06 Sentyabr 2025 08:20
936
İQTİSADİYYAT
A- A+
Karpaç İqtisadi Forumunda Azərbaycan imzası

Karpaç İqtisadi Forumunda Azərbaycan imzası


Bu gün dünya misli görünməmiş şəkildə  bir-birinə bağlı, bir o qədər də ziddiyyətlidir. Qlobal iqtisadi böhranlar, siyasi gərginliklər və sürətlə dəyişən texnologiyalar fonunda dövlətlərin, biznesin və cəmiyyətlərin bir masa ətrafında  dialoq qurması kabinetlərdə yox, forumlarda baş tutur. 

Davos Dünya İqtisadi Forumu, Münxen Təhlükəsizlik Konfransı, Boao Asiya Forumu və s. kimi beynəlxalq tədbirlər dünyanın istiqamətini müəyyən edən müzakirə platformalarıdır.

Bu kontekstdə Mərkəzi və Şərqi Avropanın ən mühüm siyasi-iqtisadi tədbirlərindən olan Karpaç İqtisadi Forumu regionun "Şərq Davosu" adlandırılacaq qədər nüfuz qazanıb. Karpaç İqtisadi Forumunun tarixi 1992-ci ildən başlayır. Əvvəllər Polşanın Krınitsa-Zdruy şəhərində keçirilən tədbir 2020-ci ildən etibarən Karpaça köçürülüb. Hər il Polşanın bu dağətəyi şəhərində keçirilən forumda, əsasən, iqtisadi məsələlər müzakirə olunur. Məqsəd hökumət nümayəndələri, siyasətçilər, biznes liderləri, alimlər və vətəndaş cəmiyyəti arasında regional və qlobal məsələlərə dair səmərəli dialoqu təmin etməkdir. 60-dan çox ölkədən yüzlərlə iştirakçının toplandığı foruma dövlət başçıları, nazirlər, biznes nümayəndələri, qeyri-hökumət təşkilatları və akademiklər qatılırlar. Azərbaycan da zaman-zaman bu forumda müxtəlif nümayəndələrlə təmsil olunur.

Qlobal gündəmin müzakirə olunduğu belə bir platformanın bu günlər keçirilən sayca 34-cü forumu "Keçid dövrü  - Avropanı nə gözləyir?" mövzusuna həsr edilmişdir. Forumda iştirak edən Azərbaycanın nümayəndə heyəti adından İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) icraçı direktoru, professor Vüsal Qasımlı çıxış etmişdir. Diqqətə çatdırmışdır ki, yaxın illər Orta dəhlizin əhəmiyyəti daha da artacaq. Dünya Bankının proqnozlarına istinad edən natiq bildirmişdir ki, 2030-cu ilədək Çin və Avropa İttifaqı arasında ticarət dövriyyəsi 30, Avropa İttifaqı ilə Azərbaycan, Gürcüstan və Qazaxıstan arasında isə 28 faiz artacaq. Artan ticarət həcmi fonunda Orta dəhlizin yalnız alternativ marşrut kimi yox, strateji nəqliyyat və iqtisadi arteriya kimi formalaşması artıq zamanın tələbidir. V.Qasımlının sözlərinə görə, bu artım yükdaşımaların çevik, səmərəli və koordinasiyalı şəkildə idarə olunmasını qaçılmaz edir. 

Daha sonra Vusal Qasımlı diqqətəlayiq faktlarla zəngin olan "Orta Dəhliz: cari reallıqların təhlili və perspektivlərin dəyərləndirilməsi" adlı kitabı iştirakçılara təqdim etmişdir. Nəşr İİTKM-in İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD) və Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq İnstitutu (CAREC) ilə tərəfdaşlığı nəticəsində ərsəyə gəlib. Kitabın ideyası ilk dəfə 2023-cü ildə keçirilən Karpaç İqtisadi Forumunda irəli sürülüb. Sonra isə Orta dəhliz mövzusunu dərindən araşdırmaq və beynəlxalq elmi ictimaiyyətə təqdim etmək üçün geniş tədqiqat komandası yaranıb. Komandanın üzvləri Azərbaycan, Türkiyə, Qazaxıstan, Çin, Böyük Britaniya, Serbiya, Pakistan, Avstriya, İspaniya və Meksika daxil olmaqla 10 ölkədən 22 alim olub. Beynəlxalq əməkdaşlığın məhsulu olan nəşr Avropanın nüfuzlu elm mərkəzlərindən sayılan Tırqu Mureş Universitet Nəşriyyatı (University Press Targu Mureş) tərəfindən ingilis dilində çap edilib. Kitab yalnız elmi çevrələr üçün deyil, həm də nəqliyyat, ticarət və geosiyasi məsələlərlə maraqlanan geniş oxucu kütləsi üçün dəyərli mənbə hesab olunur.

Kitabda Orta dəhliz tarixən İpək yolunun canlanması ilə formalaşan yeni nəsil ticarət marşrutu kimi təqdim edilir. Nəşrdə dəhlizin keçdiyi ərazilərdə yerləşən limanlar, sərhəd-keçid məntəqələri, magistral yollar və digər infrastruktur imkanları ətraflı təhlil edilir, konkret təkliflər irəli sürülür. Həmçinin İpək yolu regionunda enerji geosiyasəti geniş şəkildə araşdırılır, "TRACECA" proqramı, "Bir kəmər, bir yol" təşəbbüsü, Orta dəhliz və Zəngəzur dəhlizi (TRIPP) kimi layihələrin regiondakı inteqrasiya, əməkdaşlıq və rəqabət mühitinə təsiri xüsusi vurğulanır.

Orta dəhlizin potensial imkanlarının reallaşdırılması üçün regional ticarətin təşviqi, özəl sektorun fəal iştirakı və bütün infrastruktur sahələrin sinxron inkişafının tövsiyə olunduğu kitabda yeni ödəniş və klirinq sistemləri, fintex və rəqəmsal maliyyə mexanizmlərinin xarici ticarət üçün yaratdığı imkanlar araşdırılır, milli valyutaların istifadəsi, rəqəmsal bankçılıq və kriptovalyutaların regional maliyyə əməkdaşlığında rolu önə çəkilir. Bundan başqa, ticarət, investisiya və azad iqtisadi zonalar üzrə aparılan araşdırmalarda ikitərəfli sazişlərin təsiri, sərhədyanı zonaların əhəmiyyəti və infrastrukturun inkişafı ilə bağlı investisiya imkanları təhlil olunur, yerli kiçik və orta sahibkarlığın logistika proseslərində iştirakının artırılması və onlar üçün bərabər imkanların yaradılması zəruri hesab edilir. Çünki Orta dəhliz nəqliyyat arteriyası kimi XXI əsrin iqtisadi xəritəsini yenidən çəkir. Hər keçən gün daha çox ölkə, daha çox investor, daha çox tərəfdaş  yolun əhəmiyyətini dərk edir. 

30 ildən çoxdur Karpaç İqtisadi Forumu dialoqların, ideyaların və strateji baxışların qovuşduğu unikal bir tədbir  kimi tanınaraq regionlar arasında körpülər salmağa davam edir. Burada səsləndirilən strateji bəyanatlar, aparılan debatlar, ortaya qoyulan təşəbbüslər  bütövlükdə Avrasiyanın gələcəyinə yön verir. 


Züleyxa ƏLİYEVA, 

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

"Azərbaycan Respublikasının ərazi müdafiəsi haqqında Əsasnamə"nin təsdiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 17 iyun tarixli 415 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında

02:34
25 İyun

“Turizm mərkəzlərində dövlətə məxsus daşınmaz əmlakın icarəyə və istifadəyə verilməsi və investisiya layihələrinin icra edilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında

02:33
25 İyun

“Azərbaycan Respublikasının dövlət büdcəsindən maliyyələşdirilən və fəaliyyət istiqamətlərinə uyğun olaraq Azərbaycan Respublikasının hüquqi və fiziki şəxslərinə, habelə bələdiyyələrə qrant verə bilən qurumların, həmçinin Azərbaycan Respublikası Gənclər Fondunun, Azərbaycan Respublikası Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin qeyri-hökumət təşkilatlarının müsabiqə yolu ilə və müsabiqədənkənar yolla, dövlət sifarişləri və subsidiya daxil olmaqla bütün növ maliyyələşdirilməsinin “bir pəncərə” prinsipi əsasında Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi ilə birlikdə həyata keçirməsi Qaydası”nın təsdiq edilməsi haqqında

02:32
25 İyun

“Qaz təchizatı sisteminə dair Qaydalar”ın təsdiq edilməsi və “Tikinti obyektlərinin qazpaylayıcı şəbəkəyə qoşulması və ya əlavə qaz həcmi alması Qaydası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 30 avqust tarixli 297 nömrəli Qərarının ləğv edilməsi barədə

02:31
25 İyun

“Ortamüddətli dövr üçün hədəf göstəricilərinin müəyyən edilməsi Qaydası”nın təsdiq edilməsi haqqında

02:29
25 İyun

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 2 fevral tarixli 21 nömrəli Qərarı ilə təsdiq edilmiş “Bağlaşma əsasında həqiqi hərbi xidmətə daxilolmanın halları və Qaydası”nda dəyişiklik edilməsi haqqında

02:25
25 İyun

Nizami Gəncəvi Beynəlxalq Mərkəzi Londonda iqlim investisiyalarına həsr olunmuş dəyirmi masa təşkil edib  

22:17
24 İyun

“Qayıdış hüququ və öz müqəddəratını təyinetmə” konfransının iştirakçıları ABŞ Konqresinə müraciət ünvanlayıblar  

22:16
24 İyun

AŞPA Gürcüstanla bağlı qətnamə qəbul edib

22:03
24 İyun

İnsan hüquqları komitəsində kibertəhlükəsizlik və rəqəmsal qanunvericiliklə bağlı mühüm dəyişikliklər nəzərdən keçirilib VİDEO  

21:52
24 İyun

“Sikh Federation International”: Bu gün Hindistan öz sərhədləri daxilində yaşayan xalqların öz müqəddəratını təyinetmə hüququnu tanımır  

21:39
24 İyun

Azərbaycan Gürcüstanda keçirilən Dövlət Xidməti Forumunda təmsil olunub

21:26
24 İyun

Bir sıra bankların müştərilərinin hesablarından vəsaitlərin təkrar silinməsi ilə bağlı texniki nasazlıq aradan qaldırılıb –RƏSMİ AÇIQLAMA  

21:20
24 İyun

Aruba Milli Köləlik İrsi Platformasının prezidenti: Köləlik bəşəriyyətə qarşı törədilmiş ən böyük cinayətlərdən biridir  

21:18
24 İyun

Azərbaycan və İran parlamentlərarası əməkdaşlığın genişləndirilməsində maraqlıdır  

21:07
24 İyun

Neftçalada DOST filialı fəaliyyətə başlayıb

21:02
24 İyun

Azərbaycanın kosmik gündəliyi BMT-nin diqqət mərkəzindədir

20:59
24 İyun

Pakistan MMU-nun nümayəndə heyətinin ölkəmizə səfəri davam edir

20:56
24 İyun

Zelenski: Ukrayna kəşfiyyatı Rusiyanın daxili sənədlərini əldə edib  

20:33
24 İyun

Abbas Abbasov: Qərbi azərbaycanlılarla bağlı mövzunun beynəlxalq ictimaiyyətə düzgün çatdırılmasına imkan verilmir  

20:26
24 İyun

Oman Hörmüz boğazında müvəqqəti dəniz dəhlizi yaradır

20:04
24 İyun

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!