14 Fevral 2025 08:50
396
SİYASƏT
A- A+
Zəfərimizin memarı

Zəfərimizin memarı


Son prezident seçkiləri ərazi bütövlüyünü, suverenliyini tam bərpa etmiş Azərbaycanın üçrəngli bayrağının qürurla və əzəmətlə dalğalandığı bütün ərazilərində keçirildiyi üçün dövlətçilik tariximizin ən önəmli siyasi hadisələrindən biridir.  Azərbaycan bu tarixi seçkilərlə yeni, təbii ki, qarşıda milli hədəflər üçün sonsuz üfüqlər açan tarixi bir mərhələyə daxil oldu. 

Azərbaycan torpaqlarının işğaldan azad olunmasına, suverenliyimizin bərpasına yönəlmiş, əcdadlarımızın vəsiyyətini, xalqımızın arzularını ifadə edən tarixi missiya uğurla başa çatdırıldı və fevralın 14-də Milli Məclisdə keçirilən andiçmə mərasimi ilə tarixi dövlətçilik ənənələrimiz, milli dəyərlərimiz, döyüş və Zəfər ruhumuz, qurub-yaratmaq potensialımızdan ibarət yeni bir mərhələyə qədəm qoyuldu.

İki yüz ilin yükünün, ümidlərinin toparlandığı 20 illik zaman kəsiyində öz tarixi missiyasının birinci mərhələsini uğurla başa vuran Prezident İlham Əliyev Zəfərimizin memarı və qalib ölkəmizin rəhbəri kimi Azərbaycan vətəndaşlarının mütləq əksəriyyətinin səsini, etimadını, dünya azərbaycanlılarının və Türk dünyasının sevgisini qazanmış lider, müstəmləkəçiliyin zülmü altında əzilən milyonların haqq səsinin carçısı olaraq and içdiyi kürsüdən işığına doğru yürüyəcəyimiz yeni hədəfləri nişan verdi, milli birliyimizin, həmrəyliyimizin bu hədəflərə çatmaq üçün əsas amil olduğunu vurğuladı.

Andiçmə mərasimində Prezident İlham Əliyevin tarixi nitqində yer alan fikirlərdən bir daha bəlli oldu ki, dövlətimizin başçısının, hər zaman olduğu kimi, regionda və dünyada cərəyan edən geosiyasi proseslərin inkişafı ilə bağlı tamamilə aydın, dəmir məntiqə söykənən qənaətləri var. O, Azərbaycanın təhlükəsizliyini, sabit inkişafını təmin edə biləcək perspektiv istiqamətləri, milli hədəflərə varmaq üçün seçilən yolda bizi xalq və dövlət olaraq gözləyən çağırışların spektrini ən incə detallarına kimi müəyyənləşdirib, nəyi necə və nə vaxt edəcəyini çox yaxşı bilir. Bu xüsusda Prezident İlham Əliyevin nitqində diqqət çəkmək istədiyim məqamlardan biri dövlətimizin başçısının türk dünyasının gələcəyi və ölkəmizin bu tarixi prosesdəki missiyası ilə bağlı səsləndirdiyi fikirlərdir.

Bizim bir xalq və dövlət olaraq, ən böyük üstünlüyümüz yalançı vədlərin, gəlişi gözəl, bər-bəzəkli çağırışların, imperialist və müstəmləkəçi iddiaların pərdələnməsinə xidmət edən ilğım geosiyasi nəzəriyyələrin, paxırı qalaylanmış "növbətçi "təbəssüm"lərin girovuna çevrilməməyimizdir. Dünyada baş verən proseslərlə bağlı aydın təsəvvürlərimizin formalaşmasının, dövlətimizin, xalqımızın ilğım perspektivlərə güvənməməsinin, bətnində milli identikliyimizi, müqavimətimizi sıradan çıxarmaq niyyəti daşıyan saxta vədlərə inanmamağımızın təməlində isə istisnasız olaraq Prezident İlham Əliyevin doğrunu yalandan, haqqı nahaqdan, işığı qaranlıqdan zərgər dəqiqliyi ilə seçmək məharəti, milli iradəni ifadə etmək bacarığı, zəkası və xarakteri dayanır.

Bu məqamda real mənzərənin daha aydın şəkildə göz önünə sərgilənməsi üçün Azərbaycan Prezidentinin tarixi nitqindən iqtibas gətirmək zəruridir: "Əgər əvvəlki illərdə, xüsusilə işğal dövründə bizi çaşdırmaq üçün, yəni, gözdən pərdə asmaq üçün müəyyən vədlərlə cəlb etməyə çalışırdılarsa, indi o maskalar da yırtıldı və açıq-aydın burada ayırıcı xətlər müşahidə olunur. Biz o ayırıcı xətləri çəkməmişik, biz bu ayırıcı xətlərin əleyhinəyik. Biz hətta, cəmi üç ölkənin yerləşdiyi Cənubi Qafqazda bu gün bu ayırıcı xətləri açıq-aydın görürük. Belə olan halda, bizi haradasa qəbul etmək istəməyənlərə baş əyməliyikmi? Qətiyyən, bu, olmayacaq!"

Bəli, biz kimsəyə baş əyməmişik, əyməyəcəyik də... 

Arzulanmadığımız məkanlara isə saxta vədlərin girovuna çevrilənlərdən fərqli olaraq, nə vaxtımız var, nə də istəyimiz. Heç mənsub olduğumuz mədəniyyət və bizi ayaqda saxlayan milli-mənəvi dəyərlər də buna imkan vermir.

Biz özgə qapılarından mədət gözləyən toplum olmaqdan, assimilyasiyaya, istibdada, məxməri müstəmləkəçiliyə xidmət edən vədlərin parıltılı tələlərindən çoxdan qurtulmuşuq. Bizim ailəmiz türk dünyasıdır. Biz aid olduğumuz yerdə, doğmalarımızın arasındayıq və aid olduğumuz yerin də təəssübünü çəkir, inkişafına çalışırıq. Biz ləyaqətimizi, milli qürurumuzu çoxsaylı məhrumiyyətlər, çətinliklər bahasına dirçəltməmişik ki, onu özgə qapılarının dekorativ bəzəyinə çevirək. Bu baxımdan ailəmiz də, hədəfimiz də, liderimiz də bəllidir. 

Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Türk Dövlətləri Təşkilatı birliyin və gücün rəmzidir, qlobal dünyada aktora və güc mərkəzinə çevrilməlidir. Türk Dövlətləri Təşkilatına üzv olan ölkələrin zəngin təbii ehtiyatları, insan resursları, Avrasiyada ən önəmli, qlobal geostrateji əhəmiyyət daşıyan bir ərazidə yerləşmələri TDT-nin beynəlxalq münasibətlər sisteminin ən güclü aktorlardan birinə çevrilməsinə imkan verir. Bu prosesin sürətlə irəliyə doğru aparılması üçün isə gərəkli olan möhkəm, tarixin dərin qatlarında kök salan təməl, milli iradə və bu iradəni gerçəkləşdirə biləcək potensial var.

Prezident İlham Əliyevin 2024-cü il fevralın 14-də andiçmə mərasimində səsləndirdiyi fikirlər təkcə Azərbaycan və azərbaycanlılar üçün deyil, bütün türk xalqları üçün milli hədəflərin daş kitabəsidir. Prezident İlham Əliyevin xalqına və türk dünyasına xitabən dediyi sözlər çağdaş türk dünyasının Bilgə xaqan abidəsidir. 

"Ey türk oğuz bəyləri, türk xalqı, eşidin! Üstdən göy çökmədikcə, altdan yer dəlinmədikcə türk ulusunu, türk yurdunu, türk dövlətini, türk törəsini kim dağıda bilər?! Su kimi axıtdığın qanına, dağlar kimi yığdığın sümüyünə (şəhidlərinə) layiq ol! Ey ölümsüz türk milləti, titrə və özünə dön!"

Özünə dönmənin, qayıdışın yolu isə, Müzəffər Ali Baş Komandanın dediyi kimi, Türk ailəsinin bütövlüyündən keçir. Bizim evimiz, ocağımız, bugünümüz və gələcəyimiz  aid olduğumuz yer - Türk Ailəsidir!


Elçin MİRZƏBƏYLİ,

Milli Məclisin deputatı, Ədalət, Hüquq, Demokratiya Partiyasının sədr müavini

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Kürşad Zorlu: Türk dünyasına qürur gətirən bu gün Azərbaycan xalqının mərdliyinin rəmzidir  

10:52
08 Noyabr

Türkiyə XİN: Azərbaycan xalqının əzm və qəhrəmanlıqla qazandığı Zəfərin beşinci ildönümünü təbrik edirik  

10:50
08 Noyabr

Azərbaycanın tamblinq millisi dünya çempionu olub  

10:49
08 Noyabr

Antonio Quterreş Braziliyada BMT-yə üz ölkələri təmiz enerji mənbələrindən istifadəni genişləndirməyə çağırıb  

10:42
08 Noyabr

Dünya bazarında qızıl 19 dollaradək bahalaşıb

10:24
08 Noyabr

Xalqımızın yenilməz ruhu qarşısında heç bir qüvvə dayana bilməz  

09:56
08 Noyabr

"AzərEnerji" "İşığın qayıdışı" adlı Zəfər tədbiri keçirib

09:30
08 Noyabr

Xankəndidə Zəfər təntənəsi

09:25
08 Noyabr

Artıq 5 ildir mən Şuşalıyam 

09:20
08 Noyabr

Siyasi qətiyyətin və dövlətin gücünün təntənəsi

09:19
08 Noyabr

"Şuşa bütün azərbaycanlılar üçün əziz şəhərdir"

09:15
08 Noyabr

ZƏFƏR gündəliyi

09:10
08 Noyabr

Zəfərlərin mübarəkdir, Azərbaycan! 

09:05
08 Noyabr

Azərbaycanın təkrarolunmaz Zəfər imzası

09:03
08 Noyabr

Sarsılmaz milli iradənin, beynəlxalq hüququn və tarixi ədalətin zəfəri

09:00
08 Noyabr

Ədalətin və gücün rəmzi

08:55
08 Noyabr

Tarixin axarına yeni başlanğıc verən ZƏFƏR

08:50
08 Noyabr

Milli və siyasi birliyin qələbəsi

08:45
08 Noyabr

Əbədi qürur mənbəyimiz

08:40
08 Noyabr

Azərbaycan böyük Zəfəri öz gücü ilə qazandı

08:35
08 Noyabr

Milli məğrurluğumuzun zirvəsi

08:30
08 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!