda rəsmi səfərdə olub. 1999-cu  ilin dekabrında Bolqarıstanın o vaxtkı Prezidenti Petar Stoyanov Azərbaycana rəsmi səfərə gəlib. 28 may 1999-cu ildə ulu öndər Heydər Əliyev daha bir sənəd - iki ölkə arasında iqtisadi-ictimai və elmi-texniki komissiyanın yaradılması haqqında sərəncam imzalayıb. Bundan sonra bütün istiqamətlərdə - müdafiə, təhsil, mədəniyyət və digər sahələrdə münasibətlər sürətlə inkişaf etməyə başlayıb.

16 mart 2004-cü ildə ATƏT-in fəaliyyətdə olan sədri, Bolqarıstanın xarici işlər naziri S.Passi Bakıda Prezident İlham Əliyev və digər rəsmi şəxslərlə görüşüb. 2004-cü ilin oktyabrında Bolqarıstanın Prezidenti Q.Pırvanov və onun başçılıq etdiyi nümayəndə heyəti Prezident İlham Əliyevin dəvəti ilə Azərbaycana gəlib. Bu görüşlər zamanı ikitərəfli və siyasi əlaqələr, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması və bu sahədə ATƏT-in fəaliyyətinin daha da intensivləşdirilməsi, NATO, Aİ-yə dair məsələlər, ticari-iqtisadi komissiya və elmi-texniki komissiyanın fəaliyyəti barədə məsələlər, beynəlxalq terrorizmə qarşı birgə əməkdaşlıq, parlamentlərarası əməkdaşlığa dair məsələlər müzakirə olunub. Səfər zamanı Azərbaycan Respublikası və Bolqarıstan arasında birgə bəyannamə, Şəki və Qabrovo arasında qardaşlaşmış şəhər nümayəndiliyinin yaradılması haqqında birgə bəyannamə, Azərbaycan Teleqraf Agentliyi və Bolqarıstan Teleqraf Agentliyi arasında saziş, Azərbaycan Respublikası hökuməti və Bolqarıstan hökuməti arasında səhiyyə və tibb elm sahəsində saziş, investisiyanın təşviqi və qarşılıqlı qorunması haqqında saziş, ticari-iqtisadi və elmi-texniki əməkdaşlıq üzrə Azərbaycan-Bolqarıstan Hökumətlərarası komissiyanın ikinci iclasının protokolu, ticarət gəmiçiliyi haqqında saziş imzalanıb. Artıq iki ölkə arasında imzalanan sənədlərin sayı 40-ı adlayıb.

Son dövrlər Azərbaycan-Avropa Birliyi arasında münasibətlərin inkişafında Bolqarıstan öz səylərini artırmaqdadır. Bu isə artıq dostluq və əməkdaşlığın yeni bir mərhələsindən xəbər verir. Azərbaycan Prezidenti İlham Əliyev bu məsələyə toxunarkən inamla qeyd etmişdir: "Hesab edirəm ki, hazırda biz Avropa İttifaqı - Azərbaycan əlaqələrinin gələcək inkişafı ilə bağlı çox vacib mərhələdəyik. İndi uzunmüddətli əlaqələrin formalaşması prosesi getməkdədir. Mən tam əminəm ki, bu əlaqələr çox möhkəm, sağlam zəmin üzərində qurulacaqdır, qarşılıqlı maraqlar təmin ediləcəkdir."

 

Bəxtiyar QARACA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

"Azərbaycan Respublikasının ərazi müdafiəsi haqqında Əsasnamə"nin təsdiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 17 iyun tarixli 415 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında

02:34
25 İyun

“Turizm mərkəzlərində dövlətə məxsus daşınmaz əmlakın icarəyə və istifadəyə verilməsi və investisiya layihələrinin icra edilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında

02:33
25 İyun

“Azərbaycan Respublikasının dövlət büdcəsindən maliyyələşdirilən və fəaliyyət istiqamətlərinə uyğun olaraq Azərbaycan Respublikasının hüquqi və fiziki şəxslərinə, habelə bələdiyyələrə qrant verə bilən qurumların, həmçinin Azərbaycan Respublikası Gənclər Fondunun, Azərbaycan Respublikası Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin qeyri-hökumət təşkilatlarının müsabiqə yolu ilə və müsabiqədənkənar yolla, dövlət sifarişləri və subsidiya daxil olmaqla bütün növ maliyyələşdirilməsinin “bir pəncərə” prinsipi əsasında Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi ilə birlikdə həyata keçirməsi Qaydası”nın təsdiq edilməsi haqqında

02:32
25 İyun

“Qaz təchizatı sisteminə dair Qaydalar”ın təsdiq edilməsi və “Tikinti obyektlərinin qazpaylayıcı şəbəkəyə qoşulması və ya əlavə qaz həcmi alması Qaydası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 30 avqust tarixli 297 nömrəli Qərarının ləğv edilməsi barədə

02:31
25 İyun

“Ortamüddətli dövr üçün hədəf göstəricilərinin müəyyən edilməsi Qaydası”nın təsdiq edilməsi haqqında

02:29
25 İyun

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 2 fevral tarixli 21 nömrəli Qərarı ilə təsdiq edilmiş “Bağlaşma əsasında həqiqi hərbi xidmətə daxilolmanın halları və Qaydası”nda dəyişiklik edilməsi haqqında

02:25
25 İyun

Nizami Gəncəvi Beynəlxalq Mərkəzi Londonda iqlim investisiyalarına həsr olunmuş dəyirmi masa təşkil edib  

22:17
24 İyun

“Qayıdış hüququ və öz müqəddəratını təyinetmə” konfransının iştirakçıları ABŞ Konqresinə müraciət ünvanlayıblar  

22:16
24 İyun

AŞPA Gürcüstanla bağlı qətnamə qəbul edib

22:03
24 İyun

İnsan hüquqları komitəsində kibertəhlükəsizlik və rəqəmsal qanunvericiliklə bağlı mühüm dəyişikliklər nəzərdən keçirilib VİDEO  

21:52
24 İyun

“Sikh Federation International”: Bu gün Hindistan öz sərhədləri daxilində yaşayan xalqların öz müqəddəratını təyinetmə hüququnu tanımır  

21:39
24 İyun

Azərbaycan Gürcüstanda keçirilən Dövlət Xidməti Forumunda təmsil olunub

21:26
24 İyun

Bir sıra bankların müştərilərinin hesablarından vəsaitlərin təkrar silinməsi ilə bağlı texniki nasazlıq aradan qaldırılıb –RƏSMİ AÇIQLAMA  

21:20
24 İyun

Aruba Milli Köləlik İrsi Platformasının prezidenti: Köləlik bəşəriyyətə qarşı törədilmiş ən böyük cinayətlərdən biridir  

21:18
24 İyun

Azərbaycan və İran parlamentlərarası əməkdaşlığın genişləndirilməsində maraqlıdır  

21:07
24 İyun

Neftçalada DOST filialı fəaliyyətə başlayıb

21:02
24 İyun

Azərbaycanın kosmik gündəliyi BMT-nin diqqət mərkəzindədir

20:59
24 İyun

Pakistan MMU-nun nümayəndə heyətinin ölkəmizə səfəri davam edir

20:56
24 İyun

Zelenski: Ukrayna kəşfiyyatı Rusiyanın daxili sənədlərini əldə edib  

20:33
24 İyun

Abbas Abbasov: Qərbi azərbaycanlılarla bağlı mövzunun beynəlxalq ictimaiyyətə düzgün çatdırılmasına imkan verilmir  

20:26
24 İyun

Oman Hörmüz boğazında müvəqqəti dəniz dəhlizi yaradır

20:04
24 İyun

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!