22 May 2025 17:46
582
SİYASƏT
A- A+
Ukrayna Ali Radası sədrinin birinci müavininə “Dəmir Yumruq” diplomu təqdim edilib

Ukrayna Ali Radası sədrinin birinci müavininə “Dəmir Yumruq” diplomu təqdim edilib

Kiyevdə “Hər kəsin öz səsi var, bizim bir ürəyimiz var” adlı Ukraynanın Milli Azlıqları və Yerli Xalqlarının Ümumukrayna Forumu keçirilib.

AZƏRTAC xəbər verir ki, Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresi və Ukrayna Azərbaycanlıları Radasının nümayəndələrinin də iştirak etdiyi tədbir çərçivəsində ölkədə ilk dəfə milli səviyyədə “Millətlərarası Harmoniya və Mədəni Müxtəliflik Günü” qeyd olunub. Bu bayram Ukrayna Prezidentinin 2024-cü il 27 dekabr tarixli Fərmanı ilə təsis edilib. Bayramın məqsədi ölkədə yaşayan bütün milli icmaların və yerli xalqların unikal dəyərlərinin tanınması və ümumi Ukrayna mədəniyyətinin zənginləşdirilməsidir.

Forumda 300-dən çox iştirakçı - milli azlıqların və yerli xalqların nümayəndələri, hökumət rəsmiləri, diplomatlar, beynəlxalq tərəfdaşlar və ictimai xadimlər bir araya gəlib. Çıxışlarda Ukraynanı vətən hesab edən hər bir etnosun mədəni və dini adət-ənənələrinin eşidilməsi və anlaşılması, onların öz mədəni və etnik kimliklərini sərbəst şəkildə ifadə etmələrinin vacibliyi vurğulanıb.

Ukrayna Ali Radası sədrinin birinci müavini Oleksandr Kornienko tədbirdə çıxışı zamanı milli icmaların ümumi Ukrayna irsinə verdiyi töhfələrin əhəmiyyətinə diqqət çəkib: “İlk dəfə Millətlərarası Harmoniya və Mədəni Müxtəliflik Gününü qeyd etməklə, biz hər bir icmanın Ukrayna mədəni irsinə verdiyi unikal töhfəni şərəfləndiririk. Ukraynanın gücü birliyimizdədir – burada hər kəsin öz səsi var, lakin bizdə bir ürək var. Bu birlik bizi Avropa ilə inteqrasiya və ortaq uğura aparır”, - deyə o bildirib.

O.Kornienko, həmçinin çıxışı zamanı Azərbaycan dövlətinə, Prezidentinə və diaspor təşkilatlarına göstərilən dəstəyə görə xüsusi təşəkkürünü ifadə edib.

Tədbir çərçivəsində müxtəlif xalqların nümayəndələri, o cümlədən etnik azərbaycanlılar adından ağac əkilib. Forumda iştirak edən Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin Aparat rəhbəri Xəyyam Həqiqətoğlu etnik azərbaycanlılar adından Oleksandr Kornienkoya İkinci Qarabağ müharibəsinin simvollarından birinə çevrilən “Dəmir Yumruq” diplomunu hədiyyə edib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Əmanət, qızıl, yoxsa daşınmaz əmlak : Vətəndaşlar yığımlarını necə dəyərləndirməlidir?  

16:09
10 İyun

Pakistanda hərbi helikopter qəzaya uğrayıb, bütün ekipaj həlak olub

15:41
10 İyun

Prezident Ərdoğan: Türkiyənin təhlükəsizliyi ölkə sərhədləri hüdudlarından kənarda başlayır

15:40
10 İyun

Hərbi Dəniz Qüvvələrində döyüş atışlı taktiki təlim

15:37
10 İyun

MEDİA yeni qanun layihəsinin ictimai müzakirəsini təşkil edib

15:36
10 İyun

“AzerGold”da Kəlbəcərin Söyüdlü qızıl yatağı layihəsinin icra vəziyyəti nəzərdən keçirilib

15:14
10 İyun

DÇ-2026 FIFA-ya 9 milyard dollar gəlir gətirə bilər

14:48
10 İyun

Britaniyada müdafiə xərclərinin maliyyələşdirilməsi üçün vergi artımı gündəmdədir  

14:38
10 İyun

Rumen Radev Ukraynaya silah tədarükünün dayandırıldığını açıqlayıb

14:31
10 İyun

İran Amerika bazasındakı dörd obyektə zərbə endirib

14:20
10 İyun

Azərbaycan və Britaniya arasında ikiqat vergitutmanın aradan qaldırılmasına dair yeni Konvensiya layihəsi üzrə danışıqlar baş tutub  

14:18
10 İyun

Cari ildə qlobal neft tələbatının sutkada 1,1 milyon barel azalacağı gözlənilir

14:14
10 İyun

Azərbaycanın xarici dövlət borcu 8% azalıb – 2026-cı ilin iyun vəziyyəti açıqlanıb

14:07
10 İyun

Azərbaycanda inflyasiyanın həcmi açıqlanıb

13:57
10 İyun

Akademik: Əsas məsələ neftə malik olmaq deyil, ondan səmərəli istifadə etməkdədir

13:47
10 İyun

Yaponiya dəniz plastik tullantılarını aşkar etmək üçün müəssisə istifadəyə verib

13:41
10 İyun

İstehlakçıların ticarət şəbəkələrində aldıqları məhsulun dəyəri 3,8 faiz artıb

13:39
10 İyun

Azərbaycanın strateji valyuta ehtiyatları 15,2 faiz artıb

13:35
10 İyun

Süni intellekt 2030-cu ildə təqribən trilyon kilovat-saat elektrik enerjisi istehlak edə bilər  

13:23
10 İyun

Azərbaycanda muzdla çalışanların orta aylıq əməkhaqqı 1170 manatı ötüb

13:17
10 İyun

Aİ Rusiyaya qarşı 21-ci sanksiya paketinin müzakirəsinə başlayıb

13:07
10 İyun

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!